Dubai

Mehmanxanaların Təsnifatı

2013-cü ilin may ayında 17 saylı fərmana uyğun olaraq Dubayın mehmanxana təsnifatı sistemini nəzərdən keçirmək və dəyişdirmək üçün qanun qəbul edildi. Dəyişdirilmiş sistem əmirlikdə olan mehmanxana otaqlarının və mənzillərin növü və standartı və hər bir təşkilatda göstərilən xidmətlərin şəffaflığını artıracaq. Sistem hər bir qonaq otaqlarını təsnif etmək və qiymətləndirmək üçün çox-mərhələli mexanizm qəbul edir. Mexanizmə Kateqoriya, Reytinq və Göstəricilər daxildir.

 Yeni sistemə edilən bir əhəmiyyətli dəyişiklik mövcud mənzillər siyahısına "İstirahət evləri"nin əlavə edilməsidir. Təsnifat meyarlarına indi Kurortlar, Mehmanxanalar, Mehmanxana tipli mənzillər, Universitet Düşərgələri, Gənclər üçün yataqxanalar, Qonaq evləri və 2014-cü ildən etibarən İstirahət evləri daxildir və İstirahət evləri ya Standart, ya da Lüks olur. Qalan kateqoriyalar aşağıdakı kimi bölünür: Mehmanxanalar: Bir ulduzdan beş ulduza qədər, daha aşağı səviyyəli əmlaklar üçün büdcə mehmaxanaları əlavə edilir; Kurortlar: Üç ulduzdan beş ulduza qədər; Qonaq evləri: Standart və ya Lüks; Mehmanxana tipli mənzillər: Standart, Yüksək səviyyəli və ya Lüks; və Gənclər üçün yataqxanalar və Universitet düşərgələrinin bir kateqoriyası olur.

 Otaq ölçüsünün perimetr tələblərinə iknci dəyişiklik tətbiq edilmiş, beləliklə, əmirliklərdəki mehmanxanaları beynəlxalq məkanlara və AAA və Michelin kimi təşkilatların tələblərinə uyğun səviyyəyə qaldırmışdır. Digər bir əlavə bütün mehmanxana binalarının ümumi istifadə sahələrində Wi-Fi bağlantısının təmin edilməsidir. Bundan əlavə, qiymətləndirilməsi davam etdiriləcək standart funksiyalara ümumi sahələr, xidmətlər, yemək və sərinləşdirici içkilər, konfrans və banketlərin təşkili, istirahət vasitələri, yataq otaqları və hamam otaqları, təmizlik və texniki qulluq daxildir.

Mehmanxana binalarının həm obyektlər, həm də vacib atraksionlara yaxınlığı və hansı infrastrukturunun olması təkliflərini aydın göstərmələri üçün istifadə edilən 17 Göstəricinin meyarı təsdiq edilmişdir. Bu, müsafirlərə təqdim edilən meyarlar onların nədən istifadə edə biləcəklərini tam başa düşməyə imkan verir. Göstəricilər aşağıdakılardır: Bütün lüks nömrələr; Butik; Biznes; Yığıncaqlar; Ailə; Qolf; Mədəni irs; Alış-veriş; Spa; İdman; Sağlamlıq və Hava limanı; Çimərlik xətti (çimərlikdə yerləşən və/yaxud çimərliyə birbaşa girişi olan bina); Çimərlik xətti (çimərlikdən ən çoxu 500 metr piyada məsafədə yerləşən bina; qonaqların 80% dənizi tam və ya qismən görə və çimərliyə gedə bilərlər); Səhra; Ada və Mövzu əyləncə parkı.
Bunlar da xoşunuza gələ bilər
Dubay körfəz turu Dubayda Səhra Macəralarını kəşf edin
Yaxın Şərqi hiss edin
Dubay körfəz turu ilə səyahətə çıxın
Jumeirah Boardwalk Dubayda müasir memarlıq
Həyəcanlandıran Bir Gəzintiyə Çıxın
Boardwalk-da Mənzərələrdən Həzz Al
Dubay Akvariumu və Sualtı Zoopark Dubay Möcüzələri
Köpəkbalıqları ilə üzün
Dubai Akvariumuna baş çəkin
Madinat Jumeirah Dubay Möcüzələri
Dəbdəbə qalası
Madinat Jumeirah-da nahar, alış-veriş edin və qalın
Dubay Fəvvarəsi Dubay Möcüzələri
Su və işığın rəqsi
Dubay Fəvvarəsində şouya bax