Top

Dubayda Ramazan çadırları

logo image
Dubayda Ən Yaxşı Ramazan Çadırları https://www.visitdubai.com/az/articles/dubai-best-ramadan-tents 20170604T145654 20170814T165459:636383264996795302 İrs və Mədəniyyət

Müqəddəs Ramazan ayında müsəlmanlar öz oruclarını günəşin batması ilə açırlar, səhərlər isə sahur ilə yeni günə başlayırlar. Dubaydakı bir çox otellər və restoranlar xüsusi qurama Ramazan çadırlarında müsəlmanlar və qeyri-müsəlmanlar üçün məclislər təşkil edirlər. Bu mövsüm mütləq ziyarət edilməli beş çadırı təqdim edirik.

Müqəddəs Ay zamanı Ramazan çadırları Dubayı daha ecazkar edir

Ənənənin zəngin tamını kəşf edin


Müqəddəs Ramazan ayı təfəkkür və ibadət ayıdır. Dünyanın əksər yerlərində olduğu kimi Dubayda da müsəlmanlar mütəmadi ibadət ilə məşğul olur və gündəlik oruc tuturlar. Günəş batanda, ailələr və dostlar Dubayın gözəl bəzədilmiş Ramazan çadırlarına üz tutaraq iftar bufeti və ya sahur yeməyi ilə öz oruclarını açanda şəhər sanki canlanır. Ənənəvi olaraq, sahur evdə ailə ilə bir yerdə yeyilir; bununla belə bəzi şəhər sakinləri günün ilk şəfəqinə və sübh namazına qədər çadırlara və ya restoranlara da üz tuturlar (təxminən saat 22:00 - 2:00 arasında). Siz də dəvətlisiniz. Dubayda Ramazan vaxtı ən yaxşı təcrübələri təqdim edirik.



Palace Downtown Dubayda Ewaan 


Ewaan ilə iftar və sahur zamanı qonaqlar nəinki Dubay Fəvvarəsinin gözəl görüntülərindən eləcə də Downtown Dubayın möhtəşəm səma xəttindən zövq ala bilərlər, onlar həm də Ərəbistanın ənənəvi təamlarından da dada bilərlər. Bu gözəl otelin ətrafı və möhtəşəm mənzərə ərəb udunun melodik harmoniyası ilə gözəl təəssürat oyadır.

Vaxt: iftar- günəş batandan - 21:00-a qədər | sahur- 22:00 - 1:00 (həftə içi); 22:00 - 2:00 (həftəsonu)
qiymət: iftar- adam başına 255 dirhəm | sahur- adam başına 170 dirhəm | 6-11 yaşlarında uşaqlar yarım qiymətədir
Rezerv: +971 4 428 7951

Palace Downtown Dubayda Ewaan 



Madinat Jumeirahda Al Majlis


Madinat Jumeirahda hər zaman məşhur olan Ramazan çadırı Madinat Arenanı ənənəvi formalı bənzərsiz bir mühitə çevirir. Bufetdə və canlı yemək stansiyalarında ənənəvi delikateslərin dadına baxın və sonra axşamüstü Ramazan alış-verişi üçün yaxınlıqdakı bazarlara gedin.

Vaxt: iftar- günəş batandan - 21:00-a qədər | sahur- 21:30 - 3:00
Qiymət: iftar- adam başına 210 dirhəm | sahur (a la kart) - adam başına minimum 150 dirhəm
Rezerv: + 971 4 366 6380

ramadan-tents-Madinat-Jumeirah



Atlantis, The Palmda Asateer


Atlantis, The Palmda möhtəşəm dəniz qırağı çadır Ramazan zamanı Dubayın ən yaxşı çadırlarından biri kimi tanınır. Məşhurların yer aldığı açılış mərasimi ilə tanınan bu çadır ənənəvi ud ifaçıları, ayrıca ibadət otaqları və kart oyunları, şahmat və nərd ilə unudulmaz bir təcrübə təklif edir.

