Çimərlikdə ən yaxşı kafelər

logo image
Çimərlikdə ən yaxşı kafelər https://www.visitdubai.com/az/articles/beachside-cafes 20190319T181443 20190613T003302:636959827828506193 Kafe həyatının ləzzəti Dubayda Ərəbistan Körfəzinin lap yaxınlığında hər zaman qumsallığa yaxın olacaqsınız. Ayaq barmaqlarınızın ucunda qumu hiss edərək dincəlmək üçün ən yaxşı yerləri təqdim edirik. Ayaqlarınız qumda olmaqla harada rahat nahar edə bilərsiniz

Ayaqlarınız qumda olmaqla harada rahat nahar edə bilərsiniz


Dubayda Ərəbistan Körfəzinin lap yaxınlığında hər zaman qumsallığa yaxın olacaqsınız. Ayaq barmaqlarınızın ucunda qumu hiss edərək dincəlmək üçün ən yaxşı yerləri təqdim edirik.



in-article-parkhouse-cafe

SIKKA-da maraqlı Əmirlik üslubu

Dəniz kənarında bir masa çəkin və Ərəbistanın müxtəlif təamlarından həzz alın. Regionun ticari keçmişinə həsr olunan SIKKA Cafe-nin menyusu hind və fars mətbəxindən də təsirlənib. Üzərində cücə sousu, cücə tikkası və gooey pendiri olan cücəli tikka manakişdən zövq alın. Təzə falafel, limon, pomidor və rokka yarpaqları ilə doldurulmuş, vegetarianların sevimlisi olan Khameer sendviçini sınayın.

La Mer South, Jumeirah 1
+971 4 385 6775


Parker’s

Maraqlı dekorasiyası və dəniz üslublu interyeri ilə La Mer-dəki Parker’s at La Mer gündəlik yeməklər üçün maraqlı bir məkandır. Yumurtalı "sunny-side", ekzotik "acai" yeməkləri və ya yoldaşlarınızla paylaşmalı ləzzətli yeməklər axtarırsınızsa onların hamısını burada tapa bilərsiniz. Sevimlilərə cücə çubuqları, ədviyyatlı krevetkalar və çox sevilən trüfel qızartmaları daxildir. Kölgəli terrasın kənarında bir oturacaq götürün və insanların gəzişməsinə tamaşa edin.

La Mer South, Jumeirah 1
+971 56 369 1388


in-article-parkhouse-cafe

Park House-da çimərlik mühiti

Nessnass çimərliyinə çox yaxın olan bu rahat kafe dincəlmək üçün əla yerdir. Əl ilə hazırlanan qəhvə, tam təbii səhər yeməyi, nahar menyuları və rahat mühit sayəsində bu məkanda dalğaların yaxınlığında tam rahatlana bilərsiniz. Burada klassika tapacaqsınız: yumurtalar istədiyiniz kimi bişirilir, burada həm də fransız üslublu tost, piroqlar, qatıq və sıyıqlar, üstəlik enerjili smuzilər sizi gözləyir.

Jumeirah Beach, Sunset Mall-un arxasında
+971 56 525 7485


HOLA-da sağlıqlı ləzzətlər

Əmirlikdən olan qardaşlar Ali və Yousef Karmostaji tərəfindən təqdim olunan bu Latın Amerika mövzulu restoran dadlı, sağlıqlı yeməklər təqdim edir. Buradakı çoxçeşidli menyuda siz içi dondurmalı kreplər, meyvə suşisi, teppenyaki dondurma rulonları və eləcə də Meksikadan meyvəli şirnilər tapa bilərsiniz. İstifadə olunan bütün məhsullar yüksək keyfiyyətli olduğundan, burada hər bir yeməkdən zövq alacaqsınız.

