Dubai

Dubaydakı ən yaxşı ailəvi çimərlik klubları

Dubayda ailələr üçün ən yaxşı çimərlik klubları və dənizkənarı məkanlar
Sonsuz qızılı sahillər və il boyu günəş Dubayı ailəvi çimərlik klublarından həzz almaq üçün dünyadakı ən yaxşı yerlərdən birinə çevirir. Avar çəkməyə, avadanlıqlarla oynamağa və uşaqlar üçün məşğələ klublarına hazır olun. Bir çox məkanlar həftə içi qiymətləri aşağı salır, odur ki, daha ucuz giriş əldə etmək üçün bazar günü ilə cümə axşamı arasında baş çəkin. Burada, biz ailəvi əyləncə üçün Dubayın ən yaxşı çimərlik klublarını nəzərdən keçiririk.
1

Riva Çimərlik Klubu

Riva Çimərlik Klubu

Ailəvi Relaksasiya

Palm Jumeirahın sahil xəttində gizlənmiş bu üslublu, dəniz mövzulu vadi, cavan ailələr üçün həftəsonu məkana çevrilmişdir. Uşaq hovuzu, kiçik qruplar üçün açıq havada lounge yeri, avar çəkmək üçün gözəl çimərliyi və keyfiyyətli italyan restoranı olan bu məkanda əsl Aralıq dənizi ab-havasını hiss edəcəksiniz.
Əlaqə məlumatları
  Sahil Xətti, Palm Jumeirah

  +971 4 430 9466 or info@riva-beach.com
2

Jumeirah Beach oteli

Jumeirah Beach oteli

Sinbadın Üzgüçülük Klubunun Evi

Dubayda çox az otel tam yanında Burj Al Arabın olması ilə lovğalana bilər. Ərəb körfəzinə gözəl mənzərəsi açılan bu dalğa formalı oteldə 2km-lik çimərlik, beş üzmə hovuzu, və yaxınlıqdakı Wild Wadi Waterpark-da sürüşkənlər, üstəlik boru şəkilli attraksionlar var. Əlavə haqq ödəməklə Sinbad's Kids' Club-da incəsənət, idman, üz rəngləmə və nəzarət altında oyun və üzmə sahələrindən yararlana bilərsiniz.
Əlaqə məlumatları
Jumeirah yolu +971 4 348 0000 və ya jbhinfo@jumeirah.com

3

Fairmont The Palm mehmanxanası

Fairmont The Palm mehmanxanası

The Palm-ın sakit sularını kəşf edin

Əgər meyvə kababları, buzlu şirnilər və eynəyin silinməsi xidməti sizi heyrətləndirmək üçün yetərli olmazsa, ailəvi istirahət məkanları mütləq olacaq. İki təmiz açıq hava hovuzu ilə yanaşı, su idmanı məkanı və 800 metrlik, qaçış üçün münasib ayrıca çimərliyə malik Fairmont Falcon Juniors' Club su əyləncəsi parkı, balacalar üçün oyun evi və dırmanma divarı təklif edir.
Əlaqə məlumatları
  Palm Jumeirah

  +971 4 457 3388, pulsuz +1 888 380 2224 və ya palmdubai@fairmont.com
4

JA Jebel Ali Golf Resort & Spa

JA Jebel Ali Golf Resort & Spa

Bütün Yaşlarda Şəxslər Üçün Oyun Vaxtı

Dubay Marinadan 15 dəqiqəlik məsafədə yerləşən bu ailəvi çimərlik klubunda mükəmməl məkanları kəşf etmək üçün daha çox gəzməyə dəyər. Böyüklər üçün təmiz su və duzlu hovuzları ilə yanaşı, otel körpələr və yeniyetmələr üçün iki uşaq klubu, balacalar üçün iki hovuz, üzən Wibit Water Park və mini qolf, at sürmə, kriket, dəvə sürmə, stolüstü tennis, su polosu və petanq kimi oyunlar təklif edilir.
Əlaqə məlumatları
Jebel Ali +971 4 814 5555 və ya reservations@jaresorts.com

5

Sofitel Dubai The Palm Resort & Spa

Sofitel Dubai The Palm Resort & Spa

Başlıca ailəvi tətil məkanı

Yaxınlıqdakı coşqulu məkanlardan fərqli olaraq daha sakit bir mühitin olduğu bu sakit kurortda giriş haqqının bir hissəsini yemək və içkilər təşkil edir. East Crescent of Palm Jumeirah-da yerləşən bu kurortda 500 metrlik özəl çimərlik, altı temperaturu tənzimlənən hovuz var, şnorkel və avarlı lövhə kimi su idmanlarından isə əlavə ödəniş etməklə yararlanmaq olar. Çətir altında yeri təmin etmək üçün öncədən sifariş edin

Dubayda mükəmməl bir çimərlik tətili planlaşdırırsınız? Ən yaxşı çimərlik kafelərinəvə su kənarında məşğuliyyətlərə nəzər salın.
Əlaqə məlumatları
Palm Jumeirah +971 4 455 6677 və ya H6541@sofitel.com