Dubai

Məxfilik Siyasəti

Məxfilik Siyasəti



Sonuncu dəfə yenilənib: 18 oktyabr 2016.

Turizm və Kommersiya Marketinqi Şöbəsi (“DTCM”) və onun tərəfdaşları olan "Dubai  Festivals  and   Retail  Establishment",  "Dubai Corporation for Tourism and Commerce Marketing", "Dubai Business Events" və "Dubai Calendar" (ümumi şəkildə, “Dubai Tourism”, “Biz”, “biz”, “bizim” və ya“bizi, bizə”) məxfiliklə bağlı narahatlıqlarına hörmətlə yanaşma, müvafiq verilənlərin qorunması qaydalarına uyğun olaraq şəxsi məlumatları qorumaq üçün zəruri tədbirlərin görülməsi kimi tədbirlər daxil olmaqla özlərinin bütün müştərilərinə əla xidmət göstərməklə qərarlıdır. Biz bu Məxfilik Siyasətini siz Dubai Tourism vebsaytlarına, mobil tətbiqlərinə, mikrosaytlarına, sosia media platformalarına, alətlərinə və hər hansı formada olan (Müstəvilər) digər texnoloji müstəvilərinə daxil olub istifadə etdiyiniz zaman sizin barənizdə məlumatları necə topladığmızı, istifadə etdiyimizi və qoruduğumuzu və o məlumatla necə rəftar ediləcəyini başa düşməkdə sizə kömək etmək üçün hazırlamışıq. Lütfən sizin məlumatınız və onunla necə rəftar etməyimiz ilə bağlı düşüncə və təcrübələrimizi başa düşmək üçün aşağıdakıları diqqətlə oxuyun. Əgər siz hər hansı terminlər ilə tanış deyilsinizsə, lütfən bu siyasətin əsas terminlər hissəsində onlarla tanış olun.

Bu Məxfilik Siyasəti bizim istifadə şərtləri və orada istinad edilmiş hər hansı digər sənədlərlə birlikdə oxunmalıdır.

Lütfən nəzərə alın ki, biz bu Məxfilik Siyasətində qeyd olunanlardan kənar məqsədlər üçün məlumatları istifadə etməzdən öncə sizin razılığınızı istəyəcəyik.

Məxfiliyiniz, Dubai Tourism üçün önəmlidir, odur ki, əgər hər hansı bir sualınız olarsa Privacy@dubaitoursim.ae ilə əlaqə saxlayın.

Şəxsi Məlumatın Qəbulu və İdarəedilməsi

Müstəvilərdən hər hansı birinə daxil olmaqla siz bu Məxfilik Siyasətində təsvir olunan təcrübələri qəbul edir və onlara razılıq verirsiniz.

Şəxsi məlumatınızın idarə edilməsində sizə kömək etmək üçün, istəyəcəyiniz təqdirdə sizin barənizdə topladığımız şəxsi məlumatın bir nüsxəsi ilə sizi təmn edəcəyik. Bunu etmək üçün lütfən bizimlə Privacy@dubaitoursim.ae  e-poçtu vasitəsilə əlaqə saxlayın.

Əlavə olaraq, siz, şəxsi məlumatlarınızı istənilən an yeniləyə və ona düzəliş edə bilərsiniz və ya Privacy@dubaitoursim.ae ünvanına e-poçt göndərməklə sizi və şəxsi məlumatlarınızı çıxarmağımızı istəyə bilərsiniz.

Məlumatın toplanılması və ondan istifadə

Biz sizə dair məlumatı aşağıdakı yollarla toplayır və istifadə edirik:

Sizin bizə verdiyiniz məlumatlar : Məsələn, xidmətlərimizdən bəzilərində sizin qeydiyyatdan keçməyiniz, hesab yaratmağınız və ya şəxsi məlumatı verməyiniz tələb olunur. Belə hallarda biz adınız, e-poçt ünvanınız, milliyətiniz, yaşınız, yaşadığınız ölkə, telefon nömrəniz və ya hesabınızdakı kredit kartı kimi məlumatları istəyəcəyik.

