Dubai

İstirahət tədbirlərinin dəstəklənməsi

Turizm və Ticarət Marketinqi Departamentinin bir hissəsi olan Dubay Təqvimi Dubayın canlı illik tədbirlər təqviminə əlavə edilə biləcək tədbirləri cəlb edir və dəstəkləyir.

Dubay Təqvimi tədbirləri bir sıra müxtəlif üsullarla, o cümlədən aşağıdakı qaydada dəstəkləyir:

  • Dubay Turizmin internet saytına daxil etməklə
  • Yerli və beynəlxalq səviyyədə marketinq
  • Hökumət və maddi-texniki dəstək
  • Maliyyə investisiyası

Dubay Turizmin internet saytında yer almaq hüququnu qazanmaq üçün tədbir aşağıdakı meyarlara cavab verməlidir Tədbir:

  • Başlama və başa çatma tarixi olmalıdır
  • İctimaiyyətə açıq olmalıdır
  • BƏƏ ənənə və mədəniyyətinə əməl etməlidir

Tədbir:

  • Özəl funksiya və ya qapalı dəvətlə keçirilən tədbir olmamalıdır
  • Yeni məhsul buraxılışı, xüsusi təklif və ya mağazada keçirilən kampaniya/əyləncə kimi brendin təbliği ilə bağlı olmamalıdır
  • Fərdi məktəb tədbiri, proqramı və ya istirahət düşərgəsi olmamalıdır.
  • Fərdi fayda üçün, məsələn toy mərasimi, məzun gecəsi, yenidən görüşmə, ildönümü, ad günü olmamalıdır
  • Əsas məqsədi qanunvericiliyə təsir göstərmək olan siyasi təşkilatlar üçün proqram olmamalıdır
  • Odlu silahları, silahları, pornoqrafiyanı, qumar/lotoreya oyunlarını, siyasi məsələləri və müqayisəli sponsorluğu dəstəkləməməlidir

Sponsorluq

Dubay Turizm istirahət və biznes tədbirlərinə sponsorluq edir və film çəkilişi və marketinq imkanlarını dəstəkləyir. Sponsorluq və dəstək üçün rəsmi təkliflər tədbirdən ən azı altı ay əvvəl sponsorship@dubaitourism.ae məktub göndərməklə təqdim edilməlidir.
Rəsmi təklif təqdim edildikdən sonra Dubay Turizm hər bir təklifi meyarları ilə müqayisədə qiymətləndirəcək və lazımi diqqətlə nəzərdən keçiirəcək.

(Bu, daima açıq olan təklif deyil. Təkliflərin e-poçt vasitəsilə qəbul edilməsi, müqavilə əsasında və Dubay Turizmin şərt və müddəalarına uyğun təşkil edilir)

Bunlar da xoşunuza gələ bilər
Naif Souq Dubayda alış-veriş
Souk-da (bazarda) pula qənaət edin
Naif Souk-da sərfəli təkliflərdən istifadə edin
"At.mosphere" Dubayda Restoranlar
Buludların üzərində nahar edin
"At.mosphere"-də naharın hündürlüyü
Reel Cinemas (Reel Kinoteatrları), Dubay Mall Dubayda musiqi və kino
Böyük ekranı işə salın
Reel Cinemas ilə bunların hamısını görün
Mall of the Emirates Alış-Veriş Mərkəzi Dubayda alış-veriş
Hər şey boldur
Mall of the Emirates Ticarət Mərkəzi
WAFI mall ticarət mərkəzi Dubayda alış-veriş
Alış-verişinizi təmtəraqlı şəkildə edin.
WAFI Mall ticarət mərkəzində həzz alın