Viza və Giriş Məlumatları
Dubaya viza üçün ərizə vermə qaydaları

Dubaya daxil olmaq üçün lazım olan vizanın növü, milliyyətiniz, planlaşdırılmış səfərinizin məqsədi və səfərin planlaşdırılmış müddəti kimi bir neçə amildən asılıdır.

Əvvəlki slayd
Növbəti slayd

Aeroportda 30 günlük viza

Aşağıdakı ölkələrin vətəndaşlarından BƏƏ-nə daxil olmaq üçün əvvəlcədən viza almaq tələb olunmur və onlar uzatma üçün 10 günlük güzəştlə 30 günlük vizanı ölkəyə girişdə ala bilərlər:

Andorra
Avstraliya
Bruney
Kanada
Vatikan
Honq-Konq (Çin)
İrlandiya
Yaponiya
Malayziya
Çili
Monako
Rusiya
San Marino
Seyşel adaları
Sinqapur
Ukrayna
Mauritius
Çin
Qazaxstan
Yeni Zelandiya
Böyük
Britaniya
Amerika Birləşmiş Ştatları

Lütfən nəzərə alın:

  1. Siyahısı yuxarıda verilmiş ölkələrin vətəndaşları ümumi vətəndaş pasportu ilə ölkəyə daxil olduqları gündən etibarən 30 gün müddətində qüvvədə olan viza ala bilərlər
  2. Vizanın müddətini uzatmaq mümkündür və onun ümumi qüvvədə olma müddəti ölkəyə daxil olma günündən etibarən 60 gün təşkil edir
  3. Pasportlar ümumi vətəndaş pasportu olmalı və altı aydan artıq qüvvədə olmalıdır
  4. Viza çox-girişli viza hesab olunur və BƏƏ-də və ya ondan kənarda olmasına baxmayaraq, viza sahibinə 30-günlük etibarlılıq müddətindən istifadə etməyə imkan verir. Viza sahibinin BƏƏ-dən kənar keçirdiyi günlərin sayı vizanın 30 günlük etibarlılıq müddətindən çıxılacaq

Aeroportda 90 günlük viza

Növbəti ölkələrin vətəndaşlarından BƏƏ-nə daxil olmaq üçün əvvəlcədən viza almaq tələb olunmur və onlar 90 günlük vizanı ölkəyə girişdə ala bilərlər:

Viza 90 gün ərzində keçərlidir. Vaxtı uzadıla bilər.
Cənubi Koreya
Argentina
Baham adaları
Solomon adaları
Nauru

Lütfən nəzərə alın:

  1. Siyahısı yuxarıda verilmiş ölkələrin vətəndaşları ümumi vətəndaş pasportu ilə ölkəyə daxil olduqları gündən etibarən 90 gün müddətində qüvvədə olan viza ala bilərlər
  2. Vizanın vaxtı uzadıla bilər
  3. Pasportlar ümumi vətəndaş pasportu olmalı və altı aydan artıq qüvvədə olmalıdır
Viza 90 gün ərzində keçərlidir. Vaxt uzadıla bilməz.
Avstriya
Belçika
Braziliya
Bolqarıstan
Xorvatiya
Kipr
Danimarka
Estoniya
İsveçrə
Finlandiya
Polşa
Fransa
Almaniya
Yunanıstan
Macarıstan
İslandiya
İtaliya
Latviya
Litva
Lüksemburq
Malta
Niderland
Norveç
Portuqaliya
Rumıniya
Slovakiya
Sloveniya
İspaniya
İsveç
Lixtenşteyn
Çexiya Respublikası

Lütfən nəzərə alın:

  1. Siyahısı yuxarıda verilmiş ölkələrin vətəndaşları ümumi vətəndaş pasportu ilə ölkəyə daxil olduqları gündən etibarən 90 gün müddətində qüvvədə olan viza ala bilərlər
  2. Bu viza növü yenilənə bilməz
  3. Pasportlar ümumi vətəndaş pasportu olmalı və altı aydan artıq qüvvədə olmalıdır
  4. Viza sahibi ölkəyə girişdə aldığı 90 günlük vizadan ölkəyə daxil olduğu ilk gündən etibarən 180 gün ərzində istifadə edə bilər

Tranzit və Qısamüddətli Viza

Tranzit vizaları 48 - 96 saat müddətində bütün pasport* sahibləri üçün mövcuddur. Sərnişinlər BƏƏ-dən xaricə təyyarə reysi rezerv etməli və ölkədə qalacaqları müddətdə otel rezervasiyasını təsdiq etdirməlidirlər.