Biz bu məlumatlardan aşağıdakı məqsədlərlə istifadə edə bilərik:

  • bizdən istədiyiniz məlumatı, məhsulları və xidmətləri sizə təmin etmək üçün (Dubay Təqvimi daxil olmaqla – ətraflı məlumat üçün aşağı "Dubay Təqvimi" bölməsinə baxın);
  • sizin suallarınıza, şikayət və təkliflərinizə cavab vermək üçün;
  • razılığınızı ifadə etdiyiniz yerlərdə, sizi və ya icazə verdiyiniz üçüncü tərəfləri sizə maraqlı ola biləcək əlavə xidmətlərlə və/və ya əlavə xidmətlər barədə məlumatlarla təmin etmək üçün (aşağıdakı Marketinq bölməsinə baxın).;
  • Müstəvilərdən biri və ya hamısı ilə bağlı dəyişikliklər barədə sizi məlumatlandırmaq üçün;
  • vebsaytlarımızdakı və Müstəvilərimizdəki sizin və sizin kompyuteriniz üçün ən səmərəli şəkildə təqdim olunmasını təmin etmək üçün; və/və ya
  • Aşağıda “barənizdə topladığımız məlumat” hissəsində göstərilən istifadələr üçün.

Barənizdə topladığımız məlumat: Biz istifadə etdiyiniz xidmətlər və onlardan necə istifadə etməyiniz barədə məlumat toplayırıq. Bu məlumata daxil ola bilər (i) internet protokol ünvanı, (ii) cihaz ilə bağlı məlumat (məs. sizin kompyuterinizin modeli, əməliyyat sistemi versiyası və telefon nömrəsi də daxil olmaqla mobil şəbəkə məlumatı), (iii) nasazlıq, sistem fəaliyyəti, kompyuter avadanlığı parametrləri, brazuer növü, brazuer dili, müraciətinizin tarixi və vaxt və istinad URL-i, (iv) brauzerinizi və ya hər hansı Müstəvi hesablarınızı müəyyən edə biləcək kukilər və ya bənzər texnologiyalar, (v) brauzer veb yaddaşı (HTML 3 daxil olmaqla) və tətbiq data keşləri kimi mexanizmlərdən istifadə etməkklə cihazınızda lokal olaraq saxlanılan məlumat (şəxsi məlumat da həmçinin). Biz həmçinin Wi-Fi məkanları, mobil şəbəkə antenaları və İP ünvanları kimi müxtəlif texnologiyalar vasitəsilə Müstəvilərimizdən hər hansı birindən istifadə edən zaman məkan barədə məlumatı toplaya və emal edə bilərik.

Məlumat sizin Müstəvi hesablarınızdan hər hansı bir ilə əlaqədar olarsa, biz onunla şəxsi məlumat kimi rəftar edirik. Müstəvi hesablarınızdan hər hansı bir ilə əlaqədar məlumata daxil olmaq, onu idarə etmək və ya silməklə bağlı ətraflı məlumat üçün lütfən bu siyasətin Çıxış bölməsinə istinad edin.

Biz bu məlumatlardan aşağıdakı məqsədlərlə istifadə edə bilərik:

  • yuxarıda, “bizə verdiyiniz məlumat” hissəsində göstərilən məqsədləq üçün;
  • vebsaytlarımızı və Müstəvilərimizi idarə etmək məqsədi ilə, o cümlədən problemlərin həlli, verilənlərin təhlili, sınaq, tədqiqat, statistik və sorğu məqsədləri ilə idarə etmək üçün;
  • sizə fərdiləşmiş məlumat təklif etmək üçün;
  • məlumatın sizin və sizin kompyuteriniz üçün ən səmərəli şəkildə təqdim olunmasını təmin etmək üçün vebsaytlarımızı və Müstəvilərimizi təkmilləşdirmək; və/və ya
  • seçdiyiniz hallarda xidmətlərimizin interaktiv xüsusiyyətlərində iştirakınıza şərait yaratmaq üçün;
  • vebsaytımızı təhlükəsiz və etibarlı saxlamaq cəhdimizin bir hissəsi kimi;
  • sizə və başqalarına xidmətlərimizin reklam edilməsinin səmərəsini ölçmək və sizə müvafiq reklam təqdim etmək üçün;
  • bazar araşdırması və təhlil məqsədləri üçün; və/və ya
  • razılığınızı bildirdiyiniz yerlərdə, sizə və vebsaytlar və Müstəvilərimizin başqa istifadəçilərinə sizə və ya onlara maraqlı ola biləcək mallar və xidmətlər barədə təkliflər və tövsiyələr etmək (aşağıda Marketinq bölməsinə baxın).

