Dubayda 10 ən yaxşı qəhvə mərkəzi
Şəhərdə ən yaxşı dəmləməni sifariş edin

Latte və ya ikiqat espresso istəməyinizdən asılı olmayaraq, Dubayda qəhvə istəyinizi qarşılayacaq fərdi və yerli kafelər heç də az deyil. Şəhərdə sevimli kafelərimiz və qəhvə evlərimiz ilə bağlı məlumatlar toplamışıq, odur ki, kafein ehtiyacınızı qarşılamaq üçün haraya getməli olduğunu bilirsiniz. Böyüməkdə olan kafe mədəniyyətimizin bir hissəsi olun və tətiliniz müddətində mümkün qədər çox kafeyə baş çəkin.

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10.

The Brass

City Walk-da sanki bir kənarda gizlənmiş bu parlaq cəvahir, şəhərdəki ən geniş qəhvə menyularından biri ilə öyünə bilər. Onlarda klassik təamların hamısı - latte, kappuççino və başqaları - Lavanda Ballı Latte, gülablı bəyaz qəhvə, südsüz Kokoslu Latte var… Həvəskarlar daha irəli gedə və qəhvənin hazırlanma tərzini də sifariş edə bilərlər: fransız üsulu, sifon, soyuq damcı və sadə şəkildə. Xüsusi desertlər üçün də yer saxlayın - buraya yerli balın istifadə edildiyi şirnilər, böyük şokolad tortu və qaymaqlı çizkeyk daxildir.

Outlet Village

+971 55 349 7702

Wild & the Moon

Al Quoz-un yaradıcı insanlarını cəlb edən Wild & The Moon çiy, vegetarian, "təsərrüfatdan süfrəyə" adlı qidalar üzrə ixtisaslaşıb və iki mərtəbəli bu kafenin qəhvə menyusu da diqqətəlayiqdir. Burada baristalar azad ticarət prinsipinə əsaslanan qəhvə dənələri və evdə hazırlanmış vegetarian "süd"ündən südsüz, mükəmməl latteni hazırlamaqda böyük təcrübəyə malikdirlər. Kokos yağı, kərə yağı və espressonun qarışından ibarət "gülləkeçirməz" qəhvə fitnes həvəskarlarının və ya çox yağlı, az karbohidratlı keto dietası tutanların sevimli seçimidir. Daha az kafein əldə etmək istəyənlər, gün boyu populyar seçimlərdən "maça", "çay", lavanda və kömürlü lattelər dada bilərlər.

Küçə 8, Al Serkal prospekti, Al Quoz

+971 4 343 3392

Yaradıcılığı sevənlər üçün gözəl dekorasiya . . . #dubai #mydubai #interiors #decor #cute #ilovecraft

19 oktyabr, 2017 tarixində, PDT vaxtı ilə saat 9:37-də Craft Café (@craftcafe_dubai) tərəfindən paylaşılmış yazı

Craft Cafe

Hündür şüşəli divarlar və taxta, sənaye yönümlü dekor ilə bu günəşli, gözəl mühitin olduğu kafe, inkişaf etməkdə olan dəb mərkəzi Dubay Dizayn Rayonunun üslubuna tam uyğun gəlir. Menyuda çoxlu ləzzətli təamlar və isti iqlimə uyğun olan portağallı və vanilli latte kimi dəbdə olan soyuq dəmləmələr var. Şəhərin dəb həvəskarlarına xidmət göstərən bu kafedə içkilər və qida dadlı olmaqla yanaşı həm də gözəl şəkildə təqdim olunur. Bu heç də təəccüblü deyil, axı buranın baş aşpazı perulu Roberto Seguradır. O, şəhərdəki bir çox restoranın təsisçisidir.

Bina 10 Dubay Dizayn Rayonu

+971 4 514 9032

Jones the Grocer

Emirates Golf Club-da yerləşən yeni Jones the Grocer qurmanlar üçün naharlar təşkil edir. Burada həm espresso, həm də aeropress kimi klassik seçimlərə həm də eksperimental azotlu, tək mənşəli dənələrdən ibarət qəhvəyə də rast gəlmək olar. Açıq hava terrası 36 dəlikli qolf kortuna yaxın yerləşir və buradan yaşıllığa gözəl mənzərə açılır. Səhər yeməyi və nahar təklif olunsa da bu məkana hər həftəsonu çoxlu müştəri cəlb edən, kral krevetkalı, yumurtalı Florentin, brioke fransız tostu, asta qızardılmış şaftalı və fısdıqlı səhər yeməyi menyusudur.

Emirates Qolf Klubu, Emirates Hills

+971 4 417 9999

Friends' Avenue

Dostlar bir araya gələrək Jumeirah Lake Towers (JLT) yaşayış rayonunda yerləşən göydələndə bu qəribə kiçik kafeni təsis etmişlər. Yaşıllıqla, parlaq rənglənmiş mebel ilə, rəngarəng boşqablarla və digər ev elementləri ilə bəzədilmiş bu ailəvi məkan özünməxsusluğu ilə seçilir. Həm gizlin inci həm də başqalarına deyilməyəcək dərəcədə gözəl olan Friends’ Avenue südlü, eləcə də badam və ya soya südlü "lonq blek", "epsresso kon panna"dan həzz alan sadiq müştəriləri ilə dolu olur. Kafenin sosial media hesablarını bəzəyən, baristanın xüsusi seçimi olan ayı oyunçağı latte incəsənəti barədə soruşun.

