Dubai Mall-da bir gün

Dubayın ən məşhur satış və əyləncə məkanında ən yaxşı əyləncələri kəşf edin
Dubai Mall öz rekordlar qırmış attraksionları, bənzərsiz istirahət təklifləri, eləcə də digər yerlərdən fərqli əyləncə təklif edən 1200-dən çox alış-veriş və əyləncə məkanı ilə məşhurdur.
1

Hamısına baxın

Dubai Mall

Hamısına baxın

Dubai Mall

Unudulmaz bir gün 

Yüksəksəviyyəli dəb butikləri və qurman seçimlərindən, Olimpiya ölçülü buz meydançası və dünya səviyyəli akvariuma qədər bu AVM-in təklifləri çoxçeşidlidir. Burada hər döngədə kəşf olunası yeni bir şey var, amma vaxtınız azdırsa, Dubai Mall-da ailənizlə mükəmməl bir gün keçirməyiniz üçün hazırladığımız tövsiyələrimizə baxın.


Əsas yerləri: Aubaine restoranı, "Dubai Aquarium & Underwater Zoo" akvariumu, "Fashion Avenue" dəb rayonu, Galeries Lafayette, At the Top - Burj Khalifa, Dubay Fəvvarəsi, Al Bahar bazarı.
Əlaqə məlumatları
  Dubai Mall, Downtown Dubai
   800 38224 6255
1

10:00

Aubaine-də səhər yeməyi

10:00

Aubaine-də səhər yeməyi

Ləzzətli bistro təamlarından dadın

Səhərinizə Dubai Mall-dakı İnstaqrama ən layiq restoranlardan olan, franısz üslublu Aubaine-də doyumlu bir səhər yeməyi ilə başlayın. Arxaya yaslanın və ləzzətli "pain perdu" çörəyi, təzə bişirilmiş kərə yağlı kruasanlar, trüfelli qayqanaq və avakadolu az bişirilmiş soyutma yumurta kimi klassik təamlardan həzz alın. Qəhvə biliciləri Aubaine-nin istedadlı baristalarının hazırladığı təzə dəmlənmiş qarışımlarından həzz ala bilərlər. Səhərlər heç belə gözəl dadmamışdı.

Mütləq sınayın: Aubaine-nin iri kökələri ləzzətli, amma adamı kökəldən təamlarla bəzədilib.
Əlaqə məlumatları
Dubai Mall-un əsas girişi
   +971 4 501 6970

2

11:00

Dubay Akvariumu

11:00

Dubay Akvariumu

Dəniz canlılarına yaxından tamaşa edin

AVM-in ikinci mərtəbəsinə qalxın və Dubai Aquarium & Underwater Zoo akvariumuna çatmaq üçün mərkəzə doğru gəlin. Dünyadakı ən böyük qapalı məkan akvariumlarından biri olan bu akvariumu görməyə dəyər. Köpəkbalıqlarına, skatlara, osminoqlara və digər dəniz canlılarına yaxından baxmaq üçün 270 dərəcə gəzinti tunelinin içində gəzişin.

Mütləq sınayın: Cəsur olun və burada məskən salmış Qum Pələngi köpəkbalıqları ilə üz-üzə gəlmək üçün 10 milyon litr suyun olduğu çənin dərinliklərinə baş vurun.
Əlaqə məlumatları
İkinci Mərtəbə
   +971 4 448 5200

booktickets-teardrop
3

13:00

Fashion Avenue

13:00

Fashion Avenue

Dizayner məhsullarının alış-verişi indi daha asandır

İndi ürəyiniz istəyən qədər alış-veriş edə bilərsiniz. Fashion Avenue-da Cartier, Chanel, Gucci, Max Mara, Valentino daxil olmaqla dünyanın ən çox sevilən lüks brendlərindən ən son kolleksiyaları kəşf edin. Bu möhtəşəm dəb məkanında yük daşıma xidməti, dincəlmək üçün eksklüziv bar və hətta daxilinizdəki model olma arzusunu həyata keçirə biləcəyiniz 50 metr uzunluğunda podium daxil olmaqla bir sıra VİP ekstra xidmətləri təklif olunur.

