Top

Dubayda Alış-veriş Mərkəzlərinə Bələdçi

Alış-verişdən daha artığını təqdim edən Dubayın ticarət mərkəzlərini kəşf edin.
Dubaya ilk səfərinizdə şəhərin əsas məşğuliyyətinin alış-veriş olduğunu düşünməyinizi sizə bağışlamaq olar. 96 mall-a malik şəhərdə əla paltar, bənzərsiz biçilmiş kostyum və ya ki qəribə xatirə suveniri tapmaq çox asandır. Lakin şəhərin ticarət mərkəzləri alış-verişdən əlavə qapalı məkan parkları, mədəni atraksionlar və daha artığını təklif edirlər.
1

Dubay Mall

Downtown Dubay

Dubay Mall

Downtown Dubay

Dünyanın ən böyük AVM-də axtardığınız hər şeyi tapın

Dünyanın ən böyük AVM-i olan  Dubai Mall-da  Olimpiya ölçülü konki meydançası Dubai Aquarium & Underwater Zoo zooparkı da daxil olmaqla hər kəsi razı salacaq məkanlar var. Bir nəhəng dam altında sevilən Topshop və Zara kimi markarlar və  Bloomingdale’s və Galeries Lafayette univermaqlar daxil olmaqla 1000-dən çox satış məkanı tapa bilərsiniz. Chanel, Lanvin və Elie Saab kimi yüksək-səviyyəli brenlərin yer aldığı Fashion Avenue; Christian Louboutin, Fendi və Dior markaların olduğu Level Shoe District kimi yerlərdə ən lüks brendlərə rast gələcəksiniz.
Əlaqə məlumatları

    800 382246255
2

City Walk

Jumeirah

City Walk

Jumeirah

Müasir butiklərlə dolu yeni açıq hava məkanı

Dubayın İnstaqrama layiq yerlərindən birində yüksək səviyyəsli Orta Şərq memarlığı Avropasayağı küçə üslublu alış-veriş yerləri ilə qarşılaşır.  Burj Khalifa-ya, möhtəşəm görüntüsü olan, Downtown ilə Jumeirah Beach arasında yerləşən yeni City Walk Dubayda alış-veriş təcrübəsinin yeni tərzini müəyyən edir. Müasir dəb butikləri ilə dolu olan, Michelin ulduzlu kulinariya konseptlərinin olduğu açıq meydanlar və London üslublu küçələr City Walk-u bu ilin ən sevilən yerlərindən birinə çevirir.
Əlaqə məlumatları

    +971 4 317 3999
3

Outlet Village

Jebel Ali

Outlet Village

Jebel Ali

Tuscan mövzulu, lüks outlet AVM

Dubayın öz qapılarını qonaqlara 2016-cı ilin sentyabr ayının əvvəllərində açmış, 1.5 milyon kvadratmetr sahəsi olan pərakəndə satış mərkəzlərindən ibarət olan lüks ticarət mərkəzi ilə tanış olun. Ticarət mərkəzi üç mərtəbədən ibarət olub, 125 brendə (və daha çox brendin açılışı gözlənilir) və eləcə də bütün günboyu alış-veriş edə bilməniz üçün sizə enerji toplamağa kömək edəcək premium restroran və kafelərə ev sahibliyi edir. Burada Michael Kors və Carolina Herrera kimi möhtəşəm dizaynerlərin məhsullarını sərfəli qiymətlərə əldə edə və alış-veriş edərkən ticarət şəhərciyinin füsunkar Tuscan üslubundan ilham almış memarlığının gözəlliyindən həzz ala bilərsiniz.
Əlaqə məlumatları
  Jebel Ali, "Dubai Parks and Resorts"un yaxınlığında
  +971 4 317 3999
4

