Top
Dubai

Dubayın Mövzulu Parklarına Uşaq Bələdçisi

logo image
Dubayın Mövzulu Parklarına Uşaq Bələdçisi https://www.visitdubai.com/az/articles/dubai-theme-park-favourites-a-childs-guide 20170219T150009 20170814T165301:636383263811753199 Atraksion və akvaparklar Dubayın ən yaxşı attraksion və akvaparkları hansılardır? Gənclərin macərası üçün tikilmiş bu şəhərdə uşaqların özlərindən başqa heç kim bizim attraksion parkımızda daha çox həzz ala bilməz. İndi isə biz üç macəra həvəskarı ilə söhbət edirik. Bu üç gənc bilici Dubayın mövzu parkları barədə bizi məlumatlandırır

Buyurun bu da bizim Dubayın üç gənc bilicisi tərəfindən aşkar edilmiş Dubaydakı ən yaxşı mövzu parkı, sürüşkənləri və attraksionları ilə bağlı bələdçimizi təqdim edirik.


IMG Worlds of Adventure-dən Aquaventure su parkı və Bounce batut cənnətinə qədər Dubayın attraksion parkları və su parkları öz həyəcanına ciddi qiymət verənlərə bir çox xidmətlər təklif edir. Biz üç macəra axtarandan, iki gənc bacı-qardaş və bir yeniyetmə tələbədən özlərinin ən yaddaqalan attraksion və ən qorxulu su əyləncəsi ilə bağlı təcrübələrini bizimlə bölüşmələrini istədik.


in-article-child-guide-theme-parks-kids

Adrenalin pərəstişkarı Avstraliyadan olan kanadalı tələbə 16 yaşlı Çarli Beyt (yuxarıdakı fotoda ortada dayanan) öz ailəsi ilə yeddi ildir vaxtaşırı olaraq Dubayda yaşayır. O, bizə dünyanın ən böyük qapalı attraksion parkı olan Dubayın IMG Worlds of Adventure məkanı barədə məlumat verir.


IMG Worlds of Adventure


in-article-haunted-hotel

Böyük həyəcanla gözlədiyim attraksion...
Haunted Hotel.

Ən qorxulu attraksion və niyə məhz o?
Mənim üçün Haunted Hotel ən qorxulu attraksion idi, çünki buradakı hər bir otaq çox real və dəhşətli idi. Hətta ən sürətli rollerkoster də məni təəccübləndirmədi: qorxmamışdım, sadəcə bir az həyəcanlı idim.

Ən gözlənilməz əyləncə növü hansı idi və niyə məhz o?
Ən gözlənilməz əyləncə Velociraptor rollerkosteri idi. Bu mənim qapalı attraksion parkına ilk gəlişim olduğu üçün mən orada amerikan əyləncə təpəciklərindən elə də çox şey gözləmirdim, lakin burada hər şey qapalı məkanda bir film ilə başladı sonra da biz tezliklə bayırda aşağı-yuxarı fırlanmağa başladıq! O, parkdakı ən heyrətamiz və ən yaxşı rollerkoster idi.

Heç vaxt bir daha getmərəm...
Thor Thunder Dövrəsi. Mən bir də heç vaxt havada sallanan ayaqlarımla belə sürətli firlanan attraksionda həmin hissi yaşamaq istəməzdim. Dalbadal iki dəfə sınadım və mədəm ağrıdı. Amma çox əyləncəli idi.

Əgər bir əyləncə yaradası olsaydım...
Mən virtual olaraq Marvel video oyunu oynamaq üçün insanlara qulaqlıqlar və müəyyən yer veriləcək virtual reallıq (VR) mərkəzi yaratmaq istərdim. Virtual Reallıqda video oyunlar oynamaq heç bir şeyə bənzəməyən təcrübədir və bunu unutmaq əsla mümkün deyil.

Hansı attraksionu bir daha sınamaq istəyərdin?
Haunted Hoteli. Qatil zombi bu dəfə məni tuta bilməyəcək, bundan əminəm. Üstəlik mən dostlarımın hoppanmasını və ruhlardan qorxaraq çığırmasını görməyi çox istəyirəm.

Macəra xalı
3.5/5

in-article-thor-thunder-spin


Avstraliyalı bacı-qardaşlar 9 yaşlı Uilliyam Stoun (yuxarıdakı fotoda sol tərəfdə) və 12 yaşlı (yuxarıdakı fotoda sağ tərəfdə) Oliviya Stoun beş ildir ki, öz ailələri ilə Dubayda yaşayırlar və Əmirlikdə məktəbə gedirlər. Wild Wadi, Bounce və KidZania onların sevimli attraksion parkları arasında yer alır.


Wild Wadi


Böyük həyəcanla gözlədiyim attraksion...
Uilyam
: Tantrum Alley; Burada sürüşkənin başlanğıcında yan tərəfdə iri bir deşik var və burdan baxanda adama elə gəlir ki, bu, yola qədər uzanır və sanki sürüşən zaman insanda aşağıya yola düşəcəyiniz hissini yaradır.

Ən qorxulu attraksion...
Uilyam: The Jumeirah Sceirah. Sanki Burj Khalifa kimi dik idi.
Olivia: Tantrum Alley, çünki səhnə çox qorxulu idi.