Mütləq sınayın: İstedadlı şəxsi alış-veriş mütəxəsislərinin dəb ilə bağlı məsləhətlər verdiyi Fashion Avenue-da özəl alış-veriş təcrübəsi rezerv etməklə vaxtınıza qənaət edin.
Əlaqə məlumatları
Birinci Mərtəbə 
4

15.00

Le Gourmet-də Flavours

15.00

Le Gourmet-də Flavours

Bənzərsiz bir kulinariya təcrübəsi yaşayın

Şəhərin ən böyük univermaqlarından olan Galeries Lafayette-də yerləşən bu məkan fantastik bir nahar yeridir. Galeries Lafayette-də yerləşən Le Gourmet İtaliya, Hindistan, Mərakeş və Yaponiyadan orijinal təamları təqdim edən 11 mətbəxi ilə öz ziyarətçilərini dünya üzərində kulinariya səyahətinə çıxarır. Orada olmuşkən trüfel guşəsinin, bal piştaxtasının və pendir mağarasının olduğu dadlı təamlar dükanından ləzzətli məhsullar ala bilərsiniz.

Mütləq sınayın: Himalay dağı duzu ilə Josper sobasında kömür üzərində bişirilmiş, müxtəlif sous və qarnirlərlə təqdim olunan kəsimlər.
Əlaqə məlumatları
İkinci Mərtəbə, Galeries Lafayette-in içərisində
   +971 4 339 9933
5

18:00

"At The Top"

18:00

"At The Top"

Burj Khalifa-da möhtəşəm görüntülər

Dubai Mall-a edilən heç bir səfər dünyanın ən hündür qülləsi olan Burj Khalifa-ya səfər etmədən tam hesab oluna bilməz. Günəş batımı zamanı At the Top müşahidə göyərtəsinə gedərək, gecə işıqlarının yanmağa başladığı bir vaxtda heyrətamiz 360 dərəcə görüntülərə tamaşa edə bilərsiniz.

Mütləq sınayın: "Burj Khalifa Sky" premium təcrübəsi ilə "At the Top"da daha təkmil təkliflərdən yararlanın. 555 metr hündürlükdə yerləşən bu açıq hava terrası rəsmi olaraq dünyadakı ən hündür müşahidə göyərtəsidir.
Əlaqə məlumatları
Birinci Mərtəbə
   +971 4 888 8124
6

20:00

Dubay Fəvvarəsi

20:00

Dubay Fəvvarəsi

Dubayın bənzərsiz su şousu sizi məftun edəcək

Dubay Fəvvarəsinin şəhərin ən populyar (və ən sevilən) attraksionlarından olması heç də təəccüblü deyil. Füsunkar xoreoqrafiyalı tamaşa zamanı işıqlandırılmış su şırnağı ərəb klassiklərindən tutmuş Maykl Ceksonun Thriller mahnısına qədər fərqli musiqi nömrələri altında səmaya ucalır. Axşam saat 6-dan başlayaraq hər 30 dəqiqədən bir keçirilən şoular zamanı, insanlar hər gün əllərində kamera ilə sahil kənarı bulvarda toplaşırlar. Əgər acsınızsa bulvarda və ya Souk Al Baharda körpü ilə üzbəüz bir çox restoranda əyləşə bilərsiniz.

Mütləq sınayın: Məşhur türk steyk restoranı Günaydında ənənəvi və ləzzətli paxlava.
Əlaqə məlumatları
Dəniz qırağı bulvar
7

Çeşidlər boldur

Dubay Mall

Çeşidlər boldur

Dubay Mall

Bir gün bəs deyil

Siz sadəcə üzdə olanlarla tanış oldunuz, daha çox macəra və oyunlar üçün Dubai Mall-a daha bir səfər etməyinizə dəyər. Konki sürmə bacarığınızı Olimpiya ölçülü "Dubai Ice Rink" buz meydançasında göstərə, birinci mərtəbədə yerləşən ultra müasir uçuş simulyatorunda virtual Emirates A380 ilə uçuşa çıxa və ya dünyanın ən böyük ayaqqabı mağazası olan Level Shoes-da dizayner məhsullarını üzərinizdə sınaya bilərsiniz. Uşaqlar üçün geniş və interaktiv şəhər olan Kidzania-da balacalar oynamaqdan zövq alacaqlar.

Mütləq sınayın: "Level Shoes"dakı "The Sole Lounge by Margaret Dabbs" ayaqlarınızın xoşbəxt olması üçün maraqlı təkliflər edə bilər.
Əlaqə məlumatları
  Dubai Mall, Downtown Dubai
   800 38224 6255
Top