Top
logo image
Dubayda nə var? https://www.visitdubai.com/az/articles/dubai-events-highlights-things-to-do 20170522T092513 20170814T165502:636383265024450702 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin İlin hansı vaxtının olmasından asılı olmayaraq Dubayda hər zaman nə isə baş verir! Hər bir ay üçün təqvimin ən yaxşı əyləncə proqramlarını seçmişik, beləliklə, Dubaya nə vaxt gəldiyinizdən asılı olmayaraq, maraqlı tədbirlərdən xəbərdar olacaqsınız. Dubayda heç bir ay darıxdırıcı keçmir!

Dubayda heç bir ay darıxdırıcı keçmir!


İlin hansı vaxtının olmasından asılı olmayaraq Dubayda hər zaman nə isə baş verir! Hər bir ay üçün təqvimin ən yaxşı əyləncə proqramlarını seçmişik, beləliklə, Dubaya nə vaxt gəldiyinizdən asılı olmayaraq, maraqlı tədbirlərdən xəbərdar olacaqsınız.


Jan-dubai-events-highlights-things-to-doYanvar

Yeni ilə şəhərin ən böyük festivallarından biri olan Dubai Shopping Festivalında alış-veriş çılgınlığı ilə başlayın və ardından Dubay Opera teatrının səhnəsində sevilən CATS myuziklinə tamaşa edin. Sonra isə öz qaçış ayaqqabılarınızı geyinin və Yeni İlinizin, Dubayın idman təqvimində daim yer alan illik Standart İmtiyazlı Dubay Marafonu ilə üst-üstə düşməsinə çalışın.


Feb-dubai-events-highlights-things-to-do Fevral

"Emirates Hava Yolları Dubay Caz Festivalı", "Virgin Radio RedFest DXB" kimi tədbirlərin keçirildiyi fevral ayı musiqi ayıdır və məhz bu ayda Mariah Carey, Enrique Iglesias, Tom Jones, The Veronicas, Mike Posner, Alessia Cara və başqaları Dubaya gəlir. Bundan əlavə, bu mövsüm öz dad reseptorlarınıza hər il təşkil edilən kulinariya karnavalı olan çoxsaylı qastronomiya nümunələrinin təklif edildiyi Dubai Food Festival ilə bayram yaşatmaq üçün əsl vaxtdır. Eyni zamanda, idman həvəskarları da Dubai Duty Free Tennis Çempionatındakı dünyanın ən tanınmış tennis çempionlarının bəzi oyunlarına tamaşa edə bilərlər.


Mar-dubai-events-highlights-things-to-do Mart

Dünyanın ən zəngin at yarışı olan Dubay Dünya Kubokunun keçirildiyi mart ayı at yarışları ayıdır. Heyrətamiz məxluqların və onların istedadlı jokeylərinin titul üçün yarışmasının şahidi olun. Kitabsevərlər və ədəbiyyat həvəskarları bütün dünyada tanınmış yazıçılar və yazı kurslarını Dubaya gətirən hər il keçirilən Emirates Airline Ədəbiyyat Festivalının dadını çıxara bilər, rəssamlar və yaradıcı insanlar isə regionun ən çox gözlənilən incəsənət hadisələri olan Art Dubai, Design Days Dubai və SİKKA-da bayram ab-havası yaşaya bilərlər.


april-camel-racingAprel

Zombilər, super qəhrəmanlar, quldurlar aprel ayında keçirilən Yaxış Şərq Film və Komediya festivalına gəlirlər. Regionun ən böyük və yeganə pop mədəniyyəti tədbiri dünyanın hər yerindən pop həvəskarlarını Dubaya cəlb edir. Komiklərdən dəvələrə keçək: Al Marmoum İrs Festivalı BƏƏ-dəki ən qədim idman növü olan dəvə yarışlarına ev sahibliyi edir. Gözəl heyvanların bütün ailənin gözü önündə öz təlimçiləri ilə birlikdə səhra cığırlarında yarışa çıxmalarının şahidi olun.


