Dubai

Bizim Portfelimiz

Turizm və Ticarət Marketinqi Departamenti (TTMD) Dubayın turizm sənayesini planlaşdırmaq, rəhbərlik etmək, inkişaf və təbliğ etmək məqsədilə birlikdə çalışan bir sıra müxtəlif müəssisə və təşkilatlardan təşkil olunmuşdur. Portfelə Turizm və Ticarət Marketinqi Departamenti, Dubay Biznes Tədbirləri və Dubay Festivallar və Pərakəndə satış Müəssisəsi daxildir.

Turizm Strategiyası, Sərmayə və İnkişaf bölməsinin əsas cavabdehliklərinə 2020 strateji planının bir hissəsi kimi təşəbbüslərin strateji planlaşdırılması və prioritetlərin müəyyən edilməsi daxildir. Konsepsiyadan tutmuş vəsaitlərin bölünməsinə və iş səmərəsinin idarə edilməsi sistemi vasitəsilə işlərin yerinə yetirilməsinin monitorinqinə qədər qarşıda duran ilk məqsəd Dubayı səyahət üçün birinci seçim etməkdir.

Dubay Turizm və Ticarət Marketinqi Departamenti (DTTMD) bu yaxınlarda qurulmuş orqan olub, Dubay Əmirliyinin brendinqi, təbliği və marketinqi üçün cavabdehlik daşıyır. DTTMD, Dubayın dünyanın aparıcı beynəlxalq işgüzar və istirahət məkanı kimi mövqeyini təbliğ etmək üçün özəl və ictimai sektorun turizm və kommersiya tərəfdaşları ilə birlikdə işləmək məqsədini güdür.

Dubay Festivallar və Pərakəndə Satış Müəssisəsinin (DFRE) əsas cavabdehliyi Dubayı beynəlxalq tədbirlər və əyləncə qovşağı etmək və festivallar və təbliğatlar vasitəsilə onun rəqabətliliyini artırmaqdır. Biz Dubayın tədbirlər təqvimi üçün festivalların və tədbirlərin məzmununun və həyata keçirilməsinin konsepsiyasını hazırlayırıq, təşkil edirik və davamlı olaraq təkmilləşdiririk. Biz həmçinin xərcləri həvəsləndirmək məqsədilə pərakəndə satış sektorunda keçirilən tədbirləri fəal şəkildə təbliğ edirik. Dubay Biznes Tədbirlərinin (DBT) əsas cavabdehliklərinə aşağıdakılar daxildir:

  • Dubayın dünya səviyyəli biznes və istirahət tədbirləri üçün ev sahibi ola bilməsi haqqında məlumatı yaymaq
  • Dünyanın hər yerindən yüksək səviyyəli tədbirləri cəlb etməklə festivallar şöbəsinə yardım etmək
  • Dubayı birinci dərəcəli kruiz məkanı etmək

Dövlət Qeydiyyatı Şöbəsi mehmanxanalara lisenziya verilməsi və təsnifatı; turizm agentliklərinə lisenziya verilməsi; və tədbirlər üçün icazə və lisenziyaların verilməsi də daxil olmaqla, lakin onlarla məhdudlaşmadan Dubayın turizm sektoruna lisenziya verilməsi və təsnifatı məsələlərini idarə edir.

Şöbəyə Lisenziya və Təsnifat, Turizm və Tədbirlər Akademiyası, Tədbir Qaydaları daxildir.

Bölüşdürülmüş Xidmətlər Kadrlar Ehtiyatı, İT, Hüquq məsələri şöbəsi, Maliyyə və Satınalma da daxil olmaqla bir sıra vacib inzibati xidmətləri yerinə yetirir.


Bunlar da xoşunuza gələ bilər
O-Concept Dubayda alış-veriş
İncə arzular
O-Concept mağazasına baş çəkin
Çərpələng Çimərliyi Dubay Möcüzələri
Dalğaları əhilləşdirin
Çərpələng Çimərliyində serfinqlə məşğul olun
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Ulduzlar ilə nahar
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri
Kinokinuya Dubayda alış-veriş
Mədəni maarifləndirmə
Kinokinuya-da dünya cəvahirlərini oxuyun
Nasimi Çimərliyi Çimərliyin ətrafında lounge-lar
Əyləncə, Günəş və Ulduzlar
Nasimi Çimərliyində səhnəni görün