Dubayın ən yaxşı hamam və spaları

Bizim ən lüks spalarımızda ənənəvi ərəb hamamından zövq alın
Dubayın ən sevimli əyləncə növlərindən biri spada bir gün keçirməkdir. Orada qaldığınız müddətdə bir qədər vaxt tapıb dünyanın ən gözəl hamam və spalarında dincəlin. Əgər sizin üçün hamam təcrübəsi yeni bir şeydirsə, həm qrup həm də fərdi şəkildə dincəlmə üçün istifadə olunan bu qədim regional spada keçmiş zamana səyahət edə bilərsiniz. Hamam müalicəsində əylənin və ya Dubayın ən yaxşıları haqqında hazırladığımız siyahıdakı xidmətləri nəzərdən keçirin.
1

Anjana Spa

Rixos The Palm

Anjana Spa

Rixos The Palm

Möhtəşəm bir finiş üçün

Hovuzlar, saunalar, buz fəvvarələri, ən önəmlisi isə hər zaman məşhur olan Türk Hamamı ilə Anjana rahatladıcı spa gününüzü daha üst səviyyəyə qaldıracaq. Bu gözəl məkan və xoş işçi heyəti tam sakit dincəlmə üçün mükəmməl bir kombinasiyadır. Bu spa ənənəvi türk üslubları ilə təmizləyici hamam proseduru təklif etməklə, qədim hamam və dincəlmə təcrübəsinin müasir standartlarını müəyyən edir.
Əlaqə məlumatları
  Anjana Spa, Rixos The Palm, East Crescent, Palm Jumeirah
  +971 4 457 5415
2

The Spa

Palace Downtown

The Spa

Palace Downtown

Tam bir dincəlmə üçün

Şıq, ərəb üslublu bir mühitdə dincəlmək üçün Dubaydakı Palace Downtown-da yerləşən The Spaya baş çəkin. Regional tərzdən ilhamlanmış müalicə prosedurları olan The Spa-da Natura Bisse və Les Sens de Marrakech kimi premium və orqanik gözəllik məhsullarından istifadə olunur. Mərakeşin Atlas dağlarından gətirilmiş Rhassoul gilinin qızılgül suyu ilə birləşdirilərək insanı rahatlandıran prosedurdan ibarət oriental hamam ayinindən zövq alın; və ya ənənəvi qara sabunun, daha sonra isə ənənəvi buxar hamamının tətbiq olunduğu oriental hamam skrabını seçin.
Əlaqə məlumatları
  Palace Downtown, Downtown Dubai
  +971 4 428 7805
3

Talise Ottoman Spa

Jumeirah Zabeel Saray

Talise Ottoman Spa

Jumeirah Zabeel Saray

Sehrli bir təcrübə üçün

Yaxın şərqin ən böyük hamamı və əlbəttə ki, ən yaxşılarından olan, mükafatlar qazanmış Talise Ottoman Spada özünüzü tam dəyişdirin. Bu dəbdəbəli, mağara üslublu, məşhur türk hamamının mərkəzdə yer aldığı spada onlarla müalicə və dincəlmə otaqları var. Gözəl hisslər yaşadan bu səyahətə çıxmaq üçün sizə ən azı yarım gün vaxt lazım olacaq. Daha sonra Dubayın ən yaxşı Livan restoranlarından olan Al Nafoorahda fərahlandırıcı nanəli çay için.

Əlaqə məlumatları
  Jumeirah Zabeel Saray, Palm Jumeirah
  +971 4 453 0456
4

One&Only Spa

One&Only Royal Mirage oteli

One&Only Spa

One&Only Royal Mirage oteli

Gizli bir guşə üçün

One&Only Royal Mirage-ı əhatə edən dəbdəbəli bağlara daxil olan kimi əzələləriniz sakitləşəcək. Məkanın ucqar hissələrində kurortun yerli və xarici məşhurlar arasında tanınan, ayrı yerləşmiş hamam spasını görəcəksiniz. Heyrətamiz mozaikalı buzlu şüşə tavanın altında fərdi və qrup müalicələri təklif olunur. Burada çox çeşiddə hamam təmizlik ayinləri arasında tam əhatəli prosedur olan Hammam Rose Ritual-ı seçə bilərsiniz. Hisslərinizi qızılgül və nanənin sakitləşdirici aroması ilə əhatələyin, qurumuş dərini cavanlaşdırmaq üçün gil sarğısından, incə ballı üz maskasından və baş və bədən masajından istifadə edin.

Əlaqə məlumatları
  One&Only Royal Mirage, Al Sufouh şossesi
  +971 4 315 2140
5

Saray Spa

JW Marriott Marquis Dubay

Saray Spa

JW Marriott Marquis Dubay

Qızıl standart üçün

Dünyanın ən hündür otelində, gözəl bir guşədə yerləşən bu spada ənənəvi üslubda hamam yer alır. Bir çox seçimləri ilə Saray Golden Hammam lüks prosedurlarda standartları müəyyən edir. Qızılı ərəb ballı üz maskası və 24 karat qızıllı yağ ilə tamamlanan bu prosedurda qonaqlar tam dincələ bilirlər.
Əlaqə məlumatları
  Üçüncü mərtəbə, JW Marriott Marquis Dubai
  +971 4 414 6754
6

The Spa

Palazzo Versace Dubai

The Spa

Palazzo Versace Dubai

Ərəb ayini üçün

Mərakeş hamamının təmizləyici mənfəətlərindən zövq alarkən bədəni və beyni oyadan dəbdəbəli ayindən zövq alın. Bədəndəki ölmüş hüceyrələrin təmizlənməsi, ayinlərlə saç yuyulması, ənənəvi və rahatlandırıcı masajın daxil olduğu Ənənəvi və Mərasim prosedurlarından birini seçsəniz bu dəbdəbəli istirahət yerini pozitiv əhval-ruhiyyədə tərk edəcəksiniz.
Əlaqə məlumatları
  Palazzo Versace Dubai, Culture Village
  +971 4 556 8888
Top