Dubayda ən yaxşı fyujn restoranları

logo image
Dubayda ən yaxşı fyujn restoranları https://www.visitdubai.com/az/articles/dubai-fusion-dining 20170112T083737 20180807T123350:636692420308431177 Dubayda mətbəxləri kəşf edin Dubay kimi beynəlxalq mərkəzlərdə bütün mətbəx mədəniyyətlərini bir menyuda birləşdirən və harmoniya yaradan restoranlarda fyujn mətbəxinə tələbin yüksək olması heç də təəccüblü deyil. Bu yeddi restoran Dubayın mədəni qarışım təcrübəsini yaşamaq istəyənlər üçün əla bir seçimdir.
Bu yeddi fyujn restoranlarında mədəni qarışım təcrübəsi yaşayın

Dubayın ən yaxşı fyujn restoranlarında süfrədə şərq ilə qərb görüşür


Dubay kimi beynəlxalq mərkəzlərdə bütün mətbəx mədəniyyətlərini məkanın özü kimi fərdi olan menyuda birləşdirən və harmoniya yaradan restoranlarda fyujn mətbəxinə tələbin yüksək olması heç də təəccüblü deyil. Bu yeddi restoran Dubayın mədəni qarışım təcrübəsini yaşamaq istəyənlər üçün əla bir seçimdir.



Couqley


Jumeirah-dakı Lakes Towers ərazisinin çiçəklənən qurman restoranları sırasına ən son qoşulan Couqley restoranı, kanalın hər iki tərəfini təmsil edən, sevilən təamlardan təşkil olunan menyusu ilə ingilis və fransız damaq dadlarını məmnun etmək üçün əlindən gələni edir. Yarısı rahat ingilis tavernası, yarısı da qonaqpərvər kiçik Fransız bistrosu üslubundakı restoranda ziyarətçilər kartof ilə steyk və soğan şorbası və ya ev üsulu ilə trufel və bri pendirindən hazırlanmış burgerlər sifariş edə bilərlər.

Movenpick oteli, Laguna Qülləsi, Korpus A, Jumeirah Lakes Towers
+971 4 514 9339



in-article-fyujnrestaurant-Couqley-9334

Nina


Dubayın ən yaxşı qorunan sirrlərindən biri olan Nina, iki nəfərlik romantik bir axşam üçün mükəmməl bir yerdir. Zövqlü, şamla işıqlandırılan məkanda yaxın söhbət və zəngin hind-avropa menyusu üçün pilləkənlərlə aşağı düşün. Şimali Hindistan ədəvalarını Avropanın kulinariya texnikası ilə birləşdirən Nina restoranı yağlı kerrilər, ağızda əriyən noxudlu bişmişlər, darçın palentası və karamelizə edilmiş alma püresi ilə ədəvalar əlavə olunmuş, möcüzəli dada malik ördəyin döş əti üzrə ixtisaslaşıb.

One&Only Royal Mirage, Al Sufouh Şossesi
+97143999999



Nobu


Siz Dubayın dəbli qurman kulinariyasının ustası olan Nobu restoranını xüsusi olaraq qeyd etmədən fyujn yeməklərini müzakirə edə bilməzsiniz. Artıq beynəlxalq aləmdə tanınan Nobu Matsuhisa portfelinin forpostu olan Nobu restoranı demək olar ki, lüks Yapon-Peru menyusu kimi cazibədar görünən qlamur insanlar ilə özünün prestijli ziyarətçilərini buraya cəlb edə bilir. Qüsursuz xidmət komandası qonaqlar tərəfindən bir boşqabdan götürülərək yeyilən çili şizo salsası ilə közdə hazırlanmış lanqustin, tako (ponzu sousu ilə olan ədəvalı vaqyu, istəyən var?), kinoa və limonla marinə edilmiş xərçəng və Nobu imzasını daşıyan yuzu miso qara anoplopoma balığını vaxt itirmədən masanıza gətirəcək.

The Avenues, Atlantis, The Palm, Palm Jumeirah
+971 4 426 0760



in-article-fyujnrestaurant-AtlantisNobuBroiledBlackCod

Siraj


Sanki başdan sona qızıla bürünmüş bu prestijli restoran Dubayın müasir restoranlar ərazisinə verdiyi iki ən mühüm töhfə ilə tanınır. Əmirlik və Levantın kulinariya üslubları özündə doydurucu düyü yeməkləri, içi doldurulmuş un məmulatları, zəif ocaqda bişirilmiş ət timsalında bir sıra ortaq cəhətləri birləşdirir. Aralıq dənizi regionunun təsirinin hiss olunduğu salatlar, zəfəranla hazırlanan və səxavətlə süfrəyə verilən 24 karatlıq qızılı lopalar və türk üsulu pambıq şəkər ilə bəzənmiş ənənəvi süd pudinqi mouhalabiyaya keçməzdən əvvəl süfrəni fərahlandırır.

Souk Al Bahar, Dubayın Mərkəzi
+971 4 513 6207



Zoco


Ləzzətlə dolu olan bir menyu yaratmaq üçün limonla marinə edilmiş və qarsalanmış ət parçaları kimi məhsullardan istifadə edən və Meksika ədəvaları və otları əlavə edən Zoco restoranı kimi yeni məkanlar sayəsində Dubayda Perunun yemək menyularına olan sevgi heç bir zaman azalmır. Məşhur alaçiy balıq məzəsi indiyə qədər menyunun ən sevilən təamları arasında yer alır, lakin ona indi laym dadlı ədəvalı pomidor sousu əlavə edilir, halbuki, dolu bir qaşıq balqabaq toxumu və tomat quakamolesi ilə doldurulmuş Baja tərzindəki takolar dad baxımından heç də geri qalmır.

Al Habtoor City, Biznes Körfəzi
+971 4 437 0044



in-article-fyujnrestaurant-ZOCO-El-Bruncho8

Əgər yeməyi sevirsinizsə o zaman 23 fevral - 11 mart 2017 tarixində baş tutacaq Dubay Qida Festivalından da həzz alarsınız.

509
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
Dubai Parks and Resorts Atraksion və akvaparklar
Dubai Parks and Resorts
Yeni "Mega Theme Park" məkanımızda yeni əyləncələr tapın
Bounce Dubai Qapalı məkanda əyləncələr
BOUNCE Dubai
Qapalı Batut Parkı
LEGOLAND Dubai Atraksion və akvaparklar
LEGOLAND Dubai
Regionun uşaqlar üçün ən möhtəşəm mövzu parkını tədqiq edin
"Al Maha Desert Resort" Dubayda Səhra Macəralarını kəşf edin
Səhrada Lüks Guşə
"Al Maha"da dincəlin
Dubai Frame Dünyaca məşhur attraksionlar
Dubai Frame
Dubayın mənzərəli keçmişi, bu günü və gələcəyi
Top