Dubay Operasının Heyrətamiz Açılış Gecəsi

logo image
Dubai Operasının Heyrətamiz Açılış Gecəsi https://www.visitdubai.com/az/articles/placido-domingo-mesmerises-dubai-opera-on-opening-night 20170312T120327 20170814T165322:636383264027541738 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin Operanın kralı Plaçido Dominqo, Dubayın yeni mədəniyyət beşiyi Dubay Operasının sehirli açılış gecəsində iki min qonağı heyran etdi. Giordanonun "Nemico della Patria" və Andrea Chenier, eləcə də "My Fair Lady" və "West Side Story" kimi əsərlərin daxil olduğu ifalarla, ispan tenor öz inanılmaz diapazonu ilə auditoriyanı şənləndirdi. Dubay Operasının sehirli açılış gecəsində Plaçido Dominqo kütləni məftun etdi.

Dünya mədəniyyəti Plaçido Dominqonun məftunedici ifası ilə açılışı olan heyrətamiz Dubay Operasını öz mədəniyyət səhnəsinə qəbul etdi.


Bunu durmadan inkişaf etməkdə olan möhtəşəm şəhər üçün maraqlı bir töhfə adlandıran "Opera kralı" dinləyici izdihamına "bu binanın dinləyicilərin həm özləri, həm ailələri, həm də uşaqları üçün əvəzedilməz olduğunu" söylədi.



BƏƏ-nin Vitse-prezidenti və Baş naziri, Dubayın Hakimi, Əlahəzrət şeyx Mohammed bin Raşid Al Maktoum şou başlanmazdan əvvəl opera binasını gəzmiş və binanın Əmirliyin mədəni dəyərlərinə əlavə dəyər qatması faktını yüksək qiymətləndirmişdir.

"Musiqi universal bir dildir, sənətkar ifadəsidir və bəşəri yaradıcılığa şahidlik edir. Dubay Operası isə onun yeni evidir", deyə o, bildirdi.

"Dubay Operası incəsənət üçün yeni platforma, effektiv mədəni körpü və dünyanın yaradıcı sənət nümunələrinə açılan intellektual pəncərə olmaqla böyük əhəmiyyət kəsb edir."

in-article-dubai-opera-seating

in-article-Dubai-opera-inside

in-article-Dubai-opera-crowd

Giordanonun "Nemico della Patria" və Andrea Chenier, eləcə də "My Fair Lady" və "West Side Story" kimi əsərlərin daxil olduğu ifalarla, ispan tenor öz inanılmaz diapazonu ilə auditoriyanı şənləndirdi.

Dominqonu, Vaqnerin "Die Meistersinger von Nurnberg" uverturası ilə gecəyə başlayan Triestenin Verdi Orkestri bütün gecə boyu müşaiyət etdi.

75 yaşlı sənətkar soprano Ana Maria Martinez ilə duet oxuyarkən səhnə boyunca gəzişərək böyük izdihamın diqqətinin tam olaraq ələ alır və o, Besame Muchos əsərini ifa edərkən dinləyicilər ucadan onunla birgə oxuyurdular.

Daha əvvəl, gözəl libaslar geyinmiş dinləyicilər yeni dhou üslubunda tikilmiş binada tənəyin altında dincəldilər. Dubayın zəngin dənizçilik tarixindən ilham alınaraq tikilən binanın interyeri zərif ağac panellərlə bəzədilib, tavandan isə şəlalə effekti yaradan şüşə mirvarilərdən hazırlanmış ecazkar çilçıraq asılıb.

in-article-Dubai-Opera-building


Biz, açılış gecəsi bizi gözləyən Dubay Operasının baş direktoru Jasper Hope ilə söhbətləşdik.


Dubay Operası şəhərə nə gətirir və onun mədəni xüsusiyyətlərini necə dəyişəcək?