La Mer North
+971 4 388 7999


in-article-laola-breakfast

LaOla-dakı çimərlikdə səhər yeməyi

Yaxşı ye, kef elə - Kite Beach-dəki bu kafedə şüar budur. Çimərlik və şəhərə gözəl mənzərəsi olan bu məkanda təmiz dəniz havasını udaraq və dərin mavi səhnədən zövq alaraq dincələ bilərsiniz. (İstədiyiniz şəkildə hazırlanmış) kənd yumurtası, "bircher muesli", təzə meyvə və digər məhsullar ilə hazırlanmış səhər yeməyini çimərlikdə yeyə bilərsiniz. Səhər erkəndən qalxırsınız? Həftənin üç günü kafenin terrasında günəş doğuşu yoqası və meditasiya sessiyalarını əldən buraxmayın.

Kite Beach, Küçə 2D, Jumeirah
+971 4 346 6292


The Surf Cafe-də dincəlin

Bu sevilən məkan Jumeirah ictimai çimərliyinin tam yaxınlığında, sörfinq həvəskarlarının sevimli yeri olan Surf House Dubai-a yaxın yerləşir. Müasir üslubda, daimi müştəriləri və təbaşirli menyuları olan bu məkanda siz bütün günü səhər yeməyi, asai çərəzləri, təzə salatlar (sağlıqlı seçim istəyənlər üçün) və bir sıra dəniz yeməyi sifariş edə bilərsiniz. İri krevetkalar, diri omarlar, istridyələr, molyusklar, krablar və daha nələr... bu təamları qril olunmuş, buxara verilmiş və limonlu və ya ədviyyatlı sous ilə birlikdə sifariş edə bilərsiniz. Dəniz mövzusuna uyğun olaraq, burada həmçinin suşi və saşimi piştaxtası da var.

Umm Suqeim 2, Jumeirah Beach şossesi
+971 4 346 6292


in-article-salt

Salt-da burqerlərin dadına baxın

Kite Beach-dəki bu məkan açılandan bəri burqer fanatları öz sıralarını gözləyirlər. Yemək maşını böyüyərək sonradan Beach House adlı kondisionerli bir terrasa çevrilib. Bu sadə menyuya vaqyu burqerləri, kartof qızartması, çəhrayı limonad və dondurma daxildir. Salt həmçinin nilufər çiçəyinin tumundan hazırlanan deserti Dubayda ilk dəfə və həm də qaymaqla təqdim edən məkanlardandır.

Kite Beach, Dubai Marina Mall Promenade və La Mer
find-salt.com


Bu Qtair-də möhtəşəm balıq yeməyi

Bu sadə dəniz yeməyi məkanı öz qızğın davamçılarını toplayıb. Jumeirah yaxınlığında xırda bir məkan kimi fəaliyyətə başlayan bu kafe indi Fisherman’s Harbour-da müasir bir yerə çevrilib. Hər gün dənizdən tutulan təzə dəniz məhsulu hind üslubunda ədviyyat ilə, qril və qızardılmış şəkildə, salatda və ya paratalar (qızardılmış lavaş) ədviyyatlı sous ilə verilir. Burada heç bir menyu yoxdur, qiymətlər dəyişkəndir (bir az sövdələşmə qəbul edilir) və hər axşam burada növbə olur. Etməli olduğunuz tək şey öz dəniz yeməyinizi seçməyinizdir - krevetkalar və balıqlar yaxşı olur - və bundan sonra hazırlanmış yeməkdən zövq almaqdır.

Küçə 4D, Fisherman’s Harbour, Jumeirah
+971 55 705 2130


in-article-eggspectation

Eggspectation-da yumurtalı təamlar

Səhər yeməyi həvəskarlarının sevimli yeri olan, münasib adlandırılmış bu məkan bütün yumurta gözləntilərinizi qarşılayacaq. İçi az bişmiş yumurtalar, benedikt üslublu yumurtalar, üç yumurtalı omletlərdən birini sifariş edə bilərsiniz. Əsl Eggstravaganza üçün Uneggspected və ya Eggsuberant yeməklərini sınaya bilərsiniz. İçməyə burada geniş çeşiddə tropik meyvə smuziləri və yaşıl şirələr var; və ya espresso üçün Banana Java və ya kokos şirəsi də sifariş edə bilərsiniz. Çöldəki təmiz havanı udun və ya daha rahat bir qapalı məkanda dincəlin.

The Beach, JBR
+971 4 430 7252


Al Ijaza Cafeteria-da ənənəvi klassik təamları sınayın.

