Top

Dubay bazarlarında alış-veriş edin

Şəhərin ən yaxşı ərəb bazarlarında Dubayın alış-veriş irsini kəşf edin
Dəbdəbəli cəvahirat, əl ilə toxunmuş parçalar, ənənəvi ud ətirləri və ucuz məhsullar - bunların hamısını Dubayın ənənəvi bazarlarında tapa bilərsiniz. Şəhər müasir metropolis kimi tanınsa da ənənəvi ərəb bazarları gündəlik həyatın və ticarətin vacib bir elementidir. Həm ziyarətçilər və həm də yerlilər üçün önəmli təcrübə olan Dubayın qızğın bazarları boyunca gəzişin.
1

Qızıl bazarı

Cəvahiratın bolluğu

Qızıl bazarı

Cəvahiratın bolluğu

Evinizə Dubaydan bir parça aparın

Daş-qaş şəhəri Dubayın adına uyğun olan Qızıl Bazarı qiymətli metal alverçiləri, yüksək keyfiyyətli zərgərlik məmulatı axtaran cütlər və Dubayda keçirdikləri vaxtı xatırladan xüsusi suvenir axtaran turistlər üçün mütləq ziyarət edilməli bir yerdir. Bu geniş bazar yolları fərdi, ərəb üslublu, zərgərlik məmulatlarının münasib qiymətə dizayn edilməsində peşəkarlaşmış ticarətçilər və sənətkarla doludur.
Əlaqə məlumatları
  54 Al Khor küçəsi, Deira
2

Ədviyyat Bazarı

Aşpazın cənnəti

Ədviyyat Bazarı

Aşpazın cənnəti

Ən yaxşı ədviyyatın olduğu yer

Burnunuza dəyən ətirin arxasınca Qızıl Bazarının düz yaxınlığında qızğın alış-verişin olduğu Ədviyyat Bazarına gəlin. Məşhur aşpazların, ev aşpazlarının və bacarıqlı xaricilərin Ədviyyat Bazarında sevimli ədviyyat, müalicəvi bitkilər, düyü, meyvə satış yerləri var. Odur ki, qapalı bazar Dubayın ekzotik tərəflərini tədqiq etmək istəyənlər üçün mütləq gedilməli bir yerdir. Yüksək keyfiyyətli zəfəranı yerli qiymətlərlə alın, yüksək keyfiyyətli və günəşdə qurudulmuş orqanik xurmaları sınayın və ürəyiniz istəyən ədivyyatların, qurudulmuş meyvələrin, şəkərli qoz-fındıq və yerli çay növlərinin dadına baxın. Çox güman ki, burada yeni bir dad kəşf edəcəksiniz - və bəli, alandan öncə dadına baxa bilərsiniz.

Əlaqə məlumatları
  26 34 küçəsi, Deira
3

Ətir Bazarı

Ud haqqında hər şey

Ətir Bazarı

Ud haqqında hər şey

Öz ekzotik ərəb ətrinizi kəşf edin

Qızıl və Ətir Bazarlarında səyahət edəndən sonra özünüzü Sikkat Al Khali küçəsindəki Ətir Bazarında tapacaqsınız. Parfüm, ətirli yağlar, çubuqlar, ekzotik ənənəvi ud kimi ətri olan hər bir məhsulu əhatə edən bu alış-veriş məkanda hər kəsin zövqünə uyğun mal var. Zəngin yağları topdan satış ölçülü qablarda, kütləvi şəkildə ala və ya ətiri biləklərinə vurmağı xoşlayanlar üçün nəzərdə tutulmuş ətir seçimlərinə baxa bilərsiniz. Ud haqqında öyrənmək istədiklərinizi öyrənin, bir çox satıcılar bu qədim ətrlə bağlı fərqlilikləri izah etməkdən qürur duyacaqlar. Təcrübəli ətirçilərin hazırladığı və qablaşdırdığı fərdi ətrinizi ala bilərsiniz.