Öncədən planlaşdırmağınız və Dubaya qızamüddətli səfər və ya tranzit səfəri etməzdən öncə vizalara erkəndən müraciət etməyiniz tövsiyə olunur.

Vizanın növü Haqlar
48 saatlıq viza Səyahət agentləri və hava yolları vasitəsilə müraciətlər pulsuzdur

Aeroporta gəliş zamanı mövcud olsa da, ödənişlidir
96 saatlıq viza Səyahət agentləri və hava yolları vasitəsilə bütün müraciətlər ödənişlidir

Aeroporta gəliş zamanı mövcud olsa da, ödənişlidir


Şərtlər və müddəalar:

• Tranzit vizalarını yerli səyahət tərəfdaşları vasitəsilə rezerv etmək mümkündür
• Həm 48 saatlıq həm də 96 saatlıq vizalar üçün viza hazırlanması haqqı ödənilməlidir
• Dubaya tranzit üçün gələn turistlərdən təsdiq olunmuş otel rezervasiyası tələb olunur
• Ziyarətçilərdən tranzit zamanı Dubaydan səfər etdikləri məkan üçün təyyarə bileti tələb olunur
• BƏƏ-yə giriş immiqrasiya təsdiqindən asılıdır
• Standart müddət bütün viza müraciətləri üçün keçərlidir və immiqrasiya təsdiqi və təhlükəsizlik yoxlanışına tabedir
• Ziyarətçilər immiqrasiya təsdiqi və təhlükəsizlik yoxlanışına tabe olan tranzit vizası üçün aeroportda müraciət edə bilərlər

Emirates Hava Yolları həmçinin VFS Global Services tərəfindən təmin olunan onlayn viza ərizələrini də qəbul edir. Sadəcə olaraq emirates.com vebsaytının "BƏƏ vizası üçün müraciət et" bölməsinə gedərək tərcih etdiyiniz viza kateqoriyanızı seçin və səfər məlumatlarını daxil edin. Viza forması sonra e-poçt vasitəsilə paylaşılacaq, sonra doldurularaq zəruri viza haqları ilə birlikdə təqdim olunmalıdır. Sizin viza ərizəniz BƏƏ-yə gəlməzdən ən azı dörd iş günü qabaq hazırlanmalıdır.

*Pasportunuzun uyğun olmasını yoxlamaq üçün ən yaxınınızdakı səyahət operatoru ilə əlaqə saxlayın.

Körfəz ölkərinin sakinləri

Əgər siz körfəz ölkələrinin sakinlərisinizsə, BƏƏ-ə səfər etmək üçün vizaya və ya zaminə ehtiyacınız yoxdur. Amma körfəz ölkələri sakinlərini müşaiyət edən xaricilər və ya körfəz ölkələrində yaşayan xaricilər BƏƏ-yə gəlməzdən öncə onlayn viza əldə etməlidirlər.

BƏƏ daxili işlər nazirliyi körfəz ölkələrində yaşayan və BƏƏ-ə gəlmək istəyən xaricilər üçün onlayn viza sistemini təmin edir. Onlayn viza tətbiqi sistemi də onlayn ödəniş metodunu ehtiva edir. Ölkəyə daxil olduqdan sonra, eViza müraciətçinin qeydiyydatdan keçmiş e-poçtuna göndəriləcək.

eChannels sistemi aşağıdakı kateqoriyalardan olan şəxslərin müraciət etmələrinə imkan yaradır:

