Top

Dubaydakı seçkin spa təcrübələri

Dubaydakı bu dincəlmə imkanlarını nəzərdən keçirin
Dubaydakı gözəl görünüşlü spalarda ən dəbdəbəli yağ, skrab prosedurlarının istifadə olunduğu tam bədən müalicələri, Ərəbistan elementli ənənəvi hamam xidmətlərindən faydalana bilərsiniz. Spa təcrübələri Dubay həyat tərzinin bir hissəsidir və ziyiarətçilər buna asanlıqla uyğunlaşırlar. Marşrut proqramlarınıza əlavə edə biləcəyiniz bəzi lüks spa müalicələrini təqdim edirik.
1

The Spa

Palace Downtown

The Spa

Palace Downtown

Krallara layiq dincəlmə üçün

Krallara layiq Palace Downtownda yerləşən The Spa, yer rəngləri ilə, gözəl tərtibatlı mebel və arabesk ağac dekorları ilə bəzədilmiş eleqant və sakit bir guşədir. Ərəb üslubuna uyğun orjinal müalicə prosedurları olan spada Natura Bisse və Les Sens de Marrakech kimi premium və orqanik gözəllik məhsullarından istifadə olunur.

One Desert Journey (105 dəqiqəsi 950 dirhəm) proseduruna bədən skrabı, səhra qumu və duzu daxildir, bununla yanaşı Mərakeş nanəli yağla bitki masajı da var. Ya cütlər üçün müalicə prosedurlarından ya da Çin, Bali, Tayland və Şiatsu metodlarının qarışımı olan Fusion masajını Burj Gölünün yaxınlığında sınayın.
Əlaqə məlumatları
  Palace Downtown, Downtown Dubai
   +971 4 428 7805

2

Amara Spa

Park Hyatt Dubai

Amara Spa

Park Hyatt Dubai

Stresi çıxaran müalicə üçün

Deiranın mərkəzində, Dubai Creek Golf Club-un yaxınlığında yerləşən Park Hyatt Dubai, eləcə də onun gözəl mənzərəli Amara Spa kompleksi şəhərdəki ən görməli yerlərdən biridir. Əgər bu sakit Moor arkaları, yellənən pərdələr və palmalarla əhatələnən heyrətamiz spa hovuz sizi rahatlandırmaq üçün yetərli deyilsə, onların daşqaşlı spa menyusu mütləq yetərli olacaq. Buradakı müalicə prosedurları qədim müalicə faydalarına əsaslanır. Amara Masajı (saatı 550 dirhəm) ətirli çubuq, səndəl və əmbərli-yağlı masajın ritmlə tətbiq edilməsindən ibarətdir.
Əlaqə məlumatları
Park Hyatt Dubai, Dubai Creek Club Küçəsi
   +971 4 602 1660

booktickets-teardrop
3

"Talise spa"

Madinat Jumeirah

"Talise spa"

Madinat Jumeirah

Tam bir gün dincəlmə üçün

Şəhərdəki əsl müalicə məkanı olan Talise Spa Madinat Jumeirah-da yerləşir və digər lüks kurortlarda olan külək qülləsi memarlıq üslubunda tikilmiş, ayrıca yerləşən geniş bir kompleksdir. İçəridə fəvvarələr, gözəl işlənmiş bağçaların yanında yollar var və quşların səsi sizi sanki dəbdəli bir cənnətə aparır.

Otel otağı ölçüsündə ayrı-ayrı otaqları olan bu yer, 2.5 saatlıq dincəlmə üçün ideal yerdir (1,395 dirhəm). Buraya tam bədən masajı, üz və bədən skrabı, və spa-nın mətbəxindən verilən sağlıqlı çərəz daxildir. Tam bir spa təcrübəsi üçün çimərlik kabanasında bir masaj rezerv edin və okean mehi sizi cuşa gətirən zaman burada bacarıqlı terapiya ustaları öz istedadlarını göstərəcəklər. Talise Spa həm də çimərlikdə gecə yoqa sessiyaları daxil olmaqla yoqa məşqləri də təklif edir.
Əlaqə məlumatları
Madinat Jumeirah, Jumeirah Beach şossesi
   +971 4 366 6818

