Dubai

İstifadə şərtləri

Müstəvidən istifadə şərtləri



Bu istifadə şərtləri (burada istinad olunan hər hansı sənədlərlə birgə) www.visitdubai.com adlı vebsaytımızdan (bizim“Vebsayt”) içərisindəki hər hansı mikrosaytlar; və/və ya (b) mobil tətbiqimizdən (bizim“Mobil Tətbiq”vebsaytlarımızdan ümumi şəkildə “Müstəvilər”), qonaq və ya qeydiyyatdan keçmiş istifadəçi kimi istifadə edərkən sizə istifadə şərtlərini bildirir. Müstəvilərimizdən istifadəyə

Müstəvilərimizdən istifadəyə başlamazdan öncə bu istifadə şərtlərini lütfən diqqətlə oxuyun, çünki onlar sizin, Müstəvilərimizdən istifadənizə şamil olunur. Gələcəkdə istinad etməyiniz üçün bu məlumatın nüsxəsini çap etməyinizi tövsiyə edirik.

Müstəvilərimizdən istifadə etməklə siz bu istifadə şərtləri ilə razılaşdığınızı və onlara riayət etməyə razı olduğunuzu təsdiq edirsiniz. Əgər siz bu istifadə şərtləri ilə razı deyilsinizsə, Müstəvilərimizdən istifadə etməməlisiniz.

Digər tətbiq olunan şərtlər

Bu istifadə şərtləri eyni zamanda bizim Müstəvilərimizdən istifadənizə tətbiq edilən növbəti əlavə şərtlərə tətbiq edilir:

Məxfilik Siyasətimiz, sizdən topladığımız və ya sizin bizə təmin etdiyiniz hər hansı şəxsi məlumatı emal etmə şərtlərini müəyyən edir. Müstəvilərimizdən istifadə etməklə, siz belə bir emal ilə razılaşırsınız və təmin etdiyiniz bütün məlumatların dəqiq olduğuna zəmanət verirsiniz.

Müstəvilərimizdən istifadə imkanı

Biz Müstəvilərimizin və ya onlarda olan hər hansı mətnin həmişə əlçatan olmasına və ya kəsintisiz olmasına zəmanət vermirik. Müstəvilərimizə giriş müvəqqəti əsasda verilir. Biz hər hansı xəbərdarlıq etmədən Müstəvilərimizin fəaliyyətini dayandıra, təxirə sala və ya tamamını və ya bir hissəsini dəyişdirə bilərik. Hər hansı bir səbəbdən Müstəvilərimizin müəyyən müddət və ya dövr ərzində əlçatan olmamasına görə biz məsuliyyət daşımırıq.

Bizim Müstəvilərimizə girmənizin mümkünlüyü üçün bütün tədbirləri görməyə özünüz cavabdehlik daşıyırsınız.

Sizin internet bağlantınız vasitəsilə bizim Müstəvimizə daxil olan bütün şəxslərin istifadə şərtlərindən və digər şərt və müddəalardan xəbərdar olmalarını və onlara əməl etmələrini təmin etməyə də siz cavabdehlik daşıyırsınız.

Əqli mülkiyyət hüquqları

DTCM Məzmuna daxil olan və Birləşmiş Ərəb Əmirliklərinin və beynəlxalq müəllif hüququ qanunları və sazişləri vasitəsilə qorunan bütün Əqli Mülkiyyət Hüquqlarının sahibidir (və müvafiq hallarda, lisenziya sahibidir). Bütün bu hüquqlar qorunur.