Başqa mənbələrdən aldığımız məlumat: Biz, başqa mənbələrdən aldığımız məlumat sizin bizə verdiyiniz və barənizdə topladığımız məlumat ilə birləşdirə bilərik. Biz bu məlumatdan və birləşdirilmiş məlumatdan yuxarıda qeyd edilmiş məqsədlərlə istifadə edə bilərik (aldığımız məlumatın növlərindən asılı olaraq).

Şəxsi məlumatı necə toplayırıq

Biz həmçinin məqsədəuyğun və ya mümkün olmayan hallardan başqa, sizin şəxsi məlumatı birbaşa sizdən alırıq. Biz bunu bir sıra üsullarla, o cümlədən aşağıdakı qaydada həyata keçiririk:

  • sizin internet saytlarımıza, proqramlara daxil olmanız və istifadəniz və ya bizə qısa mesaj/MMS göndərməniz vasitəsilə;
  • siz yarışa və ya reklam kampaniyasına daxil olanda;
  • sizin məlumatınızı bizə təqdim edən didər şəxslərdən (məs. hədiyyə abunəlik üçün);
  • sizin nümayəndəmizlə apardığınız söhbətlər zamanı; və/və ya
  • ərizə və ya abunə müraciətini doldurduğunuz zaman.

Biz həmçinin şəxsi məlumatları üçüncü tərəflərdən, o cümlədən aşağıdakı qaydada toplaya bilərik:

  • kredit hesabatı verən orqanlar, hüquq mühafizə orqanları və digər dövlət təşkilatları kimi üçüncü tərəf şirkətlərdən;
  • reklamçılardan;
  • məktub göndərmə siyahılarından;
  • məşğulluq təşkilatlarından; və/yaxud
  • podratçılar və biznes tərəfdaşlarından.

Sizin barənizdə topladığımız hər hansı şəxsi məlumat yalnız bu məlumatın tamamlanması tələb olunması üçün lazım olan müddət ərzində saxlanılacaq. Əgər bizim bu siyasətdə göstərilən məqsədlər üçün şəxsi məlumatlarınızı istifadə etmək və ya açıqlamaq ehtiyacımız və bu məlumatları hüquqi baxımdan saxlamaq öhdəliyimiz olmazsa, o zaman biz sizin şəxsi məlumatlarınızı silmək və ya onların anonim qalmasını təmin etmək üçün məntiqli addımları atacağıq (məs. şəxslə əlaqələndirilməsi mümkün olmayan məlumat).

Marketinq

Razılığınızı bildirdiyiniz yerlərdə biz (və icazə verilən üçüncü tərəflər) poçt, telefon, e-poçt, SMS/MMS, bildirişlər, eləcə də Facebook, Twitter və Whatsapp kimi sosial media kanalları vaitəsilə sizinlə əlaqə saxlaya bilərik.

Bu marketinq aşağıdakılarla bağlı ola bilər:

  • Sizə maraqlı ola biləcəyini düşündüyümüz (və ya icazə verilən üçüncü tərəflərin düşündüyü) məhsullar və xidmətlər;
  • Sizin daha əvvəl istifadə etdiyiniz və ya maraqlanmış olduğunuz digər mallara və xidmətlərə bənzər mallar xidmətlər barədə məlumat; və
  • bizim və seçilmiş üçüncü tərəflərin gözlənilən tədbirləri, reklam kampaniyaları və yeni məhsullar/xidmətləri və ya digər imkanlar.

Əgər siz bizim keçmiş müştərimizsinizsə, əvvəlcədən sizin razılığınızı almadan sizinlə yalnız elektron vasitələrlə (telefon, e-poçt, SMS/MMS, bildirişlər, Facebook, Twitter və Whatsapp sosial media kanalları ilə, amma onlarla məhdudlaşmadan) və sizin əvvəl sövdələşdiyiniz məhsula bənzər məhsullar haqqında məlumat ilə əlaqə saxlayacağıq.

Əgər siz bizdən marketinq məktubları almaq istəmirsinizsə e-poçtdakı "abunəlikdən çıx" keçidinə klikləməklə və ya sizi və şəxsi məlumatınızı Privacy@dubaitoursim.ae ünvanına e-poçt göndərməklə elektron verilənlər bazasından çıxarılmasını istənilən an istəyə bilərsiniz.