Mall of the Emirates

Əl Barşa-1

Mall of the Emirates

Əl Barşa-1

Mall of the Emirates-də eksklüziv satışlar və qısamüddətli əyləncədən həzz alın

Mall of the Emirates-də artıq Apple dükanı, digər dəbdəbəli dükanlar ilə yanaşı Dubayın sevimli xəmir yeməyi məkanı Din Tai Fung və başqa bir hipster kafesi, Common Grounds də yer alıblar.  Ski Dubai yamacları,  Magic Planet uşaqlar üçün qapalı əyləncə mərkəzi və yerli və xarici musiqi və teatr performanslarının olduğu Dubay İctimai Teatr və İncəsənət Mərkəzinin  yer aldığı bu məkanda həmişə görməli və ya etməli bir şey var. Harvey Nichols, Marks & Spencer və Debenhams, üstəlik ultra şıq Fashion Dome və VOX Cinemas kimi məkanlara baş çəkərək unudulmaz bir gün keçirin.
Əlaqə məlumatları
 Sheikh Zayed şossesi, 4-cü kəsişmə
  +971 4 409 9000
5

Mercato Mall AVM

Jumeirah

Mercato Mall AVM

Jumeirah

Rahat, ailəvi alış-veriş təcrübəsi

Mercato Mall  Renessans dövrünün İtaliya kəndinin ab-havasını əks etdirir. Alıcılar Laura Ashley və Jack Wills kimi dünyaca tanınmış mağazaları, eləcə də Cakery Epicerie by Stephane Glacier kimi çox sayda şirniyyat evlərini, sevimli qəlyanaltı yerlərini və şəhərin ən qatı isti şokoladını içmək üçün Alison Nelsonun Şokolad Barını seçə bilərlər.
Əlaqə məlumatları
  Jumeirah Beach şossesi
  +971 4 344 4161
6

İbn Battuta Mall

Jebel Ali

İbn Battuta Mall

Jebel Ali

Dünyanın ən böyük şəkilli AVM-də macəraya başlayın

Ibn Battuta Mall bir tədqiqatçıdan şərəfinə adlandırılıb və AVM-in altı həyəti onun səfər etdiyi ölkələr olan Əndəlüs, Tunis, Misir, Persia, Hindistan və Çindən ilhamlanaraq dizayn olunub. AVM-in dekorasiyasına incə kaşılar, nəhəng qızıl fil, mavi səmanı xatırladan yüksək tavan və dəbdəbəli açıq hava çay məkanları daxildir. İnteryer dizaynından əlavə Ibn Battuta Mall mütəmadi olaraq endirim kampaniyaları və tədbirlər təşkil edən dəb, həyat tərzi, idman dükanları ilə zəngindir.
Əlaqə məlumatları
  Sheikh Zayed şossesi
  +971 4 362 1900
7

WAFI Mall Ticarət Mərkəzi

Dubay Körfəzi

WAFI Mall Ticarət Mərkəzi

Dubay Körfəzi

Lüks ərəb alış-veriş təcrübəsini yaşayın

Asanlıqla seçilən qədim Misir memarlığı üslubunda tikilmiş  Wafi Mall-un həm interyeri həm də eksteryerində eyni üslubu sezmək olar. Kandura, burqa və abayaların ən son modellərinin təklif olunduğu Yaxın Şərq dəb butiklərində müştərilər ərəb alış-veriş təcrübəsini sınaqdan keçirə bilərlər. Və ev məişət əşyalarının satıldığı, Dubayın ilk ayrıca univermağı olan  Salam-a üz tuta bilərlər.
Əlaqə məlumatları
  Oud Metha şossesi
  +971 4 324 4555
8

Dubay Marina Mall 

Dubay Marina

Dubay Marina Mall 

Dubay Marina

Rahat alıcı üçün ən münasib

Marina sahillərində yerləşən Dubai Marina Mall rahat ailəvi alış-veriş təcrübəsi təklif edir. Burada satıcılar çox çeşiddə dəb və gözəllik xidmətlərini münasib qiymətdə və rahat bir mühitdə satırlar. Nahar üçün çoxlu çeşidlər var, su kənarında açıq havada nahar da daxildir. Daha sonra küləkli terras oturacaqlarında yeddi maraqlı nahar konsepsiyası təklif edən Pier 7-yə baş çəkin.
Əlaqə məlumatları
  Sheikh Zayed şossesi, Marina
  +971 4 436 1020
9

