default image

La Perle, Müəllif: Dragone

Makaudakı "The House of Dancing Water" və Las Veqasdakı "Le Reve" şoularının banisi olan Franco Dragone Dubayın ilk rezident şousu olan La Perle-ni yaradıb.  

Növbəti on il ərzində həftədə on dəfə keçirilməsi gözlənilən şou Al Habtoor City-nin mərkəzində xüsusi tikilmiş binada baş tutur. Müasir texnologiyadan istifadə olunan teatrda akva-səhnə və 2.7 milyon litr su ilə doldurulmuş 12 metr dərinliyində hovuz yerləşir. Burada 23 ölkədən gəlmiş 65 dünyasəviyyəli ifaçının akrobatika, gimnastik hərəkətlər, uçma və suya baş vurma kimi həyəcanlı və qeyri-adi fəndlər nümayiş etdirmələrinin şahidi ola bilərsiniz.  

Dubayın mühitindən ilhamlanmış La Perle hər kəsin zövqünü oxşamaq, həm uşaqların həm də böyüklərin təxəyyülünü canlandırmaq üçün dizayn olunmuş bənzərsiz şoudur.

Tarix

01 Yanvar - 31 Dekabr 2020

Kateqoriya

Məkan

La Perle- Habtoor City

Bilet qiyməti

Bürünc: 420 dirhəm Gümüş: 630 dirhəm Qızıl: 840 dirhəm VİP: 1680 dirhəm

Qəbul

Çərşənbə axşamı - cümə: 19:00 - 21:30
Şənbə: 16:00 -19:00
Top