Top

Dubayda Macəra Günləri

Dubayda qəlbən cavan olanlar üçün macəra fəaliyyətləri
Dubay öz lüks otelləri, qonaqpərvərliyi və dünya-səviyyəli qastronomiyasına görə tanınsa da şəhərin macəra səhnəsi barədə də danışmağa dəyər. Dubayda əylənə bilməyiniz üçün həyəcanlı karusellərdən tutmuş sendbordinq, kartinq və bir çox dünya şöhrətli tematik parkların siyahısını təqdim edirik.
1

Səhra macəraları

Big Red

Səhra macəraları

Big Red

Dubayın ən hündür qum təpələrini fəth edin

Uşaq olarkən çimərlik tətilində təpələrdən aşağı sürüşməyinizi xatırlayırsınız? Sendbording bu çətin əyləncə növünü daha da qəlizləşdirib və iştirakçılar təpələr boyu aşağı sürüşdükcə saadat 50 km/saat sürət ilə hərəkət edə bilərlər. İxtisaslı, tanınmış bir təlimçi və paket (əlavə adrenalin üçün 4 çarx təpələrə dırmanma təcrübəsi əlavə edin) seçin və Big Red-ə qırmızı qumuna görə tanınan nəhəng təpəyə gedin.
Əlaqə məlumatları
  Desert Rangers
  +971 4 456 9944

waterparksindubai-teardrop
2

"Jet ski" sürətli qayıq idmanı

Suyun üzərində

"Jet ski" sürətli qayıq idmanı

Suyun üzərində

Dənizdə maraqlı bir gün keçirmək üçün dalğalara baş vurun

İdmanı sevən cütlər Dubayın səmasını sürətli qayıqlarda seyr edən zaman suda keçirdikləri vaxtdan zövq almaq imkanı əldə edəcəklər. "Nemo Watersports" və "Dubai Jetski" kimi icarə və tur operatorları 30 dəqiqədən 2 saata qədər olan sessiyalarda Burj Al Arab; Jumeirah Beach Residence (JBR kimi tanınır); Atlantis, The Palm və bir çox yerlərə möhtəşəm mənzərəsi olan turlar təşkil edirlər. Sakit və təmiz Ərəbistan Körfəzini kəşf etmək romantik, rahatladıcı və əyləncə dolu mükəmməl bir əyləncədir.
Əlaqə məlumatları
waterparksindubai-teardrop
3

Hatta

Dubayın dağ şəhəri

Hatta

Dubayın dağ şəhəri

Trekkinq, kampinq, yolsuzluq və daha nələr

Hatta dağ şəhərində bir günlük və ya gecəlik vaxt keçirmək üçün şəhəri tərk etməyə dəyər Göydələnlər və şosseləri dağ zirvələri, təmiz hava və vəhşi təbiətə dəyişmək üçün dubay göydələnlərinin digər tərəfini də kəşf edin. Hajar dağları və Hatta gölləri trekkinq, velosiped və kayak idmanı üçün mükəmməldir. Şəhərin tarixçəsi sevilən Əmirlik muzeyi Hatta Heritage Village-də nümayiş olunur.
4

Paraşütlə tuıllanma

Səmadan tullanma

Paraşütlə tuıllanma

Səmadan tullanma

Qoy adrenaliniz yüksəlsin

Şəhər üzərində səmadan tullanma əyləncəsinə qoşulmaqla əyləncə siyahınızı zənginləşdirin. Həm yeni başlayanlar həm də təcrübəli dalğıclar üçün münasib olan Skydive Dubai dünyadakı ən yaxşı səmadan tullanma yerlərindən biridir. Möhtəşəm Palm Jumeirah adasının quş baxışı görüntüsünü və ya Dubay səhrasının parlayan təpələrin or üzərində tullanmaq arasında seçim edin və həyatınızın ən qeyri-adi həyacanını yaşayın.
Əlaqə məlumatları
  Al Sufouh şossesi
  +971 4 377 8888
5

Hava şarında tur

Buludlar arasında

Hava şarında tur

Buludlar arasında

Səmadan seyr edin

Dünyanın ən təcrübəli hava şarı şirkətlərindən olan Balloon Adventures Emirates ilə şəhərin gözqamaşdıran təpələrinin üzərində isti hava şarı macərasından zövq alın. Heyvanları öz təbii mühtiində seyr edərək və möhtəşəm mənzərəyə tamaşa edərək səmaya yüksəlin. Həyatda bir dəfə olan tamaşada şahinlərlə birlikdə uçmaqdan zövq alın. Yerə enəndən sonra qurman yeməkləri üçün əsl bədəvi düşərgəsinə, özəl səhra qoruğuna səfər edə bilərsiniz. Bu, səhradan zövq almaq üçün həqiqətən sehrli bir üsuldur.
Əlaqə məlumatları
  Rashidiya, Dubay
  +971 4 388 4044
6

