Top

Dubayda Baş Çəkilməli Yeni Restoranlar

Dubayda ən çox baş çəkilən kafeləri təqdim edirik
Dubayda bütün arzu olunan yemək və qidaları tapmaq mümkündür. Şəhərdə müxtəlif ölkələrin mətbəxləri sizi gözləyir. Əsl Asiya küçə yeməklərindən ənənəvi Mərakeş təamlarına, qurman hind yeməklərinə qədər şəhərdəki ən maraqlı məkanların siyahısını təqdim edirik. Həmçinin 21 fevral - 9 mart tarixləri arasında baş tutacaq, Dubay Qida Festivalının 2019 buraxılışını yoxlamağı unutmayın.
1

Asiya küçə yeməyi

Miss Tess

Asiya küçə yeməyi

Miss Tess

Heyrətamiz və çox dadlı məkan

Dubayda Asiya mətbəxinin ən gözəl nümunələrini dadın Taj Dubai-da Miss Tess hər cəhətdən möhtəşəm görünür. Belə ki burada Miss Tess-in Koreya, Tayland, Çin və Vietnamdakı nahar menyularından ilhamlanmış rəngarəng dekorlu rikşası yer alır. Müasir Asiya küçə yeməyi, teatr musiqisi və rəqs ilə zəngin olan bir nahar üçün stul çəkin. "Dim sum" yeməyi, ədviyyatlı əriştə, təzə suşi, Koreya barbekyusu yeməyi arzu edisinizsə, bu restoran kulinariya möcüzəsi göstərərək sizi tam məmnun edəcək. Miss Tess çox əyləncəli, qəribə və unudulmaz bir yerdir.

Tövsiyəmiz: Dünyanın ən hündür binası olan Burj Khalifanın İnstaqrama layiq görüntüləri üçün Miss Tessin terrasında bir masa sifariş edin.
Əlaqə məlumatları
  Taj Dubai, Biznes Körfəzi  +971 4 438 3121


Mütləq görülməli turistik yerlər
2

Çimərlikdə gözəl təamlar

Masti

Çimərlikdə gözəl təamlar

Masti

Gözəl üslublu hind təamlarından zövq alın

Hind dilindən "əyləncə və şıltaqlıq" kimi tərcümə olunan Mastidəki yeməklər daha əvvəl tanıdığımız yeməklərin daha yaradıcı formasıdır. Dubayın ən yeni dəniz sahili məkanlarından olan La Merdə yerləşən restoran digər xarici mətbəx elementlərini də ehtiva edən çox çeşiddə dadlı yeməklər təklif edir. Menyuda ən cəzbedici yeməklər "duck kheema crostini", pomidorlu, günəşdə qurudulmuş krevetkalar, şirin çili souslu quzu əti, kremli karri aioli sousudur. Bu yeməklər müasir hind mətbəxinin ən seçkin təamlarındandır.

Tövsiyəmiz: Mastinin interyeri rəngarəng olsa da üzü sahilə baxan terrasda bir masa sifariş edərək Dubayın mükəmməl qış günəşindən və səma xətti görüntülərindən zövq alın.
Əlaqə məlumatları
  La Mer, Jumeirah 1
  +971 800 62784

Ən yaxşı çimərliklər
3

Dadlı tapa-lar

Toro + Ko

Dadlı tapa-lar

Toro + Ko

Barselonadan ilham almış təamları dadın

City Walkda yerləşən Toro + Ko öz əla menyusu ilə və öz ispan ənənələri ilə seçilir. Boston, Nyu-york, Banqkokdakı açılışlardan sonra Dubaydakı məkan şəhərin qurmanları üçün gözəl bir seçimdir. Barselonada geniş yayılmış tapa restoranlarından ilhamlanmış bu məkan orijinal, dadlı inqrediyentlərdən hazırlanmış ispan yeməklərinə öz imzasını atır. Mükafatlar qazanmış aşpazlar Ken Oringer və Jamie Bissonnettenin təxəyyülünün məhsulu olan bu restoranda cücə kroketləri, hisə verilmiş padron bibərləri, krevetkalar, quzu əti və dadlı paella dadmaq olar. Hər bir yeməkdə həm ənənəni həm də yaradıcılığı müşahidə etmək olar.

