Dubai Parks and Resorts

Yeni "Mega Theme Park" məkanımızda yeni əyləncələr tapın

Üç mövzu parkı və bir akvapark ilə "Dubai Parks and Resorts" ziyarətçilərə bənzərsiz, həyəcanlı təcrübə təklif edir. Motiongate Dubai, Bollywood Parks Dubai, Legoland Dubai və Legoland Water Park-da 100-dən çox inanınlmaz qapalı və açıq məkanlarda karusellər və atraksionlar təklif edən bu əyləncə labirinti qəlblərinizi fərəhləndirəcək. Üstəlik mərkəzdə yerləşən Riverland əyləncə və nahar bulvarında ziyarətçilər bütün ailə üçün ləzzətli seçimlər tapacaqlar. Siz həmçinin parkın mərkəzində olan Polineziya üslublu lüks Lapita Hoteldə də qala bilərsiniz.

Motiongate Dubai

Bölgədəki ən böyük Hollivud mövzulu park olan Motiongate Dubay, üç əfsanəvi studiyalar Columbia Pictures, DreamWorks Animation və Lionsgate-i canlandırır. Böyük ekrandan və animasiya klassikləri Smurflər, Şrek, eləcə də attraksiona çevrilmiş "Əjdahanı Necə Ram Etməli", "Aclıq Oyunları"ndan, həyəcanlı attraksionlardan və daha nələrdən həzz alın. Və bu hamısı deyil, daxilinizdəki Ghostbusteri tapa, Madaqaskara uça və Step Up komandasından rəqs dərsləri əldə edə bilərsiniz və bunların hamısı eyni yerdə təklif olunur. Üstəlik gənc film rejissorları Studio Centralda səhnə arxası çəkilişlərin möcüzəvi dünyası ilə tanış ola bilərlər.

motiongate

Dubay Bollywood Parkları

Bollivud sehri, Dubaya, dünyada bənzəri olmayanBollywood Parks vasitəsilə daxil olur. Hərəkət, rəqs və romantika ilə dolu olan, həyəcanlı attraksionlar və ehtiraslı canlı tamaşaların olduğu Bollivud fantaziyası beş mövzulu zonalarda ən böyük blokbasterlərə əsaslanır. Hrithik Roşanın Krrish-i ilə dünya üzərində uça bilərsiniz; Dubay küçələrində Don-u qovun (bu rolu superstar Şah Rukh Khan ifa edib); və Salman Khan Dabangg üslubunda bir neçə akrobat fəndləri öyrənin. Heyrətamiz Rajmahal teatrında bölgədəki ilk Brodvey üslublu Bollivud myuzikli olan Jaan-E-Jigar-a baxın və daha çox interaktiv karusellər, multimedia teatr şouları və hərəkət dolu əyləncələrə baxın.

bw2 dxb

Legoland Dubai

2-12 yaşlı uşaqlar üçün əla mövzu parkı olan Legoland Dubai-da leqo dünyasını tədqiq edin. 40-dan çox atraksionda, şouda və bütün ailənin zövq ala biləcəyi leqo qurmada öz təxəyyülünüzü işə salın. 60 milyondan çox leqo hissəsi ilə hazırlanmış 15 000 leqo modelinə malik altı mövzu parkı və qapalı və açıq hava attraksionları ilə Legoland Dubai mütləq ziyarət edilməli bir yerdir.

əjdaha

Legoland Akvaparkı

Balaca uşaqları olan ailələr üçün dizayn olunmuş, regionun ilk akvaparkı olan Legoland Akvaparkında Lego macəra dünyasına daxil olun. Qoy təxəyyülünüz 20-dən çox leqo mövzulu su sürüşkənləri və dalğalı hovuzu olan atraksionlar, Duplo körpə oyun sahəsi və öz Leqo salınızı düzəldə biləcəyiniz Build-A-Raft River ilə birgə axsın.

çayda ailənizlə birgə raftinq

Riverland Dubay

Riverland Dubay, "Dubai Parks and Resorts"dakı mərkəzi əyləncə, nahar, dincəlmə yeridir və buraya biletsiz daxil olmaq olar. Bu məkanın dörd qızğın guşəsi olan The Peninsula, India Gate, The Boardwalk və The French Village-də çay qırağında gəzişərkən keçmişə bir nəzər salın. Gözəl memarlıq, körpülər və digər möhtəşəm tikililərdən zövq ala biləcəyiniz 50-dən çox alış-veriş məntəqəsində alış-verişdən və dünyanın bir çox yerini təmsil edən mətbəxdən həzz ala bilərsiniz.

fransız şəhərciyinə körpüdən açılan mənzərə

Lapita Oteli

"Dubai Parks and Resorts"-ın tam mərkəzində yerləşən ailəvi otel olan Polineziya üslublu Lapita Hoteldə yeni bir dünyaya daxil olun. Ləngər vuran palma ağacları ilə cazibədar, gölməçə görünüşlü hovuzların arasında dincələ bilərsiniz, çünki bu otel Sakit Okean Adalarının əsl mahiyyətini təqdim edir.

lapita

Dubai Parks and Resorts

+97148200000

+97148200000 https://www.google.com/maps/place/Dubai Parks and Resorts/@24.919702,55.0077594
Dubai Parks and Resorts +97148200000 AmazingService@DubaiParksandResorts.com Şeyx Zayed yolu, Palm Jebel Ali ilə üzbəüz - Dubay 55,0077594 24,919702 https://www.visitdubai.com/-/media/dctcm/pois/dubai%20parks%20and%20resorts/thumb%20image/dubaiparksandresorts105x105jpg.jpg
Yeri

Marşrutu tap

İstiqamətlər :
A
B
İstiqamətlər

Driving Directions to AZ

A

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
Al Fahidi bazarı Dubay bazarları
Tarixi rayonda alış-veriş edin
Al Fahidi bazarını kəf edin
Cocoa Room Yeni qida tendensiyası
Cocoa Room
Lüks səhər yeməyi
Abra ilə Körfəzi keçmə İrs və Mədəniyyət
Körfəzi keçin
Körfəzi Keçmək Üçün Abra Götürün
default image Dubayda Restoranlar
Romantik və Eksküziv Mühitdə Nahar Edin
Pierchic-i Kəşf Edin
Qədim Sirrlər Aşkar Edilir Dubayın tarixi yerləri
Qədim Sirrlər Aşkar Edilir
Muzeydə Bir Gün
TripAdvisor Səyahətçilərinin reytinqləri
Əsas0reviews
Top