Dubai

Dubaya Səyahət

Şimalda tarixi bölgə olan Deiradan Abu Dabi yaxınlığında yerləşənDubai Parks and Resorts-dakı mövzu parklarına və şərqdə səhraya qədər, Dubayda aşkar ediləsi ərazilər çoxdur. Nəqliyyatınızı öz təcrübənizə uyğunlaşdırın - sürücüsüz metromuzda futurist gəzintidən səhradakı irs safarisinə qədər seçimlərə baxın. Yolun hər bir hissəsində bənzərsiz binaların ətrafında gəzişməyi sınayın.



Taksi çağırın


Dubay taksilərini şəhərin istənilən yerindən, istənilən vaxt, gecə və ya gündüz çağırmaq olar. Əgər taksi xidməti planlaşdırırsınızsa (və ya əgər yol qırağında taksi tapa bilmirsinizsə), +971 4 208 0808 nömrəsi vasitəsilə Dubay taksi xidmətinə zəng edə bilərsiniz.


Digər böyük şəhərlərlə müqayisədə Dubayda taksilər münasib qiymətə olsalar da hər kilometrə görə qiymətlər, yolun ödənişli olmasından və ya günün hansı vaxtı səyahət etməyinizdən asılı olaraq dəyişir.


Əgər taksi xidmətindən istifadə etməyə üstünlük verirsinizsə, Uber və ya Careem mövcuddur. Özünüzü ekstravaqant hiss edirsiniz? Quş baxışı səyahət üçün Uber vertolyotu rezerv edin.


Dubay metrosu və ya tramvay


Dubayın qələbəlik yerlərinə və Dubai Mall, Dubai World Trade Centre, Dubai Marina, Palm Jumeirah və JBR kimi tanınan yerlərinə getməyin asan yolu sürücüsüz metro və tramvay sistemi vasitəsilədir.


Dubay Metro biletləri Nol kartı vasitəsi ilə alınmalıdır, bu bilet ilə həm də cəmi 3 dirhəmə avtobus, tramvay və taksi xidmətindən istifadə etmək mümkündür. Şəhəri metro stansiyaları vasitəsilə kəşf edin və Wojhati adlı tətbiq vasitəsilə Dubay marşrtularınızdan tam faydalanın.


Siz həmçinin çoxgünlük biletlər də ala bilərsiniz. Şəhərdə qaldığınız müddətdə metrodan tez-tez istifadə etməyi düşünürsünüzsə belə bilet idealdır.


Getting-Around-Dubai-Dubai metro_550x350

Dubay avtobus səyahəti


1500-ə yaxın avtobusun və kondisionerli sığınacaqların istifadədə olduğu şəhərdə avtobus, şəhəri gəzmək üçün büdcəyə uyğun variantdır. Yerlilər kimi şəhər avtobusu ilə gəzin və ya əsas turist məkanlarını seyr etmək üçün avtobus turu rezerv edin.


Avtomobil kirayə edin


Əgər şəhəri öz başınıza tədqiq etmək istəyirsinizsə, avtomobil kirayəsi Dubayı öz tempinizlə tədqiq etmək imkanı verir. Avtomobil icarəyə götürmək üçün sizə lazım olan tək şey beynəlxalq sürücülük vəsiqəsi, pasport və kredit kartıdır; üçüncü bir tərəfin təmin etdiyi sığorta da zəruridir. Açıq yola çıxdıqdan sonra, Dubayın dağ şəhəriHattaya getmək və ya gözəl səhraya səfər etmək şansını əldən buraxmayın. Səhraya səyahət barədə öyrənin.


Lüks avtomobildə həyəcanlı səyahət axtarırsınız? Dubayda ən yaxşı məşğuliyyətlərdən biri JBR və ya Downtown bölgələrini cəlbedici bir maşında keçməkdir; Paddock Avtomobil İcarəsi vasitəsilə Bentley və ya Apex Lüks Avtomobil İcarəsi vasitəsilə Buqatti icarəyə götürə bilərsiniz.


Getting-Around-Dubai-Hire a car_550x350

Gəmi və su taksisi


Mənzərələri seyr etməyin bir yolu da Dubai Ferrydir. Qiyməti cəmi 15 dirhəmdən başlayan bu nəqliyyat vasitəsində ziyarətçilər Biznes Körfəzindən başlamaqla Dubay Marinaya yeni açılmış Dubay Kanalı boyunca gedə bilərlər. Nəqliyyat sistemimizə vacib bir keçidi təmin etməklə yanaşı, gəmi, sərnişinlər və turistlər üçün Dubayın sahil xəttinə və üfüqünə gözəl mənzərəni təmin edir. Hər gün səhər saat 10:00-da, 12-də və 17:30-da Al Jaddaf stansiyasında gəmi yola düşür.


Getting-Around-Dubai-Ferry-water taxi_550x350

Dhou qayıqları və abralar


Bizim ənənəvi nəqliyyat vasitəmiz olan qayığa minərək Dubay kanallarında keçmişə səyahət edin. Əsl tarixi təcrübə üçün Dubay Körfəzi və ya Souk Madinat Jumeirah boyunca abra ilə səyahətə çıxın. Və ya adətən yelkən səyahəti üçün istifadə olunan daha böyük dou qayığı götürün. Bəzi doularda hətta nahar kruizləri üçün nəqliyyat vasitələri də var. Dubayın qədim və müasir qayıqlarında səfərləri Deiranın tarixi su kanalı olan Dubay Körfəzində, Dubay Marinada, və ya tam yeni Dubay Kanalında həyata keçirmək olar.


Yaxta icarəsi


İnanılmaz dərəcədə xoş dəniz mehi altında şəhərin üfüq xəttindən, möhtəşəm binalardan zövq alaraq Dubayda gəzişin. Xclusive Yachts, eləcə də bir neçə klik ilə öz yaxtanızı seçməyə, rezerv və ödəniş etməyə imkan verən onlayn rezerv sistemi CharterClick kimi çoxlu seçimlər var. Dubayı dənizdən seyr etməyin daha çox yollarını aşkar edin.


Getting-Around-Dubai-Yacht rentals_550x350
Bunlar da xoşunuza gələ bilər
İki Gecə Qalın və Qənaət Edin! Eksklüzivlər
İki Gecə Qalın və Qənaət Edin!
Vida Otel və Kurortlarında Qalın
Dubai Outlet Mall Dubayda alış-veriş
Öz təcrübəli alıcınızı yönləndirin
Dubai Outlet Mall-da sərfəli alış-veriş
Ədviyyat Bazarı Dubay Möcüzələri
Xüsusi rəng qatın
Ədviyyat Bazarında dərindən nəfəs alın
Virgin Megastore Dubayda alış-veriş
Pop musiqi və hədiyyələr qalereyası
Virgin Mega-mağazasında alış-veriş edin.