Birinci Mərtəbə, Fortune Executive Towers, Cluster T, JLT

+971 4 554 5813

Flow

Gənc qida innovatorları yetişdirməkdə qərarlı olan, Jumeirah Emirates Towers-də yerləşən Flow ziyarətçilərin öz aralarında paylaşdıqları mövsümi yeməklər təklif edir. Vegetarian, qlütensiz və südsüz seçimlər də çoxdur, istəklərinizin nə olmasından asılı olmayaraq "qida laboratoriyası" dadlı qidalar təmin edir. Qəhvə isə yerli sahibkar Ibrahim Al Mallouhinin təsis etdiyi The Espresso Lab-dan əldə olunur. Çeşidlər arasında badamdan, soyadan, düyüdən və kokosdan hazırlanan süd də var. Trade Centre District-də, Sheikh Zayed şossesinin yaxınlığında yerləşən bu kafe özünüzü yaxşı hiss edəcəyiniz bir məkandır.

Jumeirah Emirates Towers, Dubay Dünya Ticarət Mərkəzi

+971 4 319 8767

Tom&Serg

Dubayın qəhvə səhnəsində daim yer tutan bu rahat məkan şəhərdə qabaqcıl qəhvə kafelərindən biridir. Melburnun fərdi qəhvə evi mədəniyyətindən ilhamlanmış, Sheikh Zayed şossesinin yaxınlığında yerləşən, sənaye üslublu bu məkan sadə qəhvə həvəskarları ilə yanaşı qəhvə bilicilərinə də xidmət göstərir. Dəmləmələrin təsisçilərin dəqiq ölçülərinə əsasən hesablandığı, "flət vayt" qəhvəsinin 65 dərəcə selsi temperaturda buxara verilmiş tam yağlı südlə verildiyi Tom & Serg-də menyudan kənara çıxılmasını gözləməyin. Həftəsonları daha çox müştərinin göründüyü, ailələrin sevimli məkanı olan bu böyük, iki mərtəbəli kafedə təzə inqrediyentlər və dostyana heyətdən ibarət səhər yeməyi gün boyu təklif olunur.

15A küç, Al Joud Center, Al Quoz

+971 56 474 6812

Raw Coffee Company

Yerli qəhvə sektorunun veteranlarından olan Raw Coffee Company anbardakı qovurma yerində ədalətli ticarət nişanlı orqanik dənələr qovurur. 2017 Dünya İbrik Çempionatının qalibi olmuş (BƏƏ tərəfindən qazanılmış ilk Dünya Qəhvə Çempionluğu) Karthikeyan Rajendranın rəhbərlik etdiyi işçi heyəti müştərilərinə əla xidmət göstərir. Ziyarətçilər qəhvə hazırlama dərsləri keçə və ya 15 tək mənşəli qəhvə və beş bənzərsiz qarışımdan həzz ala bilərlər. Əgər tələsirsinizsə, Rocket Fuels götürə bilərsiniz. Azot qarışımlı bu soyuq qəhvə həm floral dadlı həm də şokoladlı verilir.

Anbar 10, Al Manara, Al Quoz

+971 4 339 5474

Dubay Qəhvə Muzeyi

Ərəbistanda qəhvənin qədim kökləri olduğundan, Dubayda bu ətirli dənələrə həsr olunmuş muzeyin olması heç də təəccüblü deyil. Siz burada bu içkinin mənşəyi və onun necə təkamül etməsi ilə bağlı hər şeyi öyrəcəksiniz. Bu məkan, qəhvənin uzun və maraqlı tarixçəsi ilə maraqlanan hər kəs üçün mütləq görülməli olan biri yerdir. Öz səfərinizi muzeyin daxilində yerləşən kafedə ənənəvi ərəb qəhvəsinin dadına baxmaqla yekunlaşdıra bilər və ya kemeks, sifon və kalita daxil olmaqla doqquz dəmləmə üsulundan birini seçə bilərsiniz

Villa No. 44, Tarixi Əl Fahidi Məhəlləsi

+971 4 353 8777

Mokha 1450

Qismən butik, qismən qəhvə dükanı olan Mokha 1450 müstəsna qəhvənin olduğu xudmani yerdir. Qəhvə sahəsində təcrübəsi olan işçi heyətinin olduğu bu məkan bir dəfə latte içmək üçün deyil, uzunmüddətli gəlmək üçün münasibdir. Möhtəşəm və geniş menyuda çoxçeşidli dəmləmə metodları, tək mənşəli dənələr və hər bir hissənin ətraflı təsvir olunduğu ağıllı qarışımlar yer alır. Orijnial Efiopiya Heirloom Geisha qəhvəsindən, Yamayka Blue Mountain 1-ci dərəcə ultra-premium dənələrindən və Sabree dağlarında qadın fermerlərin kooperativi tərəfindən yetişdirilən inanılmaz Yəmən qəhvəsindən həzz alın.

Bölmə 8, Aswaaq Community Mall, Al Bada’a

+971 4 321 6455

Top