Dubay Outlet Mall

Dubayland

Dubay Outlet Mall

Dubayland

Dubai Outlet Mall-də 30-90% endirimdən həzz alın

Dubaydan qısa məsafədə yerləşən Dubai Outlet Mall sərfəli sövdə axtaran alıcıların yol qət etmələrinə dəyən bir yerdir. Burada il boyu satışlar olur və Diane von Furstenberg, Burberry və Marc Jacobs, eləcə də elektronika və parfüm kimi dizayner brendlərini tapmaq olar. Bazar ertəsi günü səyahət etsəniz, seçilmiş dükanlarda 50 faizə qədər endirim əldə edə bilərsiniz
Əlaqə məlumatları
  Dubai Al-Ain şossesi (marşrut 66)
  +971 4 423 4666
10

BurJuman Mərkəzi

Bur Dubay

BurJuman Mərkəzi

Bur Dubay

Dubayın İrs Bölgələrinin Mərkəzində Münasib Qiymətli Alış-veriş

BurJuman Mərkəzinin alış-veriş məntəqəsi kimi çoxdan tanınması, burada çoxlu aparıcı markaların, müasir kinoteatrın olması və çox çeşiddə nahar seçimləri bu AVM-i mütləq baş çəkilməli yerə çevirir. Vaxt keçdikcə dəyişən, bir vaxtlar lüks pərakəndə alış-veriş məntəqəsi olan bu mərkəz indi H&M, Forever 21, Splash, Zara, Mothercare, Nine West, Adidas Original, The Toy Store və bir çox digər markalara ev sahibliyi edir. 
Əlaqə məlumatları
  Khalid Bin Al Waleed şossesi
  +971 4 352 0222
11

Mirdif Şəhər Ticarət Mərkəzi

Mirdif

Mirdif Şəhər Ticarət Mərkəzi

Mirdif

Bütün ailənin zövq alacağı alış-veriş təcrübəsi

City Centre Mirdif  Carrefour, Debenhams və Centrepoint daxil olmaqla 430-dan çox alış-veriş məkanına ev sahibliyi edir. Dubayın əsl şəhərkənarı AVM-lərindən biri kimi iFly səmadan tullanma,  Little Explorers-da, uşaq təhsil-əyləncəsi,  Soccer Circus Dubai -da interaktiv futbol və 12 xəttli kosmos boulqnti  Yalla! Boulinq.
Əlaqə məlumatları
  Sheikh Mohammed Bin Zayed şossesi
  +971 4 602 3000
12

Dubai Festival City Mall AVM

Dubay Körfəzi

Dubai Festival City Mall AVM

Dubay Körfəzi

Möhtəşəm AVM və su kanalı görüntüləri

Dubay Körfəzinin sahillərində yerləşən Dubai Festival City Mall nəhəng IKEA univermağı, HyperPanda supermarketi və ACE Hardware daxil olmaqla 400-dən çox dükana ev sahibliyi edir. Bu AVM-də siz həmçinin füsunkar Canal Walk boyunca gəzintiyə çıxa və ya su kanalı restoranlarından birində abraya minə bilərsiniz.
Əlaqə məlumatları
  Dubai Festival City
  +971 4 213 6213
13

THE BEACH

Jumeirah Beach Residence

THE BEACH

Jumeirah Beach Residence

Suvenirlər və tanınmış markaları dəniz qırağında alın

Alış-veriş, nahar, film seyr etmək və çimərlik kənarında lounge üçün JBR ilə üzbəüz THE BEACHaçıq hava bulvarını nəzərdən qaçırmayın. Adventure HQ, Sephora kimi markalar, kiçik hədiyyələrin olduğu bu məkanda siz elə dəniz qırağında premium alış-veriş terapiyasından həzz ala bilərsiniz.
Əlaqə məlumatları
  Jumeirah Beach şossesi
  800 637227