Dubayda baş çəkilməli yeni yerlər

Dubayın ən yeni məkanları, attraksionları və digər yerləri ilə tanış olun
Dubay baş çəkməyə dəyər yeni attraksionları və dünyasəviyyəli məkanları ilə ziyarətçiləri təəccübləndirməyə və heyrətləndirməyə davam edir. Əgər siz dünyadakı ən uzun kanat xəttində gəzişmək istəyən macərapərəst, dəb həvəskarı və ya sənət tamaşaları həvəskarısınızsa, Dubayda bəyənəcəyiniz çoxlu təkliflər var. Dubayda ən son attraksionlarımızın siyahısı ilə tanış olun.
1

La Mer

Jumeirah 1

La Mer

Jumeirah 1

Dubayın sahil kənarında yerləşən yeni rayonunda çimərlikdən həzz alın

Dubayın şəhərdaxili çimərlik həyatına mükəmməl əlavə olan La Mer, şəhərin ən yeni çimərlik rayonudur. Dubayın Jumeirah 1 rayonunda yerləşən bu yeni məkan, palmalı yollara, divarlarda qraffiki rəsmi olan yollara və gözəl sahil kənarına malikdir. Rayonun 2.5 km uzunluğunda olan qumsalına baş çəkərək buradakı bir çox dükan və kafelərdə alış-veriş terapiyası qəbul edin. Əgər bütün günü tədqiqat aparmaqda maraqlısınızsa, BƏƏ-nin müasir tarixi ilə yaxından tanış olmaq üçün yaxınlıqdakı Etihad Muzeyinə baş çəkin və ya Dubayın möhtəşəm mənzərəsini seyr etmək üçün Dubay Su Kanalının yanında ayaq saxlayın.
Əlaqə məlumatları
  Jumeirah 1, 2 A küçəsi
  +971 4 317 3999

Best Beaches
2

Laguna Akvaparkı

La Mer

Laguna Akvaparkı

La Mer

Şəhərin ən yeni akvaparkında günəş altında sürüşün

La Merdə şəhərin ən son əyləncə məkanı olan Laguna akvaparkı yerləşir. Karusellərin, əyləncə məkanlarının və bol günəşlənmək ərazilərinin olduğu Laguna hər kəs üçün macəra dolu gün keçirmək üçün əladır. Ailənizlə birlikdə parkın beş bənzərsiz su sürüşkənlərində aşağı şütüməklə, kabana altında dincəlməklə və parkın əsas attraksionu olan WaveOz 180-də özünüzü sınamaqla gününüzü maraqlı keçirə bilərsiniz. Daha sonra La Mer-in taxtalı gəzinti sahəsində yerləşən yeni restoranları sınaya bilərsiniz (bizim seçimimiz: Masti-nin dadlı hind naharı).
Əlaqə məlumatları
  Laguna Akvaparkı, La Mer, 2A küçəsi, Jumeirah 1
  +971 800 637227

Theme parks
3

"Fashion Avenue"

Dubay Mall

"Fashion Avenue"

Dubay Mall

Şəhərin varlıları ilə yanaşı oturun

Dubayda dəb təbdirlərinin artıq yeni məkanı var - bu, "Fashion Avenue"nun möhtəşəm davamı olan Dubai Mall-dur. Cartier, Gucci, Burberry və Alexander McQueen-in daxil olduğu 150-dən çox lüks brendin yer aldığı bu anklavda elit alıcılar üçün hər cür təkliflər var. Bonuslara sizin hər nazınıza cavab verəcək VİP parkinq köməkçisi, şəxsi alıcılar və mall daxili şoferlər daxildir. Alış-veriş arasında ziyarətçilər bir çox gözəl kafelərdə dadlı təamlar dada (və yorulmuş ayaqlarını dincəldə) bilərlər. İtaliyan şirniyyat evi Cova-da 19-cu əsrdən bəri qorunub saxlanılan reseptlə bişirilən panettone-nin dadına baxın.
Əlaqə məlumatları
  Dubai Mall, "Fashion Avenue", Maliyyə Mərkəzi yolu
  +971 4 362 7500

Shopping guide
4

Al Seef

Dubay Körfəzi

Al Seef

Dubay Körfəzi

Körfəzin kənarında tarixi bir məkan kəşf edin

Bir tərəfində Bur Dubai, digər tərəfində Dubay Körfəzi olan, gözəl mənzərəli Al Seef, sahilə mənzərəli yerdə maraqlı gəzinti və rahatladıcı tətil təklif edir. Bu yer müasir öz alış-veriş və həyat tərzi ilə yanaşı, şəhərin ilk limanının ərazisi kimi Dubay Körfəzinin önəmli tarixinə töhfə verir. 1.8 kilometr uzunluğunda olan ərazi iki fərqli sahəyə bölünüb: biri qədim Dubayı əks etdirir, digəri isə müasir memarlıq nümunəsidir. Bulvar ərazisində bir çox yeni restoranlar var ki, onların arasında körfəz sahilində əla nahar məkanı Bateaux Dubai da yer alır.
Əlaqə məlumatları
  Al Seef, Dubay Körfəzi
  +971 800 637227