Beach Road-da yerləşən bu sadə məkan 25 ildir ki, Dubayın yerli sakinlərinə xidmət göstərən, sevilən yerlərdəndir. Tez və ucuz yemək axtaranlar arasında populyar olan bu məkan səhərin erkən saatlarından açıq olur və öz şaurmaları, yenilikçi sendviçləri və qarışıq meyvə kokteyllərinə görə tanınır. Ağzınızda əriyəcək tostlu pendir və sarımsaqlı cücə burqeri olan "Hassan Mathar"ı sınamağınız tövsiyə edirik. İçmək üçün klassik "avokado və süd" (Dubay kafeləri bu yaşıl içkini hələ xaricilər gəlməmişdən çox əvvəl mənimsəmişdilər), və ya maraqlı adlara malik içkilərdən birini sifariş edə bilərsiniz: "Ekspo 2020", "Dubay Metro", "Kompüter" və ya "Abood".

Jumeirah 1 (Mercato Mall yaxınlığı), Jumeirah Beach şossesi
+971 4 344 4874


Breeze Beach Grill

Breeze Beach Grill-də ləzzətli təamlar

Palm Jumeirahda Club Vista Mare yaxınlığında təmiz çimərlik boyunca populyar seçimlərdən olan Breeze-in maraqlı bir gün keçirmək üçün bütün inqrediyentləri var - burada yaxşı tunes, dadlı yeməklər və rahat bir mühit var. Ən sevilən yeməklərə təzə suşi, sulu quzu katletləri, souslu cücə qızartması və mal ətindən burqerlər daxildir. Və ya kökəlmədən çərəzlərdən dadmaq istəyirsinizsə, "sağlıqlı qida məkanı" da var. Qum üzərində masa sifariş etmək üçün yaxınlaşın.

Club Vista Mare, Palm Jumeirah
+971 4 568 3000


Pots, Pans və Boards-da yemək paylaşın

The Beach-də yerləşən bu kafenin aşpazı, iki Michelin ulduzu ilə mükafatlandırılmış ən gənc britaniyalı məşhur aşpaz Tom Aikendir. Taxta döşəmələr və asılmış mətbəx ləvazimatları ilə bəzədilmiş bu məkan ailələr və çimərlik həvəskarları üçün rahat mühit təmin edir. Qonaqlar burada qabırğa əti və "öküzquyruğu" burqerlər dada və paylaşa bilərlər. Şirin sonluq üçün xurma dadlı dondurma ilə birgə verilən yapışqan irisli puddinq verilir.

The Beach, JBR
+971 4 456 1959


Beach Canteen-də ailəvi istirahət

Dubayın ən maraqlı və qısamüddətli nahar tədbirlərindən olan Beach Canteen hər il keçirilən Dubay Qida Festivalının mərkəzi məkanlarındandır. Jumeirah Beach-in təmiz çimərliklərində salınmış bu yemək məclisində şəhərin ən yaxşı kulinariya konsepsiyaları, şıq dükanları ilə tanış ola və möhtəşəm canlı musiqi dinləyə bilərsiniz. sywp Beach Canteen 21 fevral - 9 mart 2019 tarixləri arasında keçirilib, gələn ilin tədbiri üçün bu səhifəmizi izləyin.

Jumeirah Beach, Sunset Mall-un arxasında


Dubay sahillərində daha çox əyləncə üçün ən yaxşı çimərliklərəən yaxşı çimərlik məkanları ilə tanış olun.

1083
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
Hilton Beach & Sports Club Çimərliyin ətrafında lounge-lar
Gözəl Tərzdə Dincəlin
Hilton Beach Club-da rahatlanın
Beachcombers Dubayda Restoranlar
Çimərlikdə Branç (gecikmiş səhər yeməyi)
Beachcombers-də ailəvi nahar
Dubay Avtodromu Sürət ehtiyacı
Mühərriki işə salın
Dubay Avtodromunda həyəcanlı anlar yaşayın
بوتيك 1، مول الإمارات Dubayda alış-veriş
Boutik Şik
Boutique 1-də dəbdəbəyə daxil olun.
Top