Dubai

Dubayda uşaqlarınızla edəcəyiniz məşğuliyyətlər

Uşaqlar üçün bu münasib əyləncələri əldən buraxmayın
Dubaydakı təkliflər və tanınmış atraksionlar uşaqlar, eləcə də onların valideynləri üçün əyləncəli olacaq. Dubaydakı uşaqlara uyğun əyləncə təkliflərimizlə ailəvi oyun meydanlarını kəşf edin.
1

Dubai Parks and Resorts

Dubai Parks and Resorts

Unudulmaz xatirələr yaradın

Dubai Parks and Resorts, Motiongate, Bollywood Parks və Legoland kimi mövzu parklarının geniş çeşidini uşaqlara və qəlbən gənc olanlara təklif edir. Siz hətta müasir və dinamik ailəvi əyləncə təklif edən Riverland əyləncə və nahar bulvarında da dincələ bilərsiniz. Parkın içində yerləşən, Polineziya üslublu lüks otel olan Lapita Hoteldə qalaraq əyləncəli tətilinizdən tam faydalanın. 
Məkan ilə bağlı təfərrüatlar
Sheikh Zayed şossesi, Jebel Ali ilə çarpaz
  +971 4 820 0820
2

IMG Worlds of Adventure

IMG Worlds of Adventure

Mövzu parkı həyəcanını yaşayın

Dubayın ən yeni və həyəcanlı mövzu parklarından biri olan IMG Worlds of Adventure-da keçirilən bir gün uşaqlara sevinc bəxş edəcək. Rahat ayaqqabılar geyinin, çünki burada bütün ailənin əylənməsi üçün nəzərdə tutulan 28 futbol meydanı ölçüsündə ərazi var. İMG-də əyləncə zamanı Powerpuff Girls, eləcə də Marvel qəhrəmanlarına rast gələcəksiniz. IMG Worlds-də keçirilən bir gün, unudulmaz ailəvi tətiliniz olacaq.
Məkan ilə bağlı təfərrüatlar
  Mohammed Bin Zayed şossesi, Dubailand
  +971 4 403 8888
3

Çərpələng Çimərliyi (Kite Beach)

Çərpələng Çimərliyi (Kite Beach)

Dubayın ən sərin çimərliyində enerjini hiss edin

Xizək parkı, açıq hava batutları, macəralı fitnes klubu və balacalar üçün oyun meydançası ilə tamamlanan Kite Beachdə hər şey balacalar üçündür. Bu yer, balacalar ilə üzmək, balıqqulağı toplamaq, səhər yeməyindən və ya qaçış treki boyunca çoxlu çimərlik bufetlərindən sadəcə biri olan məşhur yemək maşını Salt-da nahar üçün mükəmməl bir yerdir. Valideynlər Burj Al Arab-ın möhtəşəm görüntüsündən həzz aldığı bir vaxtda balacalar Wire World-da qumla oynaya və ya macəra sahəsində əylənə bilərlər.
Məkan ilə bağlı təfərrüatlar
Kite Beach, Umm Suqeym
4

City Walk

City Walk

Bütün ailə üçün əyləncə

Uşaqlar üçün ən münasib alış-veriş bölgələrindən olan City Walk bir çox maraqlı sahələrə malikdir ki, onlarda Hub Zero bütün yaş qrupları üçün müxtəlif zonalara malik virtual oyun məkanı, 3000-dən çox bitki və heyvanın olduğu The Green Planet isə tropik meşəni təqlid edən qapalı ekosistemdir. Əyləncə, alış-veriş, nahar və bir çox şeyləri bir unudulmaz təcrübədə birləşdirən bu möhtəşəm bölgəni əldən buraxmayın.
Məkan ilə bağlı təfərrüatlar
Al Safa küçəsi, Jumeirah
  +971 4 511 4670
5

Aquaventure Akvaparkı

Aquaventure Akvaparkı

Suda əylən və sərinlən

Atlantis, The Palm-da yerləşən Aquaventure Akvaparkında həm böyüklər həm də kiçiklərin adrenalin sıçrayışı tam təmin olunacaq. Cəsarətli turistlər, boru ilə sizi köpəkbalığı gölünün içindən keçən boruya tullayan, parkın həyəcanlı atraksionunu təcrübədən keçirməlidirlər. Balacalar isə "Splashers Children’s Play Area"da daha rahat attraksionlarda sərinlənə bilərlər. Bir az fasilə vermək istəyəndə istə, Palm-dakı sakit su kanalları boyunca gəzişə və ya özəl çimərlikdə günəşlənə bilərsiniz.