Tövsiyəmiz: Şokoladlı çurro ilə "dulce de leche" xəyallarınızı oxşayacaq bir desertdir.
Əlaqə məlumatları
  The Square, City Walk
  +971 4 590 5433

səyahətini planlaşdır
4

Hind üslubunda dəbdəbə

Little Miss İndia

Hind üslubunda dəbdəbə

Little Miss İndia

Şəkər, ədviyyat və bütün gözəlliklər

Müstəmləkə dövrünün malikanəsinə oxşayan Little Miss İndia, qonaqları Hindistan mətbəxinin tarixini və müxtəlifliyini fərqli ev üslubunda kəşf etməyə dəvət edir. Rəngarəng maşın bəzəkləri və xüsusi həyəti sayəsində bu nahar məkanı daha əvvəl gördüklərinizdən fərqlənir. Menyuda ekzotik ədviyyat qarışımları və ənənəvi bişirmə texnikaları ilə daha dadlandırılmış yeməklər təqdim olunur. "Lamb rogan josh", "butter chicken" kimi hind mətbəxi klassikalarının, eləcə də çili, dəmirhindi, kokos ilə hazırlanmış ədviyyat krevetka karrisinin də dadına baxmağınız məsləhətdir.

Tösviyəmiz: Bu məkanın özəl yeməklərindən olan, səkkiz saat ərzində qazanda, sonra isə təndirdə əlavə olaraq bişirilmiş, marinad quzu ayağı yeməyi tandoori raan-ı məsləhət görürük.
Əlaqə məlumatları
  Fairmont The Palm, Palm Jumeirah
  +971 4 457 3457

İndi kəşf et
5

Yapon kaiseki

Kohantei

Yapon kaiseki

Kohantei

Şəhərin işgüzar mərkəzində yerləşən bu məkana "konniçiva" deyin

Kohantei, Dubayda ‘kaiseki’ təcrübəsi təklif edən yeganə yapon restoranıdır. Burada qiymətlər də çox münasibdir. Dubai Opera rayonundakı mükəmməl yerləşməsini qonaqpərvərlik ilə birləşdirən Kohantei şəhərin nahar məkanları siyahısında öz layiqli yerini tutub. Aşpaz Hisao Ueda-nın rəhbərlik etdiyi çoxyeməkli konsepsiya çərçivəsində əksəriyyəti Yaponiyadan gətirilmiş mövsümi inqrediyentlərdən hazırlanmış yeməklər təklif olunur. Restoranın hər bir aspektində hər detala diqqət ayrılıb, belə ki burada yapon üslublu geyimdən tutmuş shōji qapılarına və tatami döşəməsinə rast gəlmək olar. Kohantei-də ancaq üç özəl nahar otağı və beş masadan ibarət xüsusi nahar otağı var, odur ki, əvvəlcədən rezerv etmək çox vacibdir.

Tövsiyəmiz: Premium yapon mal əti və dəniz yeməyindən ibarət Kohanteinin beş çoxyeməkli menyusundan birini seçin.
Əlaqə məlumatları
  Dubay Opera Rayonu, Downtown Dubay
  +971 4 4 243 4951

Dubaya tranzit səfəri
6

Əla dəniz yeməkləri

"Sean Connolly at Dubai Opera" restoranı

Əla dəniz yeməkləri

"Sean Connolly at Dubai Opera" restoranı

İstridyələr heç vaxt belə gözəl dadmayıb

Cəmi bir neçə ayın içində "Sean Connolly at Dubai Opera" restoranı məşhur aşpazın möhtəşəm steyk və dəniz yeməklərinin dadı ilə məşhurlaşdı. Bir dəfə buraya səfər etsəniz bunun səbəbini özünüz tapacaqsınız - odunda bişirilmiş pizzalar, çiy istridyə, əla ət yeməkləri ilə menyu ilk baxışda geniş görünsə də hər bir inqrediyentin düzgün seçilməsi və gözəl təqdimat sayəsində burada hər yemək ayrı bir ləzzətdir. Şəhərin ən gözəl yerlərindən birində yerləşən bu məkanın damüstü terrasındakı "gizli bağ"da teatr öncəsi yeməklərdən həzz alın.