Əlaqə məlumatları
  Sikkat al Khali küçəsi, Deira
4

Parça Bazarı

İpəklə aranız necədir?

Parça Bazarı

İpəklə aranız necədir?

Öz dəb üslubunuzu dizayn edin

Körfəzin Bur Dubai tərəfində siz rəngarəngParça Bazarını kəşf eləyəcəksiniz. Şəhərin sevilən dərzilərinin və yeni formalaşan dəb dizaynerlərinin sevimli məkanı olan bu Bazarda ipək, yüngül pambıqlar, eqzotik palma həsir toxumaları və göz qamaşdıran sari parçaları vardır. Sevimli materiallardan birini seçin, paltar, abaya (ənənəvi qadın geyimi), kandura (ənənəvi kişi geyimi) və ya istədiyiniz üslubda kostyum seçmək üçün yaxınlıqdakı dərzilərin birinə müraciət edin. Onlardan bəziləri bir neçə günə sifarişləri təhvil verə bilir.

Əlaqə məlumatları
  57 Ali Bin Abi Talib küçəsi, Bur Dubai
5

Souk Madinat (Madinat Bazarı)

Alış-veriş məkanı

Souk Madinat (Madinat Bazarı)

Alış-veriş məkanı

Bu istirahət mərkəzində çox şeyləri sınayın

Beş ulduzlu Mina A'Salam və Al Qasr otellərinin arasında yerləşən, Souk Madinat Jumeirah qızğın sövdələşmə aparmaq istəyənlərin məkanıdır. Əyləncəli suvenirlər, incənət nümunələri və heykəllər axtarışında dar yolların labirintində gəzişin. Əsas yerli və beynəlxalq dizayn evlərinə daxil olaraq Madinat Teatrında şouya tamaşa edə bilərsiniz. Burada günün istənilən vaxtında seçə biləcəyiniz restoranlarda, Levant kafelərində və ya kompleksin daxilindən axan kanala gözəl mənzərəsi olan şıq restoranlarda nahar edə bilərsiniz. Öz səfərinizi ənənəvi abra səyahəti ilə tamamlaya və Burj Al Arabın möhtəşəm mənzərəsi ilə tanış ola bilərsiniz. 

Əlaqə məlumatları
  Kral Salman bin Abdulaziz Al Saud küçəsi, Jumeirah
6

Bazar

Gözəl üslubda alış-veriş edin

Bazar

Gözəl üslubda alış-veriş edin

Əsl ərəb üslublu alış-verişi Dubai Mall-da hiss edin

Avropa zərgərlik məmulatlarından bir az sonra, Dubai Mall-un cəvahirat, qiymətli metalları, heyrətamiz daş-qaş satılan 40-dan çox köşkü yer alır. Beynəlxalq standartlara uyğun şəkildə müasirləşdirilmiş bu yer, yerli sənətkarların öz əl işləri haqqında bəhs etdikləri, Əmirlik dizayn üslubunun isə onların incə dizaynlarında əks olunduğu bir məkandır.

Əlaqə məlumatları
  Financial Centre Şossesi, Downtown Dubai
  800 382246255
7

Al Bahar Bazarı

Keçmiş bu günlə görüşür

Al Bahar Bazarı

Keçmiş bu günlə görüşür

Fəvvarə mənzərəli bazar alış-verişi

Burj Khalifa yaxınlığında Burj Lake-dən qısa gəzinti məsafəsində yerləşən Souk Al Bahar ənənəvi ərəb bazarının müasir bir tərzidir. Burada siz Bateel xurmalarını, yanan ətirləri, zərgərlik məmulatlarını, abayaları, çuqundan olan lampaları və qoz-fındıq və bal ilə doldurulmuş təzə ərəb piroqlarını sınaya bilərsiniz. Yuxarıda, geniş açılmış pəncərələri olan məkanda Dubay Fəvvarəsi qarşısında axşam işıqlarını seyr etmək olar.

Əlaqə məlumatları
  Sheikh Mohammed bin Rashid bulvarı, Downtown Dubai
  +971 4 362 7011