Əqli Mülikiyyət Hüquqları dedikdə əqli mülkiyyət hüquqları başa düşülür və buraya aşağıdakılar daxildir:


(i) müəllif hüquqları, patentlər, verilənlər bazalarına dair hüquqlar və ticarət markaları, dizaynlar, nou-hau və məxfi məlumat (qeydiyyata alınmış və ya alınmamış) üzərində hüquqlar; (ii) hər hansı belə hüquqların qeydiyyatdan keçirilməsi üçün ərizələr və belə ərizəni vermə hüququ; (iii) bütün digər əqli mülkiyyət hüquqları və dünyanın hər hansı yerində istifadə edilən ekvivalent və ya oxşar mühafizə formaları; və (iv) Müstəvilərimizdə Məzmunu istifadə etmək üçün əqli mülkiyyətin hər hansı üçüncü tərəf sahibindən alınmış hər hansı lisenziyalar və istifadə hüquqları.

Məzmun dedikdə bizim Müstəvimiz, o cümlədən onu təşkil edən HTML, mətn, şəkillər, loqolar, düymələrin şəkilləri və təsvirləri, audio kliplər, video kliplər, rəqəmsal yükləmələr, verilənlərin yığılması (o cümlədən Müstəvilərimizin təşkili və ümumi görünüşü), proqram təminatı və Müstəvilərimizdə sizə təqdim edilən digər nəşr edilmiş məzmun (da daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) nəzərdə tutulur.

İstifadə şərtlərində açıq olaraq fərqli şəkildə bildirilməsi istisna olmaqla, kommersiya məqsədi olmamaq şərti ilə siz Məzmunu təkrar nəşr və nümayiş etdirə bilərsiniz. Kompüterinizin keş yaddaşında saxlanılan müvəqqəti nüsxə və şəxsi istifadə üçün bir daimi nüsxə istisna olmaqla, bizim əvvəlcədən alınmış yazılı təsdiqimiz və ya lisenziyamızın yazılı təsdiqi olmadan materialdan tam və ya qismən başqa məqsədlərlə istifadə etmək, saxlamaq, üzünü çıxarmaq, nəşr etmək, dəyişdirmək və ya istənilən formada yaxud istənilən üsullarla ötürmək qadağandır.

Xüsusilə, siz hər hansı Məzmundan öz nəşrlərinizi, İnternet saytınızı və ya digər paylama vasitələrini təşkil etmək, saxlamaq, yaxud təchiz etmək və ya təşkil edilməsinə, saxlanmasına yaxud təchizinə yardım etmək məqsədilə istifadə edə bilməzsiniz.

Bu istifadə şərtlərinə zidd olaraq saytımızın hər hansı hissəsinin nüsxəsini çıxarsanız, çap etsəniz və ya yükləsəniz, bizim saytdan istifadə hüququnuz dərhal ləğv ediləcək və siz bizim seçimimizlə əldə etdiyiniz nüsxələri qaytarmalı və ya ləğv etməlisiniz.

Bizim Müstəvimizdə verilmiş heç bir şey, saytda nümayiş etdirilən hər hansı loqo, başlıq və ya ticarət markasından müvafiq Əmlak Hüquqları sahibinin xüsusi olaraq verilmiş yazılı razılığı olmadan istifadə etmək hüququ verməsi kimi qəbul edilməməlidir.

Hüquqi imtina

Bu internet saytı DTCM tərəfindən "olduğu kimi" əsasla təchiz edilir.

Yerli qanunların icazə verdiyi təqdirdə DTCM, xidmət təchizatçılarının üstüörtülü zəmanətləri, müvafiq məqsəd üçün qabiliyyət, alıb-satma imkanı və münasiblik, Müstəvilərimizə və ya hər hansı Məzmuna şamil edilə biləcək təmsilçilik və ya digər terminlər daxil olmaqla, amma onlarla məhdudlaşmayan aşkar və ya örtülü şəkildə edilmiş bütün zəmanətlərdən imtina edir və onları istisna edir. DTCM, birbaşa, dolayı, təsadüfi, cəzalandırıcı və nəticə etibarı ilə yaranan zərərlərə (laqeydlik daxil olmaqla) və ya itkiyə görə, eləcə də aşağıdakılarla bağlı, hətta öncədən görülməsi mümkün olsa belə, məsuliyyət daşımayacaq:

  • bizim Müstəvilərimizdən istifadə, yaxud istifadənin qeyri-mümkünlüyü; yaxud
  • bizin Müstəvilərimizdə nümayiş etdirilən hər hansı məzmundan istifadə etmə və ya onun etibarlılığı.