Dubay Operası Dubaya möhtəşəm gözəl bir əlavədir. Burada tez-tez dünya-səviyyəli əyləncə il boyu təklif olunur. Demək olar ki, hər növdə janr səhnələşdirilir. Nəhayət ki, Dubayın xarici və yerli sənətçiləri qəbul edəcək və canlı ifanın bütün möhtəşəmliyini göstərəcək dünya-səviyyəli səhnəsi var.

Ən vacib xüsusiyyətlərdən bəziləri hansılardır? Siz ən çox nəyi gözləyirsiniz?

Seçim həddən artıq çoxdur. İndiyə qədər anons etdiyimiz 75 şou var; hər il 200-250 şounu keçirməyi nəzərdə tuturuq. Bizdə musiqili tamaşalar, ərəb sənətçiləri, jaz, rok və nəhayət pop da olur. Biz, opera və klassik musiqi ilə yanaşı Brodvey və Uest End hitlərini Dubayda səsləndirməyə nail olmuşuq.

Qonaqlar Dubay Operasında nəyə ümid edə bilərlər?

Onlar fərqli bir şeyə ümid edə bilərlər. Dubay görməli-gəzməli yerlərlə zəngin olan bir şəhər olsa da bu, fərqli bir şeydir. Bu əyləncənin yeni üsuludur, yeni bir səviyyə və keyfiyyət deməkdir. Tamaşaçılar gəlib burada dincələ, teatrda əyləşə bilər və fantastik canlı şoudan həzz ala bilərlər. Onlar əvvəllər bunu edə bilmirdilər, indi isə bu, mümkündür.

Dubay Operasını dünyadakı digər bənzər məkanlardan fərqləndirən nədir?

Dubay Operası, sadəcə Dubayda yerləşdiyinə görə dünyanın digər yerlərində olanlardan daha fərqlidir. Çünki Dubay, başqa heç bir şəhərdə olmadığı qədər enerji və kozmopolit mühit ilə zəngindir. Bu, həmçinin Dubay Operasının proqramlarında, onun dizaynında və auditoriyasında öz əksini tapır.

Bu gecə əsasən auditoriya kimlərdən ibarət olacaq?

Bu gecə beynəlxalq tərkibli auditoriya olacaq. Mən, buraya məxsusi olaraq körfəz ölkələrindən və Avropa və Amerikadan çoxlu insanların gəldiyini bilirəm. Bu, Dubayın əldə edə biləcəklərinin həqiqi təntənəsidir və canlı əyləncə və mədəniyyətin insanların həyatına necə təsir etdiyini bir daha göstərir. O, gözəl bir təntənədir.

Açılış gecəsinə və Plaçido Dominqoya reaksiya necə oldu?

Onu qonaqlamaqdan şərəf duyuruq. O təbii ki, bir əfsanədir. O, həqiqətən də möhtəşəm ifaçıdır. O, səhnəmizdə ilk ifaçı olmaqla bizi şərəfləndirib. Bu, həm də binaya, Dubay Operasına və bir səfər məkanı kimi Dubaya göstərilən böyük ehtiramdır, onun razılıq verməsi əladır. Onun burada olması fantastikdir.

449
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

Flight search button
Böyüklər (18+) Members 16+ yaş Uşaqlar (0-17) Traverller Number 0-15 yaş
TAMAM
Hotel search button
Bunlar da xoşunuza gələ bilər
Neos Dubayda Restoranlar
Neos
Adidən 63 səviyyə yuxarı
Motiongate™ Atraksion və akvaparklar
Motiongate Dubai
Həyəcan və animasiya dünyasına daxil olun
Dubay Su Kanalı Dünyaca məşhur attraksionlar
Dubay Su Kanalı
Dubayın sahil xəttinin uzanması
"Aquaventure" Atraksion və akvaparklar
Əyləncəyə atılın
Aquaventure su parkında yaş olun
Aventura Parks Dubayda macəralı fəaliyyətləri kəşf edin
Öz Macəra İstəyini Aşkar Et
Dubayın Yüksək Kanat Kursunu Sına
Top