Məkan ilə bağlı təfərrüatlar
Atlantis, The Palm, Crescent şossesi, Palm Jumeirah
  +971 4 426 0000
6

Kidzania

Kidzania

Təkmil uşaq əyləncə məkanı

Dubai Mall-undaxilində yerləşən, mükafatlar qazanmış bu konsepsiya "böyüklərin yaşayış tərzi"nin balaca ölçülü versiyası kimi nəzərdə tutulub. Kidzania, döşənmiş küçələri, binaları və işlək iqtisadiyyatı olan "təhsil-əyləncə" mərkəzidir. Yanğınsöndürən, aşpaz, doktor, radio şou aparıcısı, Emirates pilotu və ya hətta öz ətirini hazırlayan ətirçilərə qədər bir çox sahələrdə uşaqların oynayaraq böyüməsinin şahidi olun.
Məkan ilə bağlı təfərrüatlar
Dubay Mall
  +971 4 448 5222
7

Dubay səhrası

Dubay səhrası

Qum təpələrində macəra yaşayın

Dubay barədə unudulmaz təcrübə üçün səhranı təcrübədən keçirmək imkanını əldən buraxmayın. Senbordinq, dəvə və ya at sürmə, səhra safarisi kimi macəraları uşaqlar çox sevirlər. Əgər səhra ekskursiyanızın bütün gecəni davam etməsini istəyirsinizsə, ulduzlar alıntda düşərgə salın.
8

Dolphin Bay

Dolphin Bay

Yeni dostlar qazan

Atlantis, The Palm-da yerləşən Dolphin Bay-də ən dostyana dəniz canlıları ilə suda əylənin. Bütün yaş və bacarıq kateqoriyasından olan üzgüçülər bu ünsiyyətcil dəniz canlıları ilə ünsiyyət qurmağa dəvətlidirlər. Ziyarətçiləri vəhşi təbiət və onların təbii mühitinin saxlanılmasının vacibliyi mövzuzunda məlumatlandıran Dolphin Bay dünyadakı ən müasir delfin məkanlarından biridir. Günün sonunda, uşaqlarınız ən yaxşı dostlarını qazandıqlarını söyləsələr təəccüblənməyin!
Məkan ilə bağlı təfərrüatlar
Atlantis, The Palm, Crescent şossesi, Palm Jumeirah
  +971 4 426 0000
9

Dubay Ice Rink (Buz Meydançası)

Dubay Ice Rink (Buz Meydançası)

Buz üstündə rəqs

Səhranın ortasında fiqurlu konki sürmə? Axı bu Dubaydır. Dubai Mall-da yerləşən Olimpiya ölçülü Dubai Ice Rink sizə ilk addımlarınızı atmağa, hər döngəni uğurla dönməyə kömək etməyə hazır müəllimləri ilə bütün yaşlarda və bacarıq səviyyələrində olan konki sürənlər üçün açıqdır. Daha yaşlı uşaqlar Əmirliyin ən ləzzətli rəqs məclisində üçqat Salchows fəndini yerinə yetirməyə imkan verən, işıqların və top musiqilərin ifa olunduğu diskodan həzz ala bilərlər.
Məkan ilə bağlı təfərrüatlar
Dubay Mall
  +971 4 448 5111
10

BOUNCE Dubai

BOUNCE Dubai

Tullanmağa davam et

Balacalar (və böyüklər) Bounce Dubai-dayerləşən 100-dən çox bir-biri ilə bağlantılı batutlarda həyəcanlı bir əyləncə axtarışındadırlar. Balacalar Mini Bounce-da mayallaq aşa, böyüklər isə basketbol halqalarında məşq edə, The Wall-un əksinə tullana bilərlər. Əlavə bonus kimi, hər kəsin axşam yaxşı yatacağına zəmanət veririk.
Məkan ilə bağlı təfərrüatlar
32, 4B küçəsi Al Quoz
  +971 4 321 1400
11

Wild Wadi

Wild Wadi

Hər kəs üçün akvapark əyləncəsi

Bütün ailə üçün münasib olan 30-dan çox əyləncənin olduğu Wild Wadi akvaparkında sərinlənin. Su rollerkosterindən istifadə edin, cazibə qüvvəsinin olduğu sürüşkənlərdə sürüşün və ya asta çayda qayıq səyahətə çıxın və möhtəşəm Burj Al Arab-dan həzz alın. Yaşca cavan olanlar isə balaca sürüşkənlər, dırmanma çərçivələri və kiçik su vedrələri ilə əylənə bilərlər.
Məkan ilə bağlı təfərrüatlar
Jumeirah şossesi, Jumeirah Beach oteli ilə yanaşı
  +971 4 348 4444