Top

Dubayda nə etmək olar?

Burj Khalifadan Palm Jumeiraha qədər Dubayın görməli əyləncə mərkəzlərini təqdim edirik

Dubay elə bir şəhərdir ki, inanmaq üçün onu görmək lazımdır. Rekordlar qıran memarlıq əsərləri ənənəvi məhəllələrin yanında yerləşir, bununla yanaşı insan əli düzəlmiş adalar isə sahil boyu düzülüb. Siz şəhərdə olarkən burada təqdim etdiyimiz ən yaxşı yerlərə getməyi tövsiyə edirik.
1

Burj Khalifa

Möhtəşəm Dubay

Burj Khalifa

Möhtəşəm Dubay

Yüksəklikdən bənzərsiz mənzərəni kəşf edin

828 metrlik Burj Khalifanı gözdən qaçırmaq mümkünsüzdür. Dünyanın ən hündür qülləsi Dubay səmasında əsas yeri tutur, amma bu binanın əsl gözəlliyinə bələd olmaq üçün ona ya yaxından ya da daha yaxşısı içəridən baxmaq yaxşı olardı. Aydın bir gündə 124-cü mərtəbədəki müşahidə göyərtəsindən açılan mənzərə heyrətamizdir, yalnız 148-ci mərtəbədə yerləşən Top Sky Lounge-dakı mənzərə ondan üstün ola bilər. Buludlar arasında nahar etmək istəyənlər üçün 122-ci mərtəbədəki At.mosphere əla yerdir.
Əlaqə məlumatları
   Downtown Dubai
  +971 4 440 8888

booktickets-teardrop
2

Dubay Mall

Alıcı cənnəti

Dubay Mall

Alıcı cənnəti

Alış-verişin mənasını tap

Burj Khalifanın tam yanındaDubai Mall yerləşir. Bu nəhəng məkanı sadəcə alış-veriş yeri adlandırmaq onu gözdən salmaq olardı. Burada hətta bir gün keçirsəniz də bu, hər şeyi görmək üçün yetərli olmayacaq. 1200-dən çox dükanları və 150 restorana malik bu yerdə mövzu parkları, buz meydançası, nəhəng qapalı şəlalə və xoreoqrafiyalı açıq hava fəvvarəsi və nəhəng Dubay Akvariumu və Sualtı Zoopark yerləşir.
Əlaqə məlumatları
  Financial Centre şossesi, Downtown Dubai
  800 38224 6255

booktickets-teardrop
3

Dubay Fəvvarəsi

Heyrətamiz bir şou

Dubay Fəvvarəsi

Heyrətamiz bir şou

Downtown Dubai-ın mərkəzində su rəqsinə şahidlik edin

Möthəşəm Burj Khalifanın aşağısında və məşhur and Dubai Mall-un qapılarının ağzında yerləşən Dubay Fəvvarəsi dünyanın ən böyük xoreoqrafiyalı fəvvarə sisteminə malikdir. Bu məşhur rəqsli su şousunda su 150 metr yüksəkliyə qədər qalxa bilir. Hər rəngarəng, işıqlandırılmış su şırnağı müxtəlif musiqi nömrələrinin müşaiyəti ilə rəqs edir və Dubaydakı ən populyar şoulardan birini təqdim edir. Cümə günləri (13:30 - 14:00) istisna olmaqla hər gün günorta (13:00 və 13:30) iki şou olur, axşam nümayişləri isə günəş batandan sonra başlayır. Sonuncu musiqinin çalındığı saat 23:00-ə qədər hər 30 dəqiqədən bir şou təqdim olunur.

Əlaqə məlumatları
  Downtown Dubay
  800 36227
4

Palm Jumeirah

Palma formalı bir ada

Palm Jumeirah

Palma formalı bir ada

Dubayın memarlıq incilərindən birini tədqiq edin

Palma formalı, insan əli düzəlmiş ada - yerlilər "onun yalnız Dubayda olduğunu" deyirlər. Palm Jumeirah dünyada ən böyük süni adalardan biri, insan dühasının təntənəsidir. Yerlilər və turistlər, Palmdakı Waldorf Astoria, Fairmont, One&Only, Jumeirah Zabeel Saray və əlbəttə ki Atlantis, The Palm kimi yüksək-səviyyəli otellərdən zövq alırlar. Və qurudakı tramvay sisteminə bağlantısı olan, palmanın gövdəsi boyunca hərəkət edən təkreysli tramvayın köməyi ilə ora getmək çox asandır.
Əlaqə məlumatları
Palm Jumeirah
5