  1. BƏƏ vətəndaşları: Sistem zamin olduqları şəxslər üçün müraciət etmək imkanı verir
  2. BƏƏ-də yaşayan xaricilər: Sistem onlara viza və ya giriş icazəsi üçün müraciət etməyə və ya onları yeniləməyə və ya ləğv etməyə imkan verir
  3. BƏƏ-də yaşayan körfəz ölkələri vətəndaşları: Zamin olduqları etdikləri şəxslər üçün müraciət edə bilərlər
  4. Körfəz ölkələrinin sakinləri: Onlar BƏƏ-də giriş icazəsi üçün müraciət edə bilərlər
  5. Turistlər: Səfər etməyi planlaşdıran turistlər də giriş icazəsi/turist vizası üçün müraciət edə bilərlər.

Nəzərə alın ki, BƏƏ-yə səfər etməzdən öncə eViza alınması məcburidir. Körfəz ölkələrinin sakinləri və ya qeyri-rezidentə və ya vətəndaş olmayan şəxsə zamin olan körfəz ölkələrinin sakinləri, ölkəyə giriş zamanı qonağı müşaiyət etməzlərsə qonağın ərizəsi təsdiq olunmayacaq.

BƏƏ vətəndaşları, sakinləri və şirkətləri Daxili İşlər Nazirliyi nəzdində onlayn smart sistem olan UAE eChannels' vasitəsilə yeni viza üçün müraciət edə və ya vizanı yeniləyə bilərlər.

Vizanın Növləri

Tranzit/Qısamüddətli Viza

Müddəti: 48 - 96 saat
Etibarlıdır: Veriləndən sonra 14 gün
İlkin şərtlər: BƏƏ-dən xaricə təyyarə reysi rezerv etdikdən və ölkədə qalacağınız müddətdə otel rezervasiyasını təsdiq etdikdən sonra etibarlıdır.

Xidməti viza

Ölkəyə daxil olma günündən etibarən 14 gün
Etibarlılıq müddəti: verildiyi gündən 14 gün
İlkin şərtlər: tur operatoru və ya otelinin zaminliyi

Turist vizası

Müddət: vizanın növündən asılı olaraq, ölkəyə giriş tarixindən 60 günlük uzunmüddətli viza və ya 30 günlük qısamüddətli viza
Etibarlılıq: verilmə tarixindən sonra 60 gün
İlkin şərtlər: Otel və ya tur operatorunun zaminliyi

Səfər Vizası

Müddəti: viza növündən asılı olaraq daxil olma günündən etibarən 30 gün/90 gün
Etibarlılıq müddəti: verildiyi gündən 60 gün
İlkin şərtlər: BƏƏ sakini, tur operatoru və ya otelinin zaminliyi

İş Vizası

Şirkətlər işçinin işçi vizası üçün müraciət etməlidirlər. Vizanın müddəti və etibarlılığı iş müqaviləsinin şərtlərindən asılıdır.
İlkin şərtlər: Pasportlar BƏƏ-yə daxil olan anda ən azı altı ay müddətində keçərli olmalı və yalnız ağ fonda çəkilmiş, təzə, rəngli fotolar (polaroid olmayan) qəbul olunacaq. BƏƏ-də olan şəxslər ölkədə olan müddətdə statuslarını dəyişmək üçün müraciət edə, yaxud BƏƏ-ni tərk edə və yenidən qayıda bilərlər.

Necə müraciət etməli
  1. Sizin adınızdan xidmətli viza (14 gün), turist vizası (30 gün), səfər vizası (90 gün) və ya tranzit vizası (48 - 96 saat) üçün müraciət edəcək yerli səyahət tərəfdaşınızla əlaqə saxlayın.
  2. BƏƏ-nin daimi sakini olan şəxslər də (qohumlar və ya dostlar) qaydalara müvafiq olaraq Səfər Vizası üçün sizin adınızdan müraciət edə bilərlər.
  3. Siz Emirates Visa Services vasitəsilə müraciət edə bilərsiniz.

Əlavə məlumat üçün, lütfən bu səhifəyə baş çəkin: www.dnrd.ae

Top