İnternet Protokolu (IP) Ünvanı

İP ünvanı, siz hər dəfə İnternetdə axtarış edərkən avtomatik olaraq sizin kompyuterinizə təyin olunmuş nömrədir. Siz bizim Müstəvilərimizi ziyarət edəndə, sizin veb proqramınızın istifadə etdiyi server sizin İP ünvanınızı, vebsəhifəyə girmə tarixi və vaxtı, istifadə etdiyiniz internet brauzerin növü, eləcə də sizi bizim müstəvilərə yönəltmiş digər vebsaytları URL-i ilə birgə qeydə alacaq.

Biz həmçinin IP ünvanlarını (İnternetə qoşulmuş kompüterlərin elektron ünvanlarını) tendensiyaları təhlil etmək, internet saytlarını idarə etmək, istifadəçinin hərəkətlərini izləmək və geniş demoqrafik məlumat toplamaq məqsədilə qeyd edə bilərik.

Kukilər

Bəzi hallarda şəxsi məlumatlarınızı kukilərdən istifadə etməklə toplaya da bilərik. Siz bizim vebsaytlarımıza daxil olan zaman sizin kompyuterinizə kuki (bənzərsiz identifikasiya nömrəsi olan kiçik xülasə faylıdır) göndərə bilərik. Bu bizə kompyuterinizi tanımağa və onlayn təcrübənizi fərdiləşdirməyə imkan verir. Bu bizə həmçinin sizin baxdığınız xidmətləri izləməyə imkan verir, beləliklə sizə həmin xidmətlər barədə xəbərləri göndərə bilirik. Biz həmçinin trafik şablonları ölçmək, vebsaytımızın hansı hissənə baxıldığını müəyyən etmək və ümumilikdə əməliyyat şablonlarını qiymətləndirmə üçün kukilərdən istifadə edirik. Biz bu məlumatlardan, xidmətlərimizi təkmilləşdirmək üçün istifadəçilərimizin vərdişlərini araşdırmaq üçün istifadə edirik. Əgər siz kukilər almaq istəmirsinizsə, brauzerinizi elə tənzimləyə bilərsiniz ki, kompyuteriniz onları qəbul etməsin. Siz bu barədə və kukilər barədə ətraflı məlumatı www.allaboutcookies.org vebsəhifəsində əldə edə bilərsiniz.

Biz həmçinin kukilər vasitəsilə vebsaytlarımızdakı fəaliyyətiniz (İP ünvan daxil olmaqla) barədə (şəxsi məlumat olmayan) anonim məlumatı toplaya bilərik və ya biz sorğu verdiyiniz cavablardan sizin barədə məlumat toplaya bilərik. Biz adətən bu məlumatlardan statistika barədə hesabat vermək, tendensiyaları təhlil etmək, xidmətləri təqdim etmək, problemləri təxmin etmək və xidmətlərimizin keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edirik. Bir baxımdan bu məlumat şəxsi məlumat təşkil etmir, çünki o sizi və ya başqa birini müəyyən etmir və biz bu məlumatları istənilən məqsəd və hər hansı vasitəsilə istifadə edə bilərik.

Siz vebsəhifəmizə ilk girən zaman göstərilən bildirişdən əlavə, vebsaytlarımızdan davamlı istifadə etməyiniz vebsaytlarımızdakı kukilərin davamlı istifadəsini qəbul etməyiniz mənasına gəlir.

