Dubai

Avtomobillə / İcarəyə avtomobil götür

Siz, avtomobil icarəyə götürməniz, taksi saxlamanız və ya limuzin sifariş etmənizdən asılı olmayaraq həmişə aydın işarələnmiş, müasir yollara etibar edə bilərsiniz. Bizim yollarımız əla keyfiyyətə malikdir və ABŞ və ya Avropanın hər hansı müasir şəhərlərindəki yollara bərabərdir.

Avtomobillərin İcarəsi

Əgər siz şəhəri tək gəzmək istəyirsinizsə, icarəyə avtomobil götürmək sizə sərbəstlik və öz səyahətinizi idarə edə bilmə imkanı verəcək. Avtomobil icarəyə götürmək üçün sizdən sadəcə beynəlxalq sürücülük vəsiqəsi, pasport və kredit kartınız tələb olunur. Qeyd etmək lazımdır ki, üçüncü tərəfin sığortası da icbaridir. Sükan arxasına keçməzdən əvvəl, istədiyiniz yerə getmək üçün bir neçə məsləhət:

  • Yolların çoxu iki və ya dörd zolaqlıdır, əsas yollar isə hər istiqamətdə dörd-altı zolaqlı yollardır.
  • Yolun sağı ilə sürün.
  • Radarların olması ilə əlaqədar sürət hədlərinə ciddi şəkildə əməl edin

Taksilər

Sayğacla təmin olunmuş taksilər, getmək istədiyiniz məntəqəyə çatmaq üçün təhlükəsiz və rahat vasitədir. Sürücülərə, nəzakətli, bilikli olmaları üçün və ingilis dilində danışmaları üçün təlimlər keçilir.

Şəhər minik avtomobilləri və Limuzinlər

Sizi hava limanında qarşılamaq, iş görüşlərinə aparmaq və ya şəhəri gəzdirmək üçün sürücüsü olan şəxsi avtomobil xidmətləri də mövcuddur. Siz çoxlu sayda şirkətlər arasında seçim edə bilərsiniz və əvvəlcədən sifariş etmək və ya rezervasiya etmək çox asandır.

Bunlar da xoşunuza gələ bilər
Virgin Megastore Dubayda alış-veriş
Pop musiqi və hədiyyələr qalereyası
Virgin Mega-mağazasında alış-veriş edin.
Comptoir 102 Dubayda alış-veriş
Très Chic
Comptoir 102-də alış-veriş edin və qəhvə için
BurJuman Dubayda alış-veriş
Yüksək səviyyəli alış-veriş cənnətini araşdırın
BurJumana yollanın
Səhra Reyncerlərinin Big Red (böyük qırmızı) qumlarında sürüşmə Dubayda Səhra Macəralarını kəşf edin
Böyük Qırmızı təpəsindən qorxmamağa hünəriniz çatırmı
Səhra Reyncerləri ilə qumda sürüşmə
"Arabian Adventures" Dubayda Səhra Macəralarını kəşf edin
Mənzərədən Həzz Al
Bizim Sakit Səhra Peyzajımızı Kəşf Edin