Vaxt: iftar - 18:30 - 20:30 | sahur- 21:30- 2:30
Qiymət: iftar - adam başına 205 dirhəm | sahur (a la kart) - adam başına minimum 185 dirhəm
rezerv: +971 4 426 0800


Ramadan-Tents-Asateer


Bab Al Şams


Ərəb şövqünün yüksək olduğu "Bab Al Shams Desert Resort and Spa"da bədəvilərdən ilhamlanmış bir həyat tərzi yaşayın. Temperaturun tənzimləndiyi bu komfortlu çadırda siz qədim reseptlərlə hazırlanmış əsl regional mətbəxin dadına baxa bilərsiniz. Yeməyinizdən sonra rahat oturun və dəvə və karvan şousu, ud ifası və tanura rəqsləri sizi əyləndirən zaman səhranın sakitliyindən həzz alın. Dubayın səhrasında orucu açmaqdan daha orijinal bir təcrübə tapmaq çətin olar. 

Vaxt: iftar - günəş batandan 24:00-a qədər
qiymət: bazar -çərşənbə - adam başına 250 dirhəm; cümə axşamı - şənbə 270 dirhəm| 5-12 yaşlarında uşaqlar yarı qiymətədir
Rezerv: +971 4 809 6194


Ramadan-Tents-Bab-All-Shams


Dubay Körfəz Limanında Ramazan çadırı


Bu möhtəşəm Ramazan mühiti tarixi Dubay Körfəzi, Ras Al Khor Təbiət Qoruğu və Dubay mərkəzinin sehrli mənzərəsi ilə sizi məftun edəcək. Vida oteli tərəfindən hazırlanan ərəb delikateslərinin ağız sulandıran xarici yeməklərlə və desertlərlə birgə verildiyi a la kart menyudan həzz almağa dəvətlisiniz. Şəffaf fasada malik olan bu müasir çadırın möhtəşəm Burj Khalifa daxil olmaqla bütün şəhərə mənzərəsi var. Şəhərin işıqlarına tamaşa edərək öz sevdiklərinizi məxsusi sahura dəvət etmək üçün mükəmməl bir imkan var.

Rezerv: + 971 4 888 3444

Dubai-Creek-Harbour-Ramadan-Tent-1



Downtown Dubayda Armani oteli


İncə arabesk dizaynının və rahat mühitin iftar və sahur menyu kolleksiyası ilə tamamlandığı bu eleqant üslublu Armani çadırında Ramazanı qeyd edin. Armani Hotel Dubai-ın beş mükafat qazanmış restoranlarında hazırlanan gözəl dadlı yeməklər klassik ərəb təamları ilə birgə təqdim olunur. Üstəlik bu, Dubay Fəvvarəsinin gözəl mənzərəsi altında təqdim olunur.

Rezerv: +971 4 888 3666



Dubay Körfəzi Qolf və Yaxt Klubunda QD


Bu Ramazanda Dubay Körfəzi Qolf və Yaxt Klubunda yerləşən QD-də çox rahat mühitdən və inanılmaz mənzərədən həzz alın. Sahur a la kart şəklində təqdim olunur və 15 nəfərdən çox qruplar xüsusi endirim əldə edirlər. Burada bölüşmək üçün ərəb mezzesi, həmçinin xarici yeməklə və dadlı desertlər var. Burada yeməyi tamamlamaq üçün ən yaxşı yol Dubay Körfəzinə tamaşa etməklə bir boşbaq Umm Ali-dən zövq almaqdır. 