Dubay Körfəzi

Qədim ticarət marşrutları

Dubay Körfəzi

Qədim ticarət marşrutları

Qədim Dubayın dolanbac su kanalları və bazarlarına baş çəkin

Dubay öz göydələnlərinin dəbdəbəsinə görə tanınsa da şəhərin ürəyi hər zaman Körfəz olmuşdur və olacaqdır. Bu duzlu su məkanı Bani Yas tayfasının yerləşdiyi ilk məkandır və onun sularından Dubay iqtisadiyyatının əsas formaları olan mirvari çıxarma və balıqçılıq üçün istifadə olunub. Bu gün bu ərazi əmirliyin tarixini özündə əks etdirir. Belə ki, burada Dubay Muzeyi eləcə də qızıl, ədviyyatparça bazarlarının labirintə bənzər prospektləri uzanır. Körfəzdə olarkən, cəmi 1 dirhəmə ənənəvi abra ilə körfəzin bir sahilindən o birinə keçmək olar. Əlbəttə bu xidmət, şəhərdəki ən münasib qiymətli, turistlər üçün cəlbedici xidmətdir.
Əlaqə məlumatları
  Dubay Körfəzi
  +600500962
6

JBR-da The Walk və Beach

Nahar. Alış-veriş. Çimərlik.

JBR-da The Walk və Beach

Nahar. Alış-veriş. Çimərlik.

Dubayın şəhər küçələrində gəzişin

Alış-verişi, nahar etməyi, filmə baxmağı və çimərliyə getməyi eyni məkanda yerinə yetirmək istəyənlər JBR-la üzbə-üz yerləşən The Beach-ə baş çəksinlər. Xaricdən dəvət olunmuş DJlərin həftə sonu musiqi proqramları, açıq havada olan kinoteatrları, balaca uşaqların 1 və ya 2 saatlıq əyləndiyi məhşur su parkları ilə JBR hər zaman qızğın bir məkandır.

Əlaqə məlumatları
Jumeirah Beach Residence

booktickets-teardrop
7

Kite Beach

Dubayın qonşuluğundakı çimərlik

Kite Beach

Dubayın qonşuluğundakı çimərlik

Bu macəra dolu qumsalda dalğalara baş vurun

Kite Beach (Çərpələng Çimərliyi) öz su idmanı bacarıqlarınızı sınamağınız üçün mükəmməl bir məkan olsa da, burada sudan kənar məşğuliyyətlər də çoxdur! Çimərliyin tam yanında yerləşən açıq hava kafe və restoranlardan birində smuzi sifariş edin, yenicə tamamlanmış skeyt parkında velosiped və skeyt sürənləri izləyin və ya voleybol oynayın. Çoxsaylı çimərlik fəalliyyətlərinin, üstəlik Burj Al Arabın möhtəşəm görüntüsünün olduğu bu məkanda gün boyu əylənmək asandır.

Əlaqə məlumatları
Kite Beach, Umm Suqeym

booktickets-teardrop
8

Dubay Marina

Heyrətamiz şəhər mənzərəsi

Dubay Marina

Heyrətamiz şəhər mənzərəsi

Şəhər göydələnlərinin altında sahil boyu gəzişin

Dünyanın insan əli ilə düzəlmiş ən böyük marinası olan Dubai Marinada gələcəyə tamaşa edin. Dubai Marina Walk boyunca gəzişdikcə dünyanın ən hündür binalarından birini seyr edin və ya Dubai Marina Yaxta Klubunda yelkən atdıqdan sonra Dubay Marinaya dənizdən tamaşa edin.
Əlaqə məlumatları
Dubay Marina
9

Səhra

Möhtəşəm Peyzaj

Səhra

Möhtəşəm Peyzaj

Dubay səhralarını aşın

Dubayın mərkəzindəki müasir küçələrdən 20 dəqiqəlik məsafədə siz Dubaydakı ilkin turizm attraksionu olan Ərəbistan Səhrasının möcuzələri ilə tanış ola bilərsiniz. Dubay üslublu yolsuzluq təcrübəsi olan səhra safarisi, kvadrasikl sürmə və sendbordinqdən sonra ənənəvi kabab çəkmədən, xınada və dəvə sürmədən həzz alın. Maşınla buraya gələrək, özününə uyğun bir macəranı səhrada yaşaya bilərsiniz. Lüks istirahəti arzu edənlər Heritage Dinner Safari-ni sınamalıdırlar. Bir günün yetərli olmayacağını düşünürsünüz? Al Maha Desert Resort & Spa və ya Bab Al Shams Desert Resort & Spa istirahət mərkəzlərində, səhrada unudulmaz bir gecə keçirin.
Əlaqə məlumatları
booktickets-teardrop
10

