Altı Ən Yaxşı Çimərlikdə Nahar Məkanları

logo image
Altı Ən Yaxşı Çimərlikdə Nahar Məkanı https://www.visitdubai.com/az/articles/best-beachside-restaurants-lounges 20161215T121928 20180613T114232:636644869526195861 Dubayda Restoranlar

Təsəvvür edin: fonda heyrətamiz dalğaların səsi, ətrafınızda çimərlik havasının qalıcı ətri və masanızın üzərində dadlı təamlar və üstəgəl bütün bunlar hamısı dalğa mənzərəsi ilə. Dubayda çimərlikdəki ən yaxşı nahar yerlərimiz bunlardır.

Dubayda ən yaxşı çimərlik restoranlarının siyahısını aşkar edin

Dubayda harada dəniz mənzərəli nahar etmək olar


Təsəvvür edin: fonda heyrətamiz dalğaların səsi, ətrafınızda çimərlik havasının qalıcı ətri və masanızın üzərində dadlı təamlar və üstəgəl bütün bunlar hamısı dalğa mənzərəsi ilə. Dubaydakı çimərlikdə ən yaxşı nahar yerlərimiz bunlardır.


Fish Beach Taverna-da öz dəniz yemək istəyinizi qarşılayın.


Çimərlikdə bu yeni nahar məkanı (bəziləri Türkiyədən seçilib gətirilmiş) ən yaxşı inqrediyentlər ilə birgə ağ qum üzərində masaya verilən təzə, asan yeyilən sümüksüz balıq əti təklif edir. Birbaşa Egey bölgəsindən evdə bişirilmiş yemək aurası yaradan yeməklər ilə dalğaların həzin nəğməsi altında istirahət edin və arxanızda Dubay Marinanın sayrışan işıqları ilə su üzərində günəşin heyrətamiz qürubundan həzz alın. Menyuda nə var? Egey dənizi, Qara dəniz və Mərmərə dənizlərindən təbii və soyuq su balıqları: incə döyülmüş dəniz xanı balığı, qızardılmış kalamari, iri kral krevetləri və onların xüsusi çeşidləri

Le Meridien Mina Seyahi Beach Resort & Marina
+971 4 511 7373


fish-beach

Jetty Lounge-da çimərlikdən tam zövq alın


(Müntəzəm olaraq bərələrin One & Only Palm Dubay otelə keçdiyi) daxili bəndin yaxınlığında şəhərin dənizkənarı sahilində yerləşən bu restoran özünün bütün gözəlliyi ilə bir çimərlik həzzidir. Divanda oturaraq edəcəyiniz istirahət və sakitləşdirici melodiyalar sizi xarici yüngül təam və içkilər menyusundan dadmağa həvəsləndirəcək. Özəl koteclərin birində suyun kənarına doğru yaxın əyləşin və günəşin batmasını seyr edərək Yaxın Şərqə məxsus məzələri, Meksika tortilla çipsləri, Asiya teriyakisi və ya Avropa kiş piroqlarının dadına baxın.

One&Only Royal Mirage, Al Sufouh Yolu, Dubai Media City ilə üzbəüz
+971 4 399 9999


jetty-lounge

Shimmers-də dalğalara təmas et


Sadəcə yerləşməsinə görə qiymətləndirsək, Shimmers ən yüksək qiymət alar. Və buna əla yunan menyusunu da əlavə etsək, əla bir seçim əldə etmiş olacaqsınız. Madinat Jumeirah-ın eksklüziv özəl çimərliyinin düz mərkəzində yerləşən bu rahat restoran göy dəniz, ağ çimərlik və möhtəşəm Burj Al Arab mənzərəsindən həzz almaq imkanı verir. Kalamata zeytunu və feta pendiri ilə hazırlanan bu "Əsl" Yunan salatının dadına baxın və ya kəklik otu ilə doldurulmuş zəif ocaqda bişirilmiş quzu ətindən ləzzət alın.

Jumeirah Mina A’Salam, Madinat Jumeirah
+971 4 432 3232


shimmers-madinat-jumeirah

Seven Sands-da Əmirlik Qonaqpərvərliyini sınaqdan keçirin


Şəhər-çimərlik hibridi ərazisi, münasib adlı The Beach-də yerləşən Seven Sands-dəki Ərəbistanın zəngin ədviyyatlarını dadın. BƏƏ-ni təşkil edən yeddi əmirliyin şərəfinə adlandırılmış Seven Sands restoranı sizi nəsillərdən nəsillərə keçən yemək reseptləri ilə Əmirlik mətbəxi tarixinin dərinliklərinə təlatümlü səyahətə çıxarır. Buğda və dana əti ilə bişirilmiş yerli zövqə uyğun ətir verilmiş Shorbat Harees şorbasının və ya tarixi bədəvilərin dövrünə gedib çıxan kartof, balqabaq, pomidor ilə hazırlanan, pörtlədilmiş ət yeməyi Thereedin dadına baxın.

The Beach, JBR
+971 4 551 6652


seven-sands

Barasti-də ada mühitindən həzz alın


Le Meridien Mina Seyahi-dəki bu çimərlik klubu və restoran bir Dubay müəssisəsidir. Burada geniş çoxqatlı açıq hava məkanında idman tədbirlərinin nümayiş edildiyi böyük ekranlardan çimərlik şezlonqları və hovuz masalarına, canlı musiqi və DJ melodiyalarına qədər hər şeyi təklif edən rahat və səmimi bir aura var. Buradakı balıq və çips bir əfsanədir, lakin burada həm də piroq və karrilər, pizza və qurman sendviçleri də var. Barbekyu brançı əksər həftəsonları olduğuna görə və Barasti-də də çoxlu tədbirlər və konsertlər olur.

Al Sufouh Yolu, Dubai Marina
+971 4 318 1313


Barasti

Daha sadə seçimlər axtarırsınız? Dubaydakı çimərlik kafelərimizi, üstəlik kofe məkanlarını sınayın.

615
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
Off Road Zone Dubayda Səhra Macəralarını kəşf edin
Qum təpələrini fəth edin
Offroad Zone ilə səhra məcaraları
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi İrs və Mədəniyyət
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi
Mədəni dünyagörüşünüzü genişləndirin
Sarı Qayıqlar (Yellow Boats) Diqqət çəkin
Tam Sürətlə İrəli
Sarı Qayıqlarla gəzintiyə çıxın
Nasimi Çimərliyi Çimərliyin ətrafında lounge-lar
Əyləncə, Günəş və Ulduzlar
Nasimi Çimərliyində səhnəni görün
default image Kafe həyatının ləzzəti
Küçələrə
Zaroobda ərəb təamları
Top