Dubai

Adrenalin həvəskarları üçün 3 əsas məşğuliyyət

Adrenalin həvəskarları üçün 3 əsas məşğuliyyət https://www.visitdubai.com/az/articles/dubai-activities-thrill-seekers-adrenaline-adventure 20150925T105508:635787753088739938 20170227T163232:636238099528034889 Dubayda macəralı fəaliyyətləri kəşf edin Hamıya məlumdur ki Dubay - öz zəngin spaları, dəbdəbəli otelləri və yüksək səviyyəli restoranları ilə - rahatlıq axtarışında olanlar üçün cənnətdir, lakin bu şəhər həmçinin adrenalin həvəskarları üçün əhəmiyyəli təklifləri ilə də məşhurdur. Paraşütlə tullanmadan tutmuş səhra safarisinə qədər bu səhra şəhərində həyəcan çatışmazlığı hiss olunmur. Hamıya məlumdur ki Dubay - öz zəngin spaları, dəbdəbəli otelləri və yüksək səviyyəli restoranları ilə - rahatlıq axtarışında olanlar üçün cənnətdir, lakin bu şəhər həmçinin adrenalin həvəskarları üçün əhəmiyyəli təklifləri ilə də məşhurdur. 

Paraşütdən tullanma, səhra safarisi və başqaları!


Hamıya məlumdur ki Dubay - öz zəngin spaları, dəbdəbəli otelləri və yüksək səviyyəli restoranları ilə - rahatlıq axtarışında olanlar üçün cənnətdir, lakin bu şəhər həmçinin adrenalin həvəskarları üçün əhəmiyyəli təklifləri ilə də məşhurdur. Paraşütlə tullanmadan tutmuş səhra safarisinə qədər bu səhra şəhərində həyəcan çatışmazlığı hiss olunmur.



Mənzərəli paraşütlə tullanma


Xarakterinə görə paraşütlə tullanma çox möhtəşəm əyləncədir. 13 000 fut hündürlükdəki təyyarədən tullanmaq necə həyəcanlı olmaya bilər? Bununla belə, paraşütlə tullanmanı sadəcə şənləndirən deyil unudulmaz edən amil təbii ki mənzərədir. Belə ki, Skydive Dubayın tullanma zonası dünyanın ən ağla sığmayan mənzərələrindən birini - Palm Jumeirah-ı təklif edir.

Təcrübəsiz və ya hətta ilk dəfə tullanan paraşütçülər dəstə ilə tullana bilərlər, bu zaman onlar, yanlarında peşəkarın olduğuna görə özlərini rahat hiss edə bilərlər. Sadəcə möhkəm dayanın və bu unudulmaz mənzərədən zövq alın.


Həyəcan sevərlər irəli

Skydive Dubay

+971 4377 8888



Akvapark əyləncəsi


Səhrada yüksək sürətlə sürmək və ya təyyarədən tullanmaq kimi həyəcanlandırıcı olmasa da, Palmın Atlantis Aquaventure Akvaparkında hətta yüksək həyəcan sevərləri də öz pullarından keçməyə vadar edəcək bir sıra atraksionlar vardır.

Sürüşmələr arasında insanları daşıyan, yavaş axan çay ilə əhatə olunmuş iki əsas qüllə sahəsində (Poseidon və Neptun) yerləşən Aquaventure, dünyanın ən həyəcanlandırıcı sürüşkənləri olan akvaparkı ilə məşhurdur. Poseidon qülləsinə edilən son dəyişikliklər həyəcanı daha da artırmışdır: həyəcanlı Poseidon Revenge çox güman ki ən qorxulusudur, belə ki, lyuk açılmazdan əvvəl şəffaf şaquli boru vardır və bu boru daha sonra sizi şaquli istiqamətdə aşağıya doğru göndərir. Parkın əsas sürüşkənlərindən biri olan inanc sıçrayışı (Leap of Faith), yalnız ən cəsarətlilərin öhdəsindən gələ biləcəkləri sərt mailliyi olan enişdir.


Həyəcan sevərlər irəli

Aquaventure, Atlantis The Palm

+971 4426 0000



Səhra safarisi


Dubayın çətin keçilən səhra ərazisi, burada səhra safarisi - güclü mühərriki olan 4WD avtomobillərində yumşaq qum təpələri boyu yuxarı-aşağı gəzinti də daxil olmaqla çoxlu həyəcanın olduğunu göstərir. Tez-tez təpələrdən yana sürüşən avtomobillərdə siz, həyəcanın sonunu səbrsizliklə gözləyəcəksiniz. 

Təpələrdə sürməkdə təcrübəsi olmayan sürücülər üçün ən yaxşı yol əvvəlcədən səhra safarisi üçün bilet sifariş etməkdir. Barbekü və ənənəvi rəqqaslar və müsiqiçilərin təqdim etdiyi axşam əyləncəsi ilə bol olan səhra düşərgəsinə qədər yolu səhra safarisindən ibarət olan bu cür gəzintini bir sıra operatorlar sizin üçün təklif edir.


Həyəcan sevərlər irəli


Ərəb Gecələri Turları

+971 4321 6565

355
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Cocoa Room Yeni qida tendensiyası
Cocoa Room
Lüks səhər yeməyi
Öz Macəra İstəyini Aşkar Et Görünən Mənzərə
Öz Macəra İstəyini Aşkar Et
Dubayın Yüksək Kanat Kursunu Sına
Zirvədə Dubay Möcüzələri
Tarixi hündürlüyü ölçün
Burc Xəlifənin baxış meydançası
Al Sahra Səhra Kurortu Yəhərə tullan və çapmağa başla
Bədəvi Mədəniyyəti Kəşf Edin
Al Sahra Səhra Kurortunda Ənənələri Hiss Edin
Seven Sands BƏƏ mətbəxi
Yerli Təamlar
Seven Sands-da kulinariya səyahətinə çıxın