Siz işgüzar istifadəçisinizsə, lütfən nəzərə alın ki, biz xüsusilə aşağıdakılar üçün məsuliyyət daşımayacağıq:


  • mənfəətin, satışın, biznesin və ya gəlirin itirilməsi;
  • biznesin pozulması;
  • ehtimal edilən əmanətin itirilməsi;
  • biznes imkanının, xoş məramın və ya nüfuzun itirilməsi; yaxud
  • hər hansı dolayı, yaxud nəticədən yaranan itki və ya zədə.

Siz istehlakçı istifadəçisinizsə, lütfən nəzərə alın ki, biz internet saytımızı ancaq evdə və fərdi istifadə üçün təchiz edirik. Siz Müstəvilərimizdən hər hansı kommersiya və ya biznes məqsədləri ilə istifadə etməyəcəyinizə razılıq verirsiniz və biz sizin hər hansı mənfəət, biznes itkisi, biznesin dayanması, yaxud biznes imkanının itirilməsi üçün məsuliyyət daşımırıq.

Biz virus, paylanan xidmətin dayandırılması, yaxud bizim Müstəvilərimizdən və ya onlarla əlaqəli hər hansı digər saytdan istifadə etməniz, onlardan hər hansı məzmunu yükləməniz nəticəsində sizin kompüter avadanlığınıza, kompüter proqramlarına, verilənlərə və ya digər patentli materiala zərər verə biləcək digər texnoloji zərərli materiallar nəticəsində baş vermiş hər hansı itki və ya zədə üçün məsuliyyət daşımayacağıq.

Biz, Müstəvilərimizə keçid linki olan vebsaytların məzmunu ilə bağlı heç bir məsuliyyət daşımırıq. Bu cür linklər, həmin linkləri olan vebsaytları doğrulamağımız kimi şərh olunmamalıdır. Onlardan istifadə ilə bağlı yaranan hər hansı itki və ya zərərə görə məsuliyyət daşımayacağıq.

Bu istifadə şərtlərinə dəyişikliklər

Biz bu səhifəyə dəyişiklik etməklə istənilən vaxt bu şərtləri dəyişdirə bilərik. Lütfən vaxtaşırı olaraq bu səhifəyə baş çəkin və etdiyimiz dəyişiklikləri nəzərə alın, çünki onlar sizin üzərinizdə öhdəlik qoyur.

Müstəvilərimizə edilən dəyişikliklər

Biz Müstəvilərimizi vaxtaşırı yeniləyə bilərik və istənilən vaxt məzmunu dəyişə bilərik. Bununla belə, lütfən nəzərə alın ki, Müstəvilərimizdəki hər hansı bir məzmun köhnəlmiş ola bilər və biz onu yeniləmək öhdəliyi daşımırıq. Biz Müstəvilərimizin və ya onlarda olan hər hansı məzmunun səhvsiz və xətasız olmasına zəmanət vermirik.

Məlumata etibar etməmə

Müstəvilərimizdəki məzmun yalnız ümumi məlumat xarakterlidir. O, sizin etibar etməli olduğunuz məsləhət funksiyası daşımır. Müstəvilərimizdəki məzmun əsasında hər hansı fəaliyyətə başlamazdan öncə siz peşəkar məsləhəti və ya mütəxəssis rəyi əldə etməlisiniz.

Müstəvilərimizdə olan məlumatı təzələmək üçün ağlabatan cəhdlər görsək də, biz Müstəvilərimizdəki məzmunun dəqiq, tam və ya yeni olduğuna dair heç bir təmsilçilik, zəmanət və ya qarantiyanı, nə aşkar nə də ehyamlı şəkildə vermirik.