May-JustinBieberMay

Tanımış müzikl olan Mary Poppins sehrli dünyasının Dubay Opera səhnəsində canlı olaraq yayımlanacağı ərəfədə, şəhərdəki ən qaynar hadisə popun kralı Justin Bieberin öz Purpose adlı dünya turu çərçivəsində 6 may tarixində yenidən Dubaya qayıtmasıdır. Havaların yavaş-yavaş qızması ilə yüksək səviyyəli əyləncə gecələri keçirəcəyinizi vəd edən Duty Free Darts Champs mızraq çempionatı ilə Dubay may ayında qapalı məkanlara keçid edir.


june-ramadanİyun

Mayın son günlərində başlamasına baxmayaraq Ramazan bütün iyun ayı boyunca davam edəcək. Küçələrin iftarsahur (orucluq ayında verilən ziyafətlər) zamanı işıqlandırıldığı bu ay ərəb qonaqpərvərliyini hiss etmək üçün münasib vaxtdır. Şənliklər və atəşfəşanlığın olduğu Ramazan bayramı ilə yekunlaşan bu ayda çoxlu şənliklərə qoşulun.


July-dubai-events-highlights-things-to-doİyul

Yay fəsli Dubayın qapısını döysə də Dubay Dünya Ticarət Mərkəzində keçirilən bir sıra tədbirlər sayəsində şəhərdə hələ də qələbəlik hiss olunur. Qapalı Dubai Sports World öz qapılarını məşğul olmaq istəyən həvəskar oyunçular və atletlərin üzünə açır. Voleybol, tennis, basketbol, futbol və hətta fitnes zalı kimi müxtəlif idman növlərinin yer aldığı bu nəhəng məkan yay fəslində gediləsi yerlərdəndir. 


Aug-dubai-events-highlights-things-to-doAvqust

Dubay Yay Sürprizləri Dubay mall-larında ailəvi əyləncə və həyəcan tədbirinə başlayır. Burada hər kəs üçün çoxlu əyləncə olsa da, Dubay Dünya Ticarət Mərkəzinə "Modhesh World"-un qayıdışı sayəsində balacalar daha çox əylənə bilirlər.


sept-eid-al-adha-fireworksSenyabr

Həcc ziyarətinin qeyd edilməsi bayramı olan Qurban Bayramının vaxtıdır. Bu bayramlarda Dubay şənliklərində bir sıra maraqlı əyləncələr də təklif olunur.


october-fashion-forwardOktyabr

Dubayın maraqlı incəsənət səhnəsi "Dubai Downtown Design"da payızın sərin mehini hiss edə bilərsiniz. Üstəlik regionun ən yaxşı dizaynerlərinin ən son əsərlərini sərgilədikləri Fashion Forward-da dəb dünyasına nəzər salın.


nov-dp-world-golf-tournamentNoyabr

Super ulduz müğənni Ed Sheeran 23 noyabrda öz yolunu ikinci dəfə Dubaya salacaq və “Shape of You” və “Castle on the Hill” mahnılarının daxil olduğu dünya musiqi çartlarında ən yüksək pillələri tutan hit mahnıları ilə tamaşaçıların zövqünü oxşayacaq. Bu arada, qolf dünyası isə səbirsizliklə dünyanın ən yaxşı 60 qolfçusunun yarışacağı DP World Tour Championship nüfuzlu turnirinin tacının sahibini müəyyən etmək üçün Dubayın Jumeirah Golf Estates qolf meydançasına toplaşacağı günü gözləyir.


Dec-dubai-events-highlights-things-to-do Dekabr

BƏƏ Dövlət Gününün keçirildiyi, bir sıra paradlar, tədbirlər və ifaların baş tutduğu bu ay Dubayın sevimli ayıdır. Reqbi matçı seriyasından daha artığı olan Rugby Sevens kimi uzun-müddətli idman yarışlarına diqqət yetirin. Və əlbəttə ki, möhtəşəm atəşfəşanlığı və məclisləri olan Dubayın Yeni İl gecəsi sizi çox əyləndirəcək.



İlk dəfədir Dubaydasınız? Şəhərdəki görülməyə dəyər attraksionlara nəzər salın və ən son tədbirləri yoxlayın.

701
banner image
Azerbaijani Dubai Corporation of Tourism & Commerce Marketing

İndi Yüklə

16+ yaş 0-15 yaş
TAMAM
Bunlar da xoşunuza gələ bilər
لايم سبا (LIME Spa)
Sakitliyə səfər
LIME Spa-ya qurtulma
Agentura The Yellow Boats Diqqət çəkin
Tam Sürətlə İrəli
Sarı Qayıqlarla gəzintiyə çıxın
مطعم الحظيرة
Şam yeməyi şousu
Səhrada "Al Hadheerah"-da nahar edin
iFly_04_Tile Dubayda paraşütlə tullanma
Cazibə qüvvəsini dəf edin
iFly Dubayda içəridə paraşütlə tullanın
Arabian Tea House Kafe həyatının ləzzəti
Enerjinizi Qədim Dubayda bərpa edin
Arabian Tea House-a baş çəkin