Digər Vebsaytlara Linklər

Biz, vebsaytlarımızın yerinə yetirdiyi fəaliyyətlər və ya vebsaytlarımıza eləcə də vebsaytlarımızdan linkləri olan xidmətlərə, o cümlədən oradakı məlumat və ya məzmuna və ya verilənlərin toplanması təcrübələrinə və ya məxfilik siyasətinə görə məsuliyyət daşımırıq. Lütfən yadda saxlayın ki, siz bizim vebsaytlarımızdan başqa bir vebsayta keçən zaman linkdən istifadə edəndə, bizim Məxfilik Siyasətimiz üçüncü tərəfin vebsaytlarına və ya xidmətlərinə şamil olunmur. Bizim vebsaytlarımızda linki və ya elanı olanlar da daxil olmaqla, hər hansı üçüncü tərəfin vebsaytlarını və xidmətlərinə baxmağınız və ünsiyyətə keçməyiniz həmin tərəfin öz qaydaları və siyasətlərinə tabedir. Əlavə olaraq siz razılaşırsınız ki, sizin öz istifadəçi məzmununuza girişə icazə verdiyiniz hər hansı üçüncü tərəflər üzərində biz nəzarətə malik deyilik. Əgər siz üçüncü tərəfindən vebsəhifəsi və ya xidmətindən istifadə edirsinizsə (Facebook, Twitter, Instagram, və Google groups və s.) və belə bir üçüncü tərəfə öz istifadəçi məlumatlarınızdan istifadəyə icazə verirsinizsə, bunu öz riskiniz hesabına edirsiniz. Bu Məxfilik Siyasəti bizim başqa üsullarla (o cümlədən oflayn rejimdə) və ya Müstəvilərimiz vasitəsilə fərqli mənbələrdən topladığımız məlumata tətbiq edilmir.

Paylaşdığımız məlumat

Aşağıdakı hallardan biri baş vermədikcə Dubai Tourism-dən kənar şirkətlər, təşkilatlar və fərdlərlə şəxsi məlumatları bölüşmürük:

  • Sizin razılığınız ilə
    Razılığınızı aldıqdan sonra Dubai Tourism-dən (və Məxfilik Siyasətinin bu bölməsində istinad olunan tərəflər və qurumlar) kənar şirkətlər, təşkilatlar və fərdlərlə şəxsi məlumatları bölüşəcəyik.
  • Verilənlərin kənarda emalı üçün
    Biz şəxsi məlumatı öz Məxfilik Siyasətimizə və digər müvafiq məxfilik və təhlükəsizlik tədbirlərinə uyğun olaraq bizim üçün emal etmələri üçün öz tərəfdaşlarımıza və digər etibarlı bizneslərə və ya şəxslərə təmin edirik.
  • Tərəfdaşlarımızla bölüşmək
    Biz şəxslə bağlı identifikasiyası mümkün olmayan məlumatı ictimaiyyətə açıq şəkildə və tərəfdaşlarımızla - nəşriyyatçılar, reklamçılar və əlaqədar vebsaytlar ilə bölüşə bilərik. Məsələn, biz, xidmətlərimizdən ümumi istifadə ilə bağlı tendensiyaları göstərmək üçün məlumatı ictimaiyyətə açıq şəkildə paylaşa bilərik.
  • Tətbiqi mümkün olan hər hansı qanunla tələb edilən yerlərdə
    Dubai Tourism, tətbiqi mümkün olan hər hansı qanunla tələb edilən hallarda, yaxud xoş məramla qanuna əməl etmək, Dubai Tourism hüquqlarını və ya əmlakını, Müstəvilərimizi və ya onların istifadəçilərini mühafizə, yaxud müdafiə etmək üçün belə açıqlamanın lazım və ya arzuedilən olduğuna inandıqda şəxsi məlumatı açıqlayacaq.
  • Seçilmiş üçüncü tərəflərlə
    Biz aşağıdakı hallarda şəxsi məlumatlarınızı üçüncü tərəflərə açıqlaya bilərik:
    • Əgər Dubai Tourism hər hansı biznesi və ya aktivlərini satar və ya alarsa, bu halda biz sizin şəxsi məlumatınızı bu biznesin və ya aktivlərin potensial alıcısına və satıcısına aşkar edə bilərik;
    • Əgər Dubai Tourism və ya bütün onun aktivləri üçüncü tərəf vasitəsilə əldə olunarsa, sahibi olduğu şəxsi məlumat onun ötürdüyü aktivlərdən biri olacaq;
    • Verilənlərin emalı xidmətləri də daxil olmaqla şəxsi məlumatın toplanmış olduğu məqsədlər ilə əlaqədar xidmətləri təchiz edən agentlər, xidmət təchizatçıları və üçüncü tərəflər, belə agentlərin, xidmət təchizatçılarının və üçüncü tərəflərin BƏƏ-də yerləşməsindən asılı olmayaraq;
    • məxfilik öhdəliyi daşıyan hər hansı şəxs və belə məlumatı məxfi saxlamağı öhdəliyinə götürmüş istənilən şəxs; və
    • Əgər siz bizim Dubay Təqvimi xidmətindən (bu Məxfilik Siyasətinin Dubay Təqvimi bölməsinə uyğun olaraq).