Viruslar

Müstəvilərimizin təhlükəsiz və ya virussuz olması barədə qarantiya vermirik. Müstəvilərimizə daxil olmaq üçün öz informasiya texnologiyanızı, komyuter proqramlarınızı və platformanızı tərtib etməyə görə özünüz məsuliyyət daşıyırsınız. Siz öz virusda mühafizə proqramınızdan istifadə etməlisiniz.

Siz viruslar, troyanlar, qurdlar, məntiq bombaları və ya digər ziyanlı və ya texnoloji cəhətdən zərərli materiallar daxil etməklə Müstəvilərimizdən bilərəkdən istifadə etməməlisiniz. Siz Müstəvilərimizə, Müstəvilərimizin saxlanıldığı serverə və ya hər hansı başqa serverə, Müstəvilərimizə qoşulmuş hər hansı kompyuter və ya verilənlər bazasına icazəsiz giriş əldə etməyə çalışmamalısınız. Siz "xidmətin dayandırılması" və ya "xidmətin paylayışılmış dayandırılması" hücumlarını Müstəvilərimizə qarşı həyata keçirməməlisiniz. Bu müddəanı pozmaqla, Birləşmiş Ərəb Əmirliyinin qanunları çərçivəsində cinayət işləmiş olursunuz. Biz hər hansı qayda pozuntusu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verəcəyik və sizin şəxsiyyətiniz barədə məlumatı onlara açıqlamaqla onlarla əməkdaşlıq edəcəyik. Belə qayda pozuntusu halında Müstəvilərimizdən istifadə haqqınıza dərhal xitam veriləcək.

Müstəvilərimizə linklər

Siz bizim ana səhifəmizə linklər verə bilərsiniz, o şərtlə ki, bu, ədalətli, qanuni şəkildə olsun, bizim reputasiyamıza zərər vurmasın, və ya belə zərərdən faydalanmayasınız. Belə olmadığı təqdirdə, siz linki elə müəyyən etməlisiniz ki, o, bizim adımızdan assosiasiya, təsdiq və ya təqdir kimi başa düşülməsin. Siz sahibi olmadığınız hər hansı vebsaytdan bizim saytımıza keçid təmin edə bilməzsiniz. Vebsaytımzı hər hansı saytın üzərində çərçivə halına salınmamalıdır, eləcə də siz ana səhifədən başqa vebsaytımızın digər hissələrinə linklər verə bilməzsiniz. Biz, xəbərdarlıq etmədən keçid vermə icazəsini geri çəkmək hüququna malikik.

Saytımızda Üçüncü Tərəf linkləri və resursları

Bizim Müstəvilərimizdə başqa saytlara və üçüncü tərəflərin təchiz etdiyi resurslara linklər verilərsə, linklər ancaq sizə məlumat üçün verilmişdir. Biz həmin internet saytlarının və ya resursların məzmununa nəzarət etmirik.

Tətbiq olunan qanun

Müstəvilərimiz, Birləşmiş Ərəb Əmirliklərində, Dubayda yerləşən DTCM tərəfindən yaradılıb və onun tərəfindən nəzarət olunur. Beləliklə, Dubay qanunları, tətbiqi mümkün olan yerlərdə Birləşmiş Ərəb Əmirliklərinin federal qanunları qanunların ziddiyətinə rəvac vermədən bu məsuliyyətdən imtinaları, şərtləri idarə edəcək. Biz, Müstəvilərimizə və bu məsuliyyətdən imtinalara, şərtlərə və müddəalara istənilən dəyişiklik etmək hüququnu özümüzdə saxlayırıq.

Bizimlə əlaqə

Bizimlə əlaqə saxlamaq üçün, lütfən info@dubaitourism.ae ünvanına e-məktub göndərin.

Müstəvimizə baş çəkdiyiniz üçün təşəkkür edirik.