Top

Dubayın çimərlik bələdçisi

logo image
Ən yaxşı çimərliklər https://www.visitdubai.com/az/articles/best-beaches 20171102T161425 20171102T195559:636452493592103034

Sakit dənizlərdən və gizli buxtalardan idman çimərlikləri yerlərinə kimi Dubayın dərin mavi dənizinə dalmaq üçün ən yaxşı yerlər buradadır. Yay ayları, eləcə də ilboyu sərinlənmək üçün mükəmməl üsuldur. Əksər çimərliklərdə oyun meydançaları, kabab çəkmə alətləri, su idmanı avadanlıqları kirayəsi var ki, bunun sayəsində həm gənc ailələr həm də fitnes həvəskarları yaxşı dincəlmək imkanı əldə etmiş olurlar.

Dubayın ən yaxşı çimərliklərinin bələdçisi

Ən yaxşı Dubay çimərliklərinə bələdçi


Ərəbistan Körfəzinin billur kimi təmiz suları Dubayda həmişə diqqət mərkəzindədir, hətta Sheikh Zayed küçəsindəki göydələnlərdə də bu belədir. Kite Beach-də suyun içində və sahildə maraqlı bir gün keçirin, Burj Al Arab-ın qarşısında öz selfinizi çəkin və ya Palm Jumeirahdakı möhtəşəm çimərlik klublarında dincəlin. Burada çərpələng sörfinqi, avarlı bordinq, eləcə də Jumeirah Corniche boyunca 14 km-lik yaşıl yumşaq örtüklü qaçış trekində qaçma kimi idman fəaliyyətləri ilə məşğul ola bilərsiniz. Günəş, qum, mavi səma və hətta daha maviyə çalan su - zövqünüzə uyğun mükəmməl çimərliyi tapın.



Dubayın çimərlik bələdçisi Sunset Beach (Qürub çimərliyi)

Burj Al Arab -ın fotosunu çəkmək üçün, bu məkan sizə Dubayın möhtəşəm otelinin ən yaxşı tərəflərini göstərəcək. Pulsuz çimərlikdə daim maraqlı idman fəaliyyətləri olur və bu yer Əmirliyin ən gözəl çimərliklərindən biridir. Qış zamanı maraqlı vaxt keçirmək üçün yeganə çimərlik olan bu yer, yerli sörfçülərin sevimli məkanıdır. Lövhə icarəyə götürmək və qəhvə içərək sörfinq şərtlərini müzakirə etmək üçün yaxınlıqdakı Surf House Dubai-a gedin.


Dubayın çimərlik bələdçisi JBR Beach

JBR Çimərliyi The Walk bulvarı boyunca uzanır və burada çoxlu şirə barları, burqer məkanları, jelato köşkləri, eləcə də müasir dəbli butiklər və şəhərdəki ən gözəl avtomobillər var. Suya baş vurmazdan öncə şişən hovuz divanı seçmək üçün Adventure HQ-da ayaq saxlayın.


Kite-Beach-best-beachesKite Beach

Əgər adından tam aydın deyilsə, qeyd edək ki, Dubayın idman çimərliyi çərpələng sevənlər arasında sevimli bir məkandır. Çimərlikdə volleybol oynamaq və ya ayaq üstü padlbordinq və kayak sürmə ilə tarazlığınızı yoxlamaq üçün özünüzə yer ayırın. Burada yeni açılmış Skate Park-da, açıq hava batutunda və körpələr üçün münasib olan parkda çoxlu sudan kənar məşğuliyyətlər tapmaq olar. Çiməndən sonra, çimərlikdə yerləşən bir çox kafelərə üz tutun. Şəhərdə ən yaxşı çörək arası mal əti dönəri satan, maşın üslublu kafe Salt-u tövsiyə edirik.


palace beach Black Palace Beach

Həmçinin Saray Çimərliyidə adlanan və Dubay şeyxlərinin qalalarına yaxın, yol kənarında yerləşən bu yer ən sakit sulara və Palm Jumeiranın mənzərəsi olan ən gözəl qüruba malikdir.


Mamzar-ParkAl Mamzar çimərlik parkı

Adambaşı kiçik bir məbləğ ödəməklə daxil ola biləcəyiniz park və çimərlik barbekü sahələri, mənzərəli oyun meydançaları, gölməçələri və bağlı çimərliyi ilə ailəvi vaxt keçirmək üçün əvəzedilməzdir.
Əlavə ödəniş etməklə siz günəş otaqları kirayələyə, üç hovuzdan birindən istifadə edə və ya şəxsi, kondisionerli çimərlik kotecləri təxsis edə bilərsiniz.


gizli çimərlikHidden Beach (Gizli çimərlik)

Bu füsunkar çimərlik üzü okeana tərəf baxan zaman Sheraton JBR-ın sol tərəfində yerləşir. The Walk boyunca cənuba doğru irəliləyin, dairədə yoldan çıxaraq sağa gedin və çimərliyə çatana qədər sürməyə və ya gəzişməyə davam edin. Bu yer, qayınığızla gələrək suya baş vurmaq və ya kütlədən uzaqda çimmək üçün ideal yerdir.


415
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

16+ yaş 0-15 yaş
TAMAM
Bunlar da xoşunuza gələ bilər
Riva Beach Club Çimərliyin ətrafında lounge-lar
Dincəlmə üçün əla yer
Riva Çimərlik Klubunda sərinlənin
1218SkiDubai04Tile Dubay Möcüzələri
Səhrada xizək sürün
Ski Dubayda slalomla sürüşün.
Dubajský autodrom Sürət ehtiyacı
Mühərriki işə salın
Dubay Avtodromunda həyəcanlı anlar yaşayın
Dubai_Outlet_Mall_04_Tile Dubayda alış-veriş
Öz təcrübəli alıcınızı yönləndirin
Dubai Outlet Mall-da sərfəli alış-veriş