Ən gözlənilməz əyləncə isə...
Uilyam: Burj Surj, çünki gözəl bir ailəvi istirahətdir və sonra içəri girən zaman qorxudan hər kəsin üzü sanki dəyişir, elə bil hamı dəhşətli bir film seyr edir. 

Təkrar dönməyəcəyim attraksion...
Uilyam: Jumeirah Sceirah, çünki adama elə gəlir ki, sanki dibi olmayan bir quyuya düşürsən.
Oliviya : Düzünü desəm onlar hamısı çox əyləncəlidir və hamısına bir daha getmək istərdim.

Wild Wadi Macəra Xalı
Olivia: 4/5
William: 4.8/5


in-article-Wild-Wadi-Waterpark

Aquaventure


Böyük həyəcanla gözlədiyim attraksion...
Uilyam:
The Rapids çünki kələ-kötür, sürətli və əyləncəli idi.
Olivia: The Leap of Faith, çünki, sərt yamaclı sürüşkənləri çox sevirəm.

Ən qorxulu attraksion...
Uilyam: The Leap Of Faith, sanki Jumeirah Sceiraha çox bənzəyir və çox dikdir.
Olivia: The Shark Tank, orada borunun içərisində sürüşəndə ətrafında dəniz və köpəkbalıqları olur. Ərazinin balaca, dar olması xoşuma gəlmədi.

Ən gözlənilməz əyləncə isə...
Uilyam: The Shark Tank çünki balıqların və köpəkbalıqlarının arasından keçdik.
Olivia: The Rapids, çünki onun elə intensiv olacağını düşünmürdüm.

Təkrar dönməyəcəyim attraksion...
Uilyam: The Leap of Faith çünki çox qorxuludur.
Oliviya: Onların hamısına bir daha getmək istərdim, amma növbə azalana qədər The Faith Leap-ə getmək istəməzdim, adam çox olur, çünki bura çox məşhurdur.

Əgər bir əyləncə yaradası olsaydım...
Uilyam:
Rapids kimi hətta ondan daha qorxulu birini yaradardım.
Oliviya : Suyun məni atıb-tutmasını sevdiyim üçün The Rapids kimi su parkı da yaratmaq istərdim.

Macəra Xalı
Olivia: 3/5
William: 4/5


in-article-aquaventure
 

KidZania


Böyük həyəcanla gözlədiyim iş...
Uilyam:
Koka-kola hazırlamaq, çünki hazırlayandan sonra özünlə götürüb içə bilərsən.
Olivia: Həqiqətən də mən çörək bişirməni sınamaq istəyirdim, çünki o mənim maraqlandığım bir sahədir.

Ən gözlənilməz təcrübə isə...
Uilyam:
Ətir hazırlamaq idi.
Olivia: Fikrimcə yarışda işçi olmaq gözəl sürpriz idi, çünki heç vaxt belə bir işdə işləyəcəyimi ağlıma gətirməzdim.

Bir daha əsla etməyəcəyim...
Uilyam: Peçenye bişirmək - Onları bişirməyi deyil, yeməyi xoşlayıram
Olivia: Diş həkimi olmaq, - diş həkimi olmaq çox darıxdırıcıdır!

Əgər Kidzaniada bir iş yaradası olsaydım o hansı olardı...
Uilyam: İdman Təlimatçısı.
Olivia: Kompüter animasiyası. Öz animasiyamı yaratmağı çox xoşlayıram.

Macəra Xalı
Olivia: 3/5
Uilyam: 3.2/5


in-article-kidzania

Bounce


Böyük həyəcanla gözlədiyim batut...

Uilyam: Top quyusu, çünki əyləncəlidir və oraya tullanmaq olur.
Olivia: Hamısı.

Bounce-un ən gözlənilməz hissəsi isə...
Uilyam: Batut, gözlənilməz şəkildə divarda idilər.
Olivia: Basketbol sahəsi, çünki mən heç vaxt basketbolu batutla əlaqələndirməmişdim.

Təkrar dönməyəcəyim attraksion...
Uilyam: Batutun çöldə olmasını istəyərdim, çünki içəridə həqiqətən tərləyirəm.
Olivia: Tam əyləncə olduğu üçün onların hamısını təkrar yaşamaq istəyirdim.

Macəra Xalı
Olivia: 5/5
Uilyam: 5/5

in-article-bounce

Dubayda uşaqlar üçün o qədər əyləncə var ki - bunları sınayın: ailəvi çimərlik klubları və balacalar ən yaxşı açıq-hava məşğuliyyətləri.

849
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

test

Uçuşları axtar

Kimdən :
Qədər :
Bunlar da xoşunuza gələ bilər
Turkuaz House Dubay hamamları
Hamama Üz Tutun
Turkuaz House-da Cavanlaşın
Ritz Carlton Spa Dubay Spasında dincəlin
Dincəl və Təzələn
Ritz Carlton Spa-da cavanlaşın
Tom & Serg Kafe həyatının ləzzəti
Şəhərdə Ən Sərin Qəhvə
Tom & Serg-də yemək dadı kimi fotogenikdir
İbn Battuta Mall-a səfər Dubayda alış-veriş
Alış-veriş səyahətinə çıxın
İbn Battuta Mall-a səfər
"Al Hadheerah"
Şam yeməyi şousu
Səhrada "Al Hadheerah"-da nahar edin