Vaxt: iftar - günəş batandan 22:00-a qədər 
Qiymət: adam başı 160 dirhəm; 6-11 yaşlarında uşaqlar yarı qiymətədirlər 
Rezerv: +971 4 205 4500

QD Ramazan Çadırı



One&Only Royal Mirage oteli


Arabesk üslublu Ramazan cənnətinə çevrilmiş gözəl həyətin həzin sakitliyində öz orucunuzu açın. Gözəl şəkildə təqdim olunan və hissləri oxşayan bu çadır, müqəddəs ay boyunca çox sevilən bir məkandır. Möhtəşəm kulinariya təamlarından zövq alandan sonra, gözəl görünüşlü interyerdə dincəlin və buraya bir daha qayıtmaq ehtmalınız çoxdur.

Rezerv: +971 4 339 9999

One&Only Royal Mirage oteli



Ritz-Carltonda Mamemo Majlis


Bu Ramazanda iftarınızı bütün ərəb dünyasından olan çox çeşiddə dəbdəbəli yeməklər ilə açın. Əhval-ruhiyyənizi yaxşılaşdırmaq üçün ərəb musiqiçilər klassik mahnıların yer aldığı canlı və həzin ifa təqdim edirlər.

Vaxt: iftar- günəş batandan - 20:30-a qədər | sahur- 22:00 - 2:00
Qiymət: iftar- adam başına 195 dirhəm | sahur (à la carte) - adam başına minimum 175 dirhəm
Rezerv:+971 4 318 6646

Ritz Carltonda Mamemo Majlis



Ritz-Carlton, DIFC-də Mamemo Majlis


Heç ərəb suşisinin dadına baxmısınız? Bəs xurmalı çizkeykin necə? Ritz-Carlton, DIFC-dəki Mamemo Majlisdə ənənəvi yeməklərdəki müasir üslubdan zövq alın. Bu çadırda həmçinin müasir üslubda əyləşmə yerləri və ərəblərin sevdiyi xarici yemək seçimləri də var. Özəl məclis və ya toplanma yerində ifa olunan sakitləşdirici musiqi rahat amma qızğın bir mühit yaradır.

Vaxt: iftar- günəş batandan - 21:00-a qədər | sahur- 22:00 - 3:00
qiymət: iftar- adam başına 215 dirhəm | sahur (a la kart) - adam başına minimum 75 dirhəm | 6-12 yaşlarında uşaqlar yarım qiymətədir
Rezerv: +971 4 372 2323



Address Montgomerie-də Amiri çadırı

Emirates Hillsdə yerləşən Address Montgomerie-dəki Amiri çadırında Ramazan əhval-ruhiyyəsini hiss edin. Rahat bir mühitdə ərəb adət-ənənəsindən zövq ala-ala burada qolf kortu, sakit göllər və Dubay şəhər mənzərələrindən həzz ala bilərsiniz. İftar və sahur zamanı Əmirlik təamlarını, təzə şirələri və daha nələri öz ailəniz və dostlarınız ilə bölüşə bilərsiniz.


Vaxt: iftar- günəş batandan - 21:00-a qədər | sahur- 21:30 - 1:30
qiymət: iftar- adam başına 200 dirhəm | sahur- adam başına 170 dirhəm | 6-12 yaşlarında uşaqlar yarım qiymətədir
Rezerv: +971 4 390 5600



The Address Montgomerie Dubay
981
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

16+ yaş 0-15 yaş
TAMAM
Bunlar da xoşunuza gələ bilər
Talise-Spa Dubay Spasında dincəlin
Ən Gözəl Üslubda Dədbəbə
Talise Spa-da Əsəblərini Sakitləşdir
article-tile Dubay Möcüzələri
Dubaydan canlı yayım
BURC XƏLİFƏDƏ ÖZÜNÜZ GÖRÜN
La Perle Akva Şou, müəllif: Dragone - Dubayın Rezident Teatr Şousu Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin
La Perle, müəllif: Dragone
Dubayın ilk rezident teatr şousu
Madinat Jumeirah Dubay Möcüzələri
Dəbdəbə qalası
Madinat Jumeirah-da nahar, alış-veriş edin və qalın
Cocoa Room Yeni qida tendensiyası
Cocoa Room
Lüks səhər yeməyi