İrslə bağlı əsas məqamlar
5

QE2

Port Raşid

QE2

Port Raşid

Məşhur kruiz gəmisinin göyərtəsində nostalji

50 ildən çox tarixi olan "Kraliça Yelizaveta II" gəmisi Port Raşid ərazisində otel və əyləncə məkanı kimi bir daha kəşf olunmuşdur. İndi 13 mərtəbəli bu oteldə keçmişə səyahət edə bilər və ya sadəcə olaraq bir nahar üçün bu məkana gələ bilərsiniz. Gəmidə önəmli bərpa işləri aparılsa da QE2, ziyarətçilərə qeyri-adi təcrübə bəxş edən mebel və əşyalar daxil olmaqla öz məşhur cəhətlərini qoruyub saxlayıb. Burada hətta bəzilərinin şəhərin ən böyük ziyafət məkanı adlandırdığı böyük rəqs zalı da var.
Əlaqə məlumatları
  QEII, Mina Raşid
  +971 4 526 8888

Discover Now
6

La Perle, müəllif: Dragone

Al Habtoor City

La Perle, müəllif: Dragone

Al Habtoor City

Dubayın heyrətamiz teatr şousunu kəşf edin

Cazibə qüvvəsinə meydan oxuyan akrobatların yer aldığı, Dragonenin müəllifi olduğu La Perle hər il 450 tamaşası ilə regionun ilk daimi teatr şousudur. Al Habtoor City-də Dubay Su Kanalı boyunca yerləşən La Perle 1300 yerlik, interaktiv təcrübə yaşatmaq üçün dizayn olunmuş teatrda yerləşir. Yüksək texnologiyaya malik bu akva-səhnə qısa müddət ərzində 2.7 milyon litr su ilə dola və ya lazım olarsa, quru platformaya çevrilə bilər. Açılış gecəsindən başlayaraq, şounun müxtəlif aspektləri inkişaf etmiş, burada yeni fəndlər və tamaşalar təqdim olunmağa başlanılmışdır, yəni hər səfərinizdə orada fərqli bir tamaşa görəcəksiniz.
Əlaqə məlumatları
  La Perle, Al Habtoor City
  +971 4 436 6666

whatson
7

XLine

Dubay Marina

XLine

Dubay Marina

Dəniz sahilinin mənzərəsini yüksəklikdən seyr et və səsini dinlə

2017-ci ildə açılandan bəri, adrenalin həvəskarları dünyanın ən uzun kanat xətti olan Xline-da əylənmək üçün öz növbələrini gözləyirlər. Macəra həvəskarları Dubai Marinanın göydələnləri arasında unudulmaz səyahətə hazır olmalıdırlar. Su üzərindən keçərkən 80 km/saat sürətinə çatacaqsınız, odur ki, bu zəif ürəklilər üçün deyil. Heyət ilin hər günü 170 metr hündürlüyündə olan Amwaj Towers-dən Marina Mall boyunca digər tərəfə uçuşlar təşkil edir.
Əlaqə məlumatları
  Level P, Dubai Marina Mall
  +971 4 457 3212

İndi kəşf et
8

Dubay Frame

Zabeel Parkı

Dubay Frame

Zabeel Parkı

Müasir və qədim Dubayı yüksəklikdən seyr edin

Yeni Dubai Frame-də 360 dərəcə mənzərə ilə müasir və tarixi yerlərin ən yaxşılarını seyr edin. 150 metr hündürlüyündə olan tikili Dubay mərkəzinin göydələnləri ilə yanaşı Dubayın Deira və Karama kimi qədim və məşğul rayonlarını da ehtiva edir. Şəhərin təzadlı gözəlliyinə tamaşa edən zaman 93 metrlik körpünün üzərində panorama görüntüsündən həzz alın. Birinci mərtəbədə yerləşən muzey və qalareyalarda isə bu gözəl şəhərin keçmişi, bu günü və gələcəyi barədə öyrənin. Alt mərtəbədə yerləşən proyeksiyalar, audio və vizual təqdimatlar, hətta buraxılan ətir və şeh ilə zəngin interaktiv qalereya şəhərin tarixi ilə bağlı təəssüratları daha da zəngin edir.
Əlaqə məlumatları
  Zabeel Parkı
  +971 800 900

must see attractions
Top