Al Fahidi

Dubayın keçmişini aşkar edin

Al Fahidi

Dubayın keçmişini aşkar edin

Dubayın irs rayonunda gəzişin

Bur Dubaydakı Al Fahidi Tarixi Rayonu şəhərdəki ən qədim rayonlardan biridir. Buranı ən yaxşısı gəzməklə görmək olar. Belə ki, burada külək qüllələrinin yaratdığı nostalji görüntü və dolanbac prospektlərin labirinti vardır. Siz həmçinin ərəb dili dərslərinin, yerli mədəniyyəti daha yaxşı tanımaq üçün mədəni irs turlarının və bələdçili məscid ziyarətinin təklif olunduğu Mədəni Anlaşma üçün Şeyx Məhəmməd Mərkəzini(SMCCU) də ziyarət edə bilərsiniz. Bu ziyarətdən sonra, Körfəzin o biri tərəfindəki bazarlara abra ilə səyahət etməyi tövsiyə edirik.
Əlaqə məlumatları
  Al Fahidi tarixi rayonu
Bur Dubay
11

Etihad Muzeyi

Müasir tarix

Etihad Muzeyi

Müasir tarix

BƏƏ-nin müasir çağı barədə daha ətraflı öyrənin

Birləşmiş Ərəb Əmirliyinin müasir tarixini Dubayın ən yeni mədəni məkanında - Etihad Muzeyində kəşf edin. Jumeirah 1-də yerləşən yeni möhtəşəm binası olan muzey ziyarətçilərə fotoşəkillər, filmlər və digər bir çox eksponatlar vasitəsilə BƏƏ-nin tarixini, xüsusilə də ölkənin müstəqilliyinin bərqarar olduğu 1968 və 1974-cü illəri əhatə edən əhəmiyyətli bir dövr barədə bir sıra interaktiv pavilyonlar təklif edir. Qonaqlar burada BƏƏ-nin təsisçilərinin yeddi Əmirliyi birləşdirən müqaviləni imzalamazdan əvvəl ölkədə mövcud olan həyata dair zəngin irs və bundan sonra baş verən iqtisadi inkişaf barədə öyrənə bilərlər.

Əlaqə məlumatları
  Jumeirah 1
  +971 4 515 5771
12

Dubay Kanalı

Suyun üzərində

Dubay Kanalı

Suyun üzərində

Dubayın ən yeni kanalı boyunca gəzintiyə çıxın

Dubay su kanalı Qədim Dubay ərazisindəki Körfəzdən, Biznes Körfəzindən keçməklə Ərəbistan Körfəzinə qədər uzanan, 3.2 km-lik su kanalıdır. Dubay Kanalı 80 000 kvadrat metrlik suya mənzərəli ictimai yerlər və obyektlərin yaranmasına, eləcə də 3 km-lik qaçış zolağı və 12 km-lik velosiped cığırı kimi əyləncə məkanlarının yaradılmasına səbəb olacaq. Kanalın gözəl şəlaləsini Biznes Körfəzindən seyr etmək və ya Dubayın ən yeni otelləri olan  W Hotel və St Regis otellərindən tamaşa etmək olar. Atrium, kanal boyunca yerləşən, beş restorandan ibarət kompleksdir.

Əlaqə məlumatları
Biznes Körfəzi (Business Bay)
13

Madinat Jumeirah

Keçmiş bu günlə görüşür

Madinat Jumeirah

Keçmiş bu günlə görüşür

Dəniz kənarında yerləşən bu gözəl kurort kompleksini kəşf edin

Ənənə ilə dəbdəbənin bir arada olduğu bir təcrübə üçün Madinat Jumeiraha gəlin. Qədim qala, hərfi olaraq Jumeirah Şəhəri adlanan bu kompleksin tikintisinin ilham mənbəyi olub. Buraya lüks otellər, ənənəvi üslubda tikilmiş özəl məkanlar, dünya səviyyəli Talise Spa, Madinat Souk, Madinat Teatrı, və 40-dan çox restoranlar və lounge-lar daxildir. Həmçinin kanallardan və memarlıq nümunələrindən zövq almaq üçün ənənəvi taxta abraları da tədqiq edə bilərsiniz.

