Top

Dubayın ən yaxşı açıq hava ticarət mall-ları və bazarları

Dubay alış-verişi sevənlərin cənnətidir, amma bunların hamısı qapalı məkanlarda baş vermir
BoxPark-ın sənaye məqsədli yüklərin daşındığı konteynerlərdən JBR-ın qarşısındakı The Beach-in sahilboyu zərifliyinə və City Walk-un qeyri-rəsmi eleqantlığına qədər bir çox AVM-də edilən islahatlar indi açıq havadakı alış-veriş mərkəzləri üçün edilir. Hava sərinləşən kimi, alıcılar açıq hava butiklərinə, açıq hava mall-larına gedir və bütün şəhər ərazisində fermer bazarları açılır. Bunları siyahınıza əlavə edin…
1

Dəniz qırağı alış-veriş

JBR-də yerləşən Beach

Dəniz qırağı alış-veriş

JBR-də yerləşən Beach

Günəşlənmək yoxsa alış-veriş etmək seçimini etməyin asan olmadığı bir yer

Əgər alış-veriş edərkən çimərlik boyunca gəzişməyi xoşlayırsınızsa, JBR-ın qarşısındakı yerləşən The Beach-də minimalist üslubdakı yapon həyat tərzinin markası olan MUJI, dünyada tanınan Sephora and MAC kosmetika mağazası, üstəgəl S*uce on the Sea yerli multibrend butikinin də daxil olduğu çoxlu kafe və mağaza tapmaq olar. Qış fəsli hər gün ev məhsullarının satıldığı The Market-də çox sayda qida, ucuz bəzək əşyaları, aksesuarlar və təkrarı olmayan əşyalar satılır.
Əlaqə məlumatları
  JBR-da The Beach
  +971 4 317 3999
2

Ye. Alış-veriş et. İncəsənət

City Walk

Ye. Alış-veriş et. İncəsənət

City Walk

Şıq, müasir bir bölgədə butik alış-verişi

Dubayın mərkəzi ilə Jumeirah Beach arasında yerləşən bu şıq açıq hava satış sahəsində kinoteatr, London mövzulu küçə və çoxlu əla kafelər var. Rayonun qapalı hissəsi Carven, Karl Lagerfeld və NYC-based Rag & Bone daxil olmaqla bir çox lüks dizaynerləri təqdim edir. Le BHV Marais-da ən son fransız dəbinin nümunələrini tanıyın və Polette Concept Store-dan isə bənzərsiz məhsulları evinizə götürün. Burc Xalifanı görmək üçün ağaclarla əhatələnmiş gəzinti meydanlarını gəzə və City Walk-un Dubai Walls incəsənət layihəsi çərçivəsində xarici küçə rəssamlarının divar rəsmlərinə tamaşa edə bilərsiniz.
Əlaqə məlumatları
  Al Safa küçəsi
  +971 4 317 3999

3

Qutunun içindən

BoxPark

Qutunun içindən

BoxPark

Gəzişmək və alış-veriş etmək üçün şəhərdəki açıq hava məkanları

City Walk yaxınlığındakı bütün Al Wasl yolu boyunca uzanan Dubayda geniş əhali kütləsinin simpatiyasını qazanmış bu açıq hava ticarət məkanları və restoranlarının olduğu ərazini kəşf edin. Bu rəngarəng istirahət bölgəsində yük qutularının içində yerləşmiş satıcılar və kafelər var. 30 sadə nahar məkanı ilə yanaşı burada Marimekko, OnePiece, və sosial məslələrə diqqətli ABŞ sadə geyim brendi TOMS yer alır.
Əlaqə məlumatları
  Al Wasl, Jumeirah
  +971 4 317 3999
4

Təzə və maraqlı

Ripe Market (Yetişmiş Məhsul Bazarı)

Təzə və maraqlı

Ripe Market (Yetişmiş Məhsul Bazarı)

Evdə yetişdirilmiş məhsullar və bənzərsiz hədiyyələr

Dubay bazar səhnəsinin öncüllərindən olan Ripe soyuq aylar ərzində şəhər boyu açıq hava məkanlarında həftədə üç gün bazarlar təşkil edir. Zabeel Park heç şübhəsiz ən böyük bazardır və qış fəslində hər həftənin cümə günü camaat canlı akustik musiqinin müşayiəti ilə təzə orqanik məhsullar və hazırlanmış təamlardan tutmuş yerli qurman şirniyyatları, piştaxtalar, yemək satılan avtomobillər və zinət əşyaları satan 100 yerli ticarət obyektini gəzə bilir. Ripe həmçinin Dubai Design District-də keçirilən dəbyönümlü Ripe Design Market kimi bir sıra müvəqqəti bazarlar da təşkil edir.
Əlaqə məlumatları
  Zabeel, Dubay
  +971 44 398 6888
5

Ərəbistanı Kəşf Edin

Ədviyyat Bazarı

Ərəbistanı Kəşf Edin

Ədviyyat Bazarı

Dubay Körfəzi boyunca ərəb bazarı

Adətən Dubayın dəbdəbəli yerlərinə üstünlük verən qonaqlar Qədim Dubaya o qədər də diqqət yetirməsələr də, şəhərin ənənəvi qədim bazarları Dubayın keçmişi barədə yaxşı təəssürat əldə etmək və bir sıra yaxşı köhnə dəbli alış-veriş imkanı üçün əla yerdir. Bu açıq hava Ədviyyat Bazarı və Deiradakı keçmiş alış-veriş habı Dubayın tarixində mirvari çıxaranların yeri kimi qalıb. Burada dar xiyabanlar darçın, zəfəran və ətirli çubuqların olduğu çantalarla doludur. Yaxınlıqda olan zaman QızılParça bazarlarını əldən buraxmayın. 
Əlaqə məlumatları
  26 34 küçəsi, Deira