Dubay Təqviminə xoş gəlmisiniz

Dubay Təqvimi Dubayda ilboyu baş verən hadisələrin rəsmi təqvimidir. Burada təşkilatçılar tədbirlər barədə elan verə bilər, bilet satıcıları bilet sata bilər, istifadəçilər isə biletləri satın ala bilərlər.

Əgər siz bizim Dubay Təqvimi xidmətlərimizdən istifadə edirsinizsə, bu Məxfilik Siyasətinin şərtlərinə uyğun şəkildə biz sizin məlumatlarınızı toplayacaq, istifadə edəcək və başqa şəkildə emal edəcəyik. Daha spesifik olaraq biz:

  • xidmətdən istifadə üçün qeydiyyatdan keçən zaman şəxsi məlumatlarınızı toplayacağıq;
  • xidməti təmin etmək üçün sizin şəxsi məlumatlarınızdan istifadə edəcək və emal edəcəyik; və
  • şəxsi məlumatlarınızı üçüncü tərəf təşkilatçılarınıza və bilet satıcılarına bildirəcəyik.

Şəxsi məlumatlarınızı harada saxlayırıq.

Sizin barənizdə topladığınız məlumat sizin yaşadığınız ölkədən kənarda yerləşən, BƏƏ-nin daxilində və ya xaricində yerləşə biləcək serverlərə ötürülə, orada saxlanıla və emal oluna bilər.

Sual və Şərhlərinizlə bizimlə əlaqə saxlayın

Əgər siz Müstəvilərimizdəki onlayn müraciət formalarından birindən istifadə edərək hər hansı sualla, şərhlə və ya müraciətlə bizə müraciət edərsinizsə, siz tam adınızı, telefon nömrənizi və e-poçt ünvanınızı qeyd etməlisiniz ki, biz sizinlə əlaqə saxlaya bilək. Hansı onlayn formanı doldurmağınızdan asılı olaraq, sizə göstərdiyimiz xidməti daha da yaxşılaşdırmaq üçün əlavə məlumat vermək imkanı sizə veriləcək. Bununla belə, onlayn formanı doldurub təqdim etməyiniz üçün əlavə məlumata ehtiyac olmaya da bilər.

Bizimlə sadəcə olaraq Privacy@dubaitourism.ae ünvanına e-poçt göndərməklə əlaqə saxlaya bilərsiniz .

İmtina etmə

E-poçtdakı "abunəlikdən çıx" keçidinə klikləməklə (yuxarıdakı marketinq bölməsinə baxın) və ya sizi və şəxsi məlumatınızı Privacy@dubaitoursim.ae ünvanına e-poçt göndərməklə elektron verilənlər bazasından çıxarılmasını istənilən an istəyə bilərsiniz.

Siz həmçinin brauzerinizi elə tənzimləyə bilərsiniz ki, bütün kukilər, o cümlədən xidmətlərimizlə əlaqəli kkukilər bloklansın və ya kuki bizim tərəfimizdən göndərilməsi qeyd olunsun. Bununla belə, kukilərin qeyri-aktiv olacağı təqdirdə xidmətlərimizin bir çoxunun işləməyəciyini bilmək vacibdir. Məsələn, biz sizin dil seçimlərinizi bilməyə bilərik.

Təhlükəsizlik

Biz əlimizdə olan şəxsi məlumatları sui-istifadədən, itkidən yaxud icazəsiz istifadədən qorumaq üçün bütün ağılabatan tədbirləri görəcək, o cümlədən təhlükəsizlik maenələri, parolla giriş və etibarlı serverlərdən istifadə edəcəyik. Sistemə icazəsiz girişin qarşısını almaq, emal edə bilmək üçün məlumatı öyrənən, sərt məxfilik öhdəliklərinə tabe tutulan, bu öhdəliklərinə riayət etməyəcəyi təqdirdə töhmətə və ya işdən azad olmaya tabe tutulan Dubai Tourism işçilərinin, podratçılarının və agentlərinin şəxsi məlumatlarına girişi məhdudlaşdırmaq üçün fiziki qiymətləndirmə tədbirlərimiz daxil olmaqla öz məlumat toplama, saxlama və emal təcrübələrimizi mütəmadi olaraq nəzərdən keçiririk

Təəssüf ki, internet üzərində hər hansı kanal vasitəsilə məlumat göndərən zaman hər zaman risk vardır. Siz məlumatı internet üzərindən öz riskiniz hesabına göndərirsiniz. Şəxsi məlumatlarınızı qorumaq üçün əlimizdən gələni etməyə çalışsaq da, internet vasitəsilə göndərilən məlumatın təhlükəsizliyinə zəmanət verə bilmərik və biz şəxsi məlumat da daxil olmaqla bizə internet üzərindən ötürdüyünüz hər hansı məlumatın təhlükəsizliyinə zəmanət vermirik.