Tövsiyəmiz: Dostlarınız ilə birlikdə menyudakı ən yaxşı yeməklərin təklif olunduğu cümə bağ brançını rezerv edin.
Əlaqə məlumatları
  Dubai Opera, Dubayın İşgüzar Mərkəzi
  +971 4 362 7312
7

Ferma tərzində istirahət

Bleu Blanc, təsisçisi David Myers

Ferma tərzində istirahət

Bleu Blanc, təsisçisi David Myers

Bütün ailənin bəyənəcəyi bir menyu

Məşhur aşpaz David Myer-in Dubaydakı restoranında bir gözəl yeməkdən zövq alın. Bitkidən ibarət divar, parlaq mavi qapılar, qədim üslublu qab-qacaq Bleu Blanc-ın kənd üslublu bir yer olduğunu göstərir. Menyuda üstünlük odunla qızardılmış qrilə verilsə də, burada başqa ət və dəniz yeməklərinə də rast gəlmək olar. Vegetarianlar isə bir az trüfel qatılmış makaronlu pendiri, qatıqlı və göbələkli qrıl olunmuş balqabağı çox sevəcəklər. Açıq mətbəxdə hər şey qonaqların gözü qarşısında hazırlanır ki, bu da "ev mühiti" ab-havasını daha da artırır.

Tövsiyəmiz: Bleu Blanc-ın terrasında Dubay Su Kanalına möhtəşəm görüntülü bir masa sifariş edin.
Əlaqə məlumatları
  Renaissance Downtown Otel, Dubayın İşgüzar Mərkəzi
  +971 4 512 5533

Ən Yaxşı Restoranlar
8

Avropa tərzi

Galvin Dubai

Avropa tərzi

Galvin Dubai

Bir gün içində müxtəlif qitələrə səyahət et

City Walk-da yerləşən Galvin Dubai ən yaxşı Britaniya yeməkləri ilə yanaşı Aralıq dənizi ölkələri olan İtaliya, Fransa, eləcə də Şimali Afrikadan ən seçkin təamları təklif edir. Bu məkan kuskus və badımcan püresi ilə quzu ətindən tajine yeməyinin, sibas karpaççio, dil balığı, Aralıq dənizi üslublu balıq buğlaması kimi yeməklərin, müxtəlif mətbəxlərin təqdim edildiyi bir yerdir. Şıq interyer, əla xidmət, möhtəşəm açıq hava nahar məkanına malik Galvin Dubai-da möhtəşəm bir gecə keçirmək üçün bütün inqrediyentlər var.

Tövsiyəmiz: Lüks "dəniz yeməyi qülləsi" paylaşmaq üçün mükəmməldir. Bu yemək istridyələr, krevetkalar, kral krab, molyusklar, tartar dəniz yeməyi qarışımından ibarətdir.
Əlaqə məlumatları
  The Square, City Walk
  +971 4 590 5444

Dubayda ailəvi tətil
9

"Həmişə evində"

Ninive

"Həmişə evində"

Ninive

Ən gözəl ərəb təamlarını dadın

Babilonun Asma Bağlarına görə məşhur olan qədim şəhər Ninevehin adına adlandırılmış bu restoran vahəyə oxşar şəkildə dizayn edilib. Jumeirah Emirates Towers-in yüksək terrasında yerləşən bu restoran dəbdəbəli bağ və müasir şəhər məclisinin ən yaxşı cəhətlərini özündə təcəssüm etdirməklə yanaşı, gözəl əl işləri və dizayn elementləri ilə göz oxşayır. Bütün bu elementlər insanda "həmişə evində" təəssüratı oyadır. Menyuda isə Yaxın Şərq və Şimali Afrika mətbəxlərinin müxtəlifliyini görmək olar. Burada ət yeməkləri üstünlük təşkil etsə də, vegetarianlar zeytun, qulançar, yerkökü və kartof ilə bişirilmiş Mərakeş Tajine yeməyindən zövq ala biləcəklər.

Tövsiyəmiz: İraq mənşəli Taşrib yeməyi sizi məftun edəcək. Bu yeməyi hazırlamaq üçün quzu buğlaması ədviyyat və limon ilə saatlarla qaynadılır.
Əlaqə məlumatları
  Jumeirah Emirates Towers, Dubay Beynəlxalq Maliyyə Mərkəzi
  +971 4 326 6105