Monster shakes

İnstaqram cənnəti

Monster shakes

İnstaqram cənnəti

"Black Tap"da şirni ehtirasınızı öldürün

Nyu-York mənşəli, yaradıcı kafe, içki bilicisi Black Tap burqerləri bənzərsiz şəkildə təqdim edən məkanlardan biridir. Onların şirin pambıqlı, peçenyeli, tortlu Crazy Shake kimi içkiləri dostlarınızla paylaşmaq üçün desertlərin ən yaxşı nümunələrindəndir. Odur ki, çubuğunuzu və qaşığınızı götürün və şirin içki sənətinə baş vurun. Bu məkan Dubayın ən dəbdəbəli yerlərindən birində yerləşir, odur ki, Jumeirah Al Naseem ətrafında gəzişin və Burj Al Arab-ın möhtəşəm görüntülərində zövq alın.
Əlaqə məlumatları
  Jumeirah Al Naseem
  +971 4 422 9904
7

IMG Worlds of Adventure

Həyəcan və çılğınlıq

IMG Worlds of Adventure

Həyəcan və çılğınlıq

Əl ələ tutaraq qorxularınızla üzləşin

Dünyanın ən böyük qapalı tematik parkı olaraq rekordları qıran IMG Worlds of Adventure qonaqların əyləncədən həzz almaları üçün həyəcan, dəhşət və əyləncə dolu 22 attraksion təqdim edir. Əsas attraksionu 3 saniyə ərzində 96 km/s sürət yığan səkkiz halqadan ibarət Velociraptor karuseli olan əyləncə parkı sürət həvəskarı olan gənclər üçün əsl əyləncə məkanıdır.
Əlaqə məlumatları
  City of Arabia
  +971 4 403 8888
8

Hub Zero

Arkada əyləncəsi

Hub Zero

Arkada əyləncəsi

Yorulana qədər bütün günü oynayın

İnteraktiv oyun təcrübəsi üzrə ixtisaslaşan Hub Zero sizi müasir texnologiya və idman aləminə qərq edir. "Dragon Age: Flight of the Wardens" karuselində virtual səmaya yüksəl; "Final Fantasy" və "Escape from Midgar" səni ovlamaq istəyənlərdən qaç; "Resident Evil: Bio Terror"un tərk edilmiş laboratoriyasında zombiləri tut; "Hyper Drive" yarış simulyatorunda öz sürmə bacarıqlarını sına. Daha fiziki çətinliyi olan əyləncə axtaranlar üçün Hub Zeroda divara dırmanma, asma kəndirlər, maneəli kort və lazer labirinti olan, anbara bənzərən fitnes məkanı Hero Zone da var. Əminik ki, tam tərləyəcəksiniz.
Əlaqə məlumatları
  City Walk
  +971 80 063 7227

waterparksindubai-teardrop
9

Dubay Səhra Konservasiya Qoruğu

Təbiətlə ahəngdə

Dubay Səhra Konservasiya Qoruğu

Təbiətlə ahəngdə

Şahinlə yaxından tanış olun

Ülgüc kimi iti caynaqlara və iti gözlərə malik şahin quşları ilə ov etmək ənənəsi uzaq əsrlərdən günümüzə qədər ərəb ailələrinə gəlib çatan Bədəvi mirasıdır. 225 kv.km əraziyə mailk Dubay Səhra Konservasiya Qoruğunda siz şahin, qırğı və digər yırtıcı quşları təlimatçıların onları yemlədiyi və onların səhra sakinləri üçün nə qədər əhəmiyyətli olduğunu başa saldığı vaxt yaxından izləyə bilərsiniz.
Əlaqə məlumatları
  Dubay Səhra Konservasiya Qoruğu
  +971 4 832 8840
10

Go-karting

Starta hazır olun

Go-karting

Starta hazır olun

Sağlıqlı rəqabətə qoşulun

Dubai Autodrome-da yerləşən Kartdome-da yüksəksəviyyəli əyləncə üçün pedala basın. Sürətin 70 km/saata çatdığı, uzunluğu 1.2 km-a bu məkanda kartinq əyləncəsi yaşayın. Ziyarətçilər çempionatlarda, dözümlülük yarışlarında və "gəl və sür" seanslarında iştirak edə bilərlər. Trekin 17 döngəsi, üstəlik bir tuneli və sınaq yürüşləri olan körpüsü var. Bu tam ölçülü trekdə V6 Lotus Evora 400-ın içərisinə minin və daha müasir və həyəcanlı sürmə üçün Audi TT 2.0 Turbo-da McLaren təcrübəsi yaşayın.
Əlaqə məlumatları
  Motor City Dubailand, Sheikh Mohammed Bin Zayed şossesi
  +971 4 367 8700

waterparksindubai-teardrop