Şəxsi məlumatınızdan hər hansı sui-istifadəyə, yaxud onun itirilməsinə və ya icazəsiz istifadəsinə dair şübhəniz olarsa, lütfən dərhal bizə məlumat verin.

Tənzimləyici qurumların tələblərinə riayət və əməkdaşlıq

Biz mütəmadi olaraq Məxfilik Siyasətimizə uyğun olaraq qanuna necə riayət etdiyimizi nəzərdən keçiririk. Biz, rəsmi yazılı şikayət alanda, biz araşdırmaq üçün şikayəti etmiş insanla əlaqə saxlayırıq. İstifadəçilərimizlə birbaşa həll edə bilmədiyimiz, şəxsi məlumatların ötürülməsi ilə bağlı hər hansı şikayətləri həll etmək üçün, lokal verilənlərin qorunması qurumları da daxil olmaqla müvafiq tənzimləyici qurumlarla işləyirik.

Məxfilik Siyasətinə dəyişikliklər

Gələcəkdə biz, bu səhifəmizə düzəliş etməklə öz Məxfilik Siyasətimizə dəyişiklik edə bilərik. Bütün dəyişikliklər burada ediləcək, odur ki, siz bizim hansı məlumatları topladığımızı, o məlumatı necə istifadə edə biləcəyimizi və onu kiməsə aşkar edib-etmədiyimizi həmişə biləcəksiniz. Bu Məxfilik Siyasətində olan müddəalardan bəzilərinin əvəzinə, vebsaytlarımızda nəşr olunmuş müddəa və bildirişlər üstün hesab oluna bilər.

Bu şərtlərə edilən dəyişikliklərdən sonra Müstəvilərdən istifadəyə davam etsəniz, bu, edilmiş dəyişiklikləri qəbul etmənizi göstərəcək.

Nəticə

Məxfiliklə bağlı narahatlığınız bizim üçün önəmlidir. Ümid edirik ki, bu Məxfilik Siyasəti sizin üçün faydalı oldu.

Bu Məxfilik Siyasəti ilə bağlı suallar

Bu Məxfilik Siyasəti ilə bağlı suallarınız yaranarsa, lütfən çəkinmədən Privacy@dubaitourism.ae ünvanı ilə bizə e-məktub göndərin



Əsas Terminlər

Brauzer veb yaddaşı

Brauzer veb yaddaşı, verilənləri cihazdakı brauzerdə saxlamağa imkan verir. "Lokal yaddaş" rejimindən istifadə olunan zaman, verilənlərin müxtəlif sessiyalarda saxlanılmasına imkan yaradır (beləliklə, brazuer bağlanılıb və təzədən açılandan sonra da verilənlər əldə oluna bilər). Veb yaddaşını asanlaşdıran bir texnologiya HTML 5-dir.

Şəxslə identifikasiya olunmayan məlumat

Bu istifadəçilər barədə qeydə alınmış məlumatdır, beləliklə o fərdi müəyyən olunmayan istifadəçini əks etdirmir və ya ona istinad etmir.

Şəxsi məlumat

Bu, sizin bizə təmin etdiyiniz və adınız, e-poçt ünvanınız, hesablaşma ünvanınız, kredit kart məlumatınız və belə bir məlumatla Dubai Tourism tərəfindən əlaqələndirilə (məsələn Dubai Tourism ilə əlaqədar hər hansı hesabınızla əlaqələndirdiyimiz məlumatlar) bilən məlumatdır.

Həssas şəxsi məlumat

Bu şəxsi məlumatın xüsusi bir kateqoriyasıdır ki, buraya tibbi faktlar, irqi və etnik mənşələr, siyasi və dini inanclar daxildir.