Əlaqə məlumatları
  Jumeirah Beach Şossesi
  +971 4 366 8888

booktickets-teardrop
14

Dubay Operası

Mədəniyyətin mərkəzi

Dubay Operası

Mədəniyyətin mərkəzi

Dubayın memarlıq incisini kəşf edin

Dubayın mərkəzindəki opera rayonunda yerləşən Dubay Operası Londonda West End və ya Manhattandakı Broadway ilə müqayisə olunacaq qədər maraqlı bir proqram təklif edir. Dubay Fəvvarəsinə möhtəşəm görüntüləri olan və Burj Khalifanınyanında yerləşən bu bina, ərəb dhou qayıqlarından ilham alınaraq tikilib və əlbəttə ki, sizin diqqətinizi cəlb edəcək. Binanın arxası gəmi gövdəsi kimi irəli əyilir və foye, taksi və avtomobil parkinqi üçün istifadə olunur. Səhnə ərazisi elə dizayn olunub ki üç müxtəlif məqsəd üçün dəyişidirilə, teatr, zal və konsert zalı kimi istifadə oluna bilər.

Əlaqə məlumatları
  Məhəmməd Bin Raşid Bulvarı, Downtown Dubay
  +971 4 440 8888
15

IMG Worlds of Adventure

Qapalı Mövzu Parkı

IMG Worlds of Adventure

Qapalı Mövzu Parkı

Bu möhtəşəm macəra məkanında həyəcan və su əyləncəsindən həzz alın

Əyləncə, həyəcan və sürət və hətta 5D - bunların hamısına 28 futbol meydançası böyüklüyündə olan nəhəng mövzu parkında rast gələ bilərsiniz. Müasir və həyəcanlı əyləncə təklif edən IMG Worlds of Adventure sizin sevimli qəhrəmanlarınızı canlandıracaq. Ben 10, Gumball, the Powerpuff Girls və LazyTown kimi məkanlar balacalar, Spider-Man, Hulk, Iron Man, Thor və The Avengers kimi Möcüzə Dünyası qəhrəmanları isə böyüklər üçün maraqlı olar. Siz həmçinin Lost Valley-da real ölçülü animasiya dinozavrlara da rast gələcəksiniz. Burada olan əyləncənin çeşidi bütün ailə üçün gün boyu əyləncə deməkdir və burada çoxlu restoranlar və dükanlar var.
Əlaqə məlumatları
  Mohammed Bin Zayed şossesi, Dubailand
  +971 4 403 8888

booktickets-teardrop
16

City Walk Məhəlləsi

Açıq havada alış-veriş

City Walk Məhəlləsi

Açıq havada alış-veriş

Ərəbistanın tam mərkəzində Avropa mövzulu küçələrdə gəzişin

13,000 kvadrat metr ərazidə yerləşən City Walk , maşınsız, xoş bir gəzinti yeri təklif etməklə Avropanın piyada gəzinti bölgələrini xatırladır. Dükanlar və restoranlar ilə dolu olan ağaclı prospektlərdə gəzintiyə çıxın. Yuxarı baxın və Dubayın şəhər mərkəzində Burj Khalifakimi göydələnləri seyr edin. Burada həmçinin fəvvarələr, uşaq oyun meydançaları və çoxlu açıq hava oturma məkanları var.
Əlaqə məlumatları
  39 Al Safa küçəsi (Al Wasl və Al Safa Şossesinin qovşağında)
  +971 4 317 3999
17

Dubai Parks and Resorts

Mövzu parkı həyəcanı

Dubai Parks and Resorts

Mövzu parkı həyəcanı

Sevimli qəhrəmanlarınızın canlanmasının şahidi olun

Dubay, açılışı gözlənilən Dubai Parks and Resorts vasitəsilə əsl əyləncə cənnəti olmaq yolunda irəliləyir. Uşaqlar, Motiongate, Bollywood ParkLegoland mövzu parkı və akvapark kimi nəhəng mövzu parkları labirintində öz həyəcanlarını saxlaya bilməyəcəklər, bununla yanaşı böyüklər, restoranlar və həyəcanlı əyləncə proqramlarının yer aldığı Riverland Boulevard-da dincələ bilərlər. Lüks Polineziya üslublu otel The Lapita, xidmətlərə asan çıxışı olan mövzulu parkda yerləşir.
Əlaqə məlumatları
  Şeyx Zayed şossesi, Palm Jebel Ali ilə üzbəüz
  +971 4 406 8999

booktickets-teardrop