booktickets-teardrop
4

Guerlain Spa

One&Only oteli, The Palm

Guerlain Spa

One&Only oteli, The Palm

Parlaq bir dəri müalicəsi üçün

One&Only The Palm-da cavanlaşma, orqanizmin bərpası sahəsində müalicələr təklif etməklə özünü gözəllik və səhhətə həsr etmiş tarixi Paris spa mərkəzi Guerlain-ə daxil olun. Dəbdəbəli və rahatladıcı bir təcrübə üçün Desert D’Orient-i (2 saatı 1,210 dirhəm) sınayın. Prosedurlar Silk Indulgence Milk Scrub-ın və dəri hazırlanması üçün bədən örtüsünün tətbiqi ilə başlamaqla, sizi sakit və dinc hiss etdirəcək fərdi masajla yekunlaşır.
Əlaqə məlumatları
One&Only The Palm, Palm Jumeirah +971 4 440 1040

5

Saray Spa

JW Mariott Marquis

Saray Spa

JW Mariott Marquis

Əsl ərəb təcrübəsi üçün

Dünyanın ən hündür otelindəki hər iki qüllənin bütün mərtəbəsini tutan Saray Spa, İpək Yolunun karvansaray ənənəsini yaşatmaqdadır. Hər guşədə arabesk tərzinin olduğu bu məkanda xırdalıqlara yetirilən diqqət heyrətamizdir və yerli üsullardan istifadə edən qədim prosedurların cazibədar menyusu interyerə uyğundur. Ən diqqət çəkən yer, şəfalı Ölü Dəniz duzu ilə doldurulmuş Dead Sea hovuzudur. Gümrahlaşdıran skrab, tam bədən maskası, fərdi isidilən hovuzda su üzərində qalma və qidalandırıcı bədən yağ masajının daxil olduğu "Saray Signature Dead Sea Journey" prosedurunu sınayın (iki saatı 990 dirhəm).
Əlaqə məlumatları
JW Marriott Marquis Dubai, Biznes Körfəzi
   +971 4 414 6754

booktickets-teardrop
6

Anantara Spa

Anantara The Palm

Anantara Spa

Anantara The Palm

Asiyadan ilhamlanmış yanaşma

Su, franjipam ağacları və cəh-cəh vuran quşlarla əhatələnmiş paqodalarda yerləşən Anantara Spa sanki bir adanı xatırladır. Bu spa bambuklu Tayland ənənəsinə əsaslanır, suyun bol olması isə rahatladıcı müasir müalicə prosedurlarını xatırladır. Tay masajına və ayurvedaya, eləcə də türk hamamına həsr olunan otaqlar, billur, qiymətli daş buxar otağı, buz fəvvarəsi və duzla nəfəs alma otaqları daxil olmaqla burada 24 müalicə otaqları var. Ənənəvi Tay Masajı, stresi və gərginliyi yüngülləşdirən passiv yoqa kimi nəsillərdən nəsillərə ötürülmüş bir metoddur. (90 dəqiqəsi 700 dirhəm).
Əlaqə məlumatları
Anantara The Palm, Palm Jumeirah
   +971 4 567 8140

booktickets-teardrop
7

Talise Ottoman Spa

Jumeirah Zabeel Saray

Talise Ottoman Spa

Jumeirah Zabeel Saray

Ənənəvi bir təcrübə üçün

Jumeirah Zabeel Saray, Palm Jumeirahda yerləşən Osmanlı üslublu bir kurortdur və onun özəyini Talise Ottoman Spa təşkil edir. Kompleksdəki özünəməxsus binada yerləşən bu mükafatlar qazanmış spada möhtəşəm hamam yer alır. Arkalı, mərmərlə döşənmiş otaqda incə kaşılar var, ətrafda gözəl ətirlər hiss olunur. Royal Ottoman Hammam (1 saatı 590 dirhəm) qədim türk hamam ənənəsinə müasir bir görkəm verir. Mütəxəssislər saçı və bədəni uşaq dərisi yumşaqlığında olana qədər bitki qarışımlarından və kisələrdən istifadə edərək ölmüş dərini təmizləyir, masaj edir, şampunlayır və yuyurlar.
Əlaqə məlumatları
Jumeirah Zabeel Saray, Crescent Şossesi, Palm Jumeirah
   +971 4 453 0456