Dubai

Dubayın metro muzeylərinə baş çəkin

Dubayın metro muzeyləri https://www.visitdubai.com/az/articles/dubai-metro-museums 20150925T105335:635787752151494909 20161108T190343:636142286238393734 Dubay muzeyləri Tezliklə Dubay yalnız dünyanın ən uzun sürücüsüz metro şəbəkəsinə (şəhərin çoxsaylı gözəlliklərindən biri) deyil, həm də dünyanın ən maraqlı metro şəbəkələrindən birinə sahib ola bilər. Dubayın Mədəniyyət və İncəsənət İdarəsi və RTA bu yaxınlarda 2015-ci ilin may ayına qədər altı stansiyada hər biri fərqli yaradıcı mövzuya həsr olunan 184 milyon AED dəyərində incəsənət muzeyi yaratmaq planını açıqlayıb.
Dubay Metrosu 2015-ci ilə qədər altı stansiyasını incəsənət muzeyinə çevirəcək.

Tezliklə Dubay yalnız dünyanın ən uzun sürücüsüz metro şəbəkəsinə (şəhərin çoxsaylı gözəlliklərindən biri) deyil, həm də dünyanın ən maraqlı metro şəbəkələrindən birinə sahib ola bilər. Dubayın Mədəniyyət və İncəsənət İdarəsi və RTA bu yaxınlarda 2015-ci ilin may ayına qədər altı stansiyada hər biri fərqli yaradıcı mövzuya həsr olunan 184 milyon AED dəyərində incəsənət muzeyi yaratmaq planını açıqlayıb.

Stansiyaların damlarına işıqlı lövhələr quraşdırılacaq, sinxron musiqi, 3-D şoular və müxtəlif tamaşalar hər il metro stansiyalarına baş çəkən 137 milyondan çox sərnişini valeh edəcək. İnteraktiv tətbiqlər smartfonunuz vasitəsilə sizi bir qədər ayaq saxlamağa dəvət edəcək. Hətta incəsənət qurğularında səyahət edə biləcəksiniz: qatarların vaqonları hərəkət edən incəsənət nümunələri yaratmaq məqsədi ilə elektron kağız texnologiyası ilə örtüləcək.

Bütün bunlar Dubayın "World Expo 2020" sərgisindən əvvəl 200 hektar sahədə opera teatrı və incəsənət rayonu və digər layihələr daxil olmaqla, incəsənətə yatırdığı əhəmiyyətli sərmayənin bir hissəsidir. Mədəniyyətə təkanın verilməsi BƏƏ-nin vitse prezidenti və baş naziri, Dubayın hakimi əlahəzrət şeyx Məhəmməd bin Rəşid əl Maktum üçün vacib prioritetlərdəndir.

"Dubayın zəngin, yenilikçi, unikal quruluşunu əks etdirən incəsənət ştrixləri vasitəsi ilə biz birlikdə şəhərimizi daha da füsunkarlaşdıra və gözəlləşdirə bilərik", - planı açıqlayan zaman səhiyyə naziri və Dubay Mədəniyyət və İncəsənət İdarəsinin sədri Əbdül Rəhman əl Ovais izah edib.

Metro stansiyaları şəhərin çiçəklənən incəsənət mənzərəsini tamamlayacaq və sözün əsl mənasında valehedici incəsənət qurğuları üçün platforma rolu oynayacaq. (Hətta körpülər və yeraltı keçidlər də göz oxşamaq məqsədi ilə dekorasiya ediləcək).

Bəs mövcud platformalar necə? Hər bir stansiya üçün konkret mövzu seçiləcək: BurJuman (musiqi və incəsənət), Maliyyə Mərkəzi Stansiyası (İslam sikkələrinin qalereyası), Bürc Xəlifə / Dubai Mall Stansiyası (e-kitabxana), Əmirlik Qüllələri stansiyası (İslam dünyasına xas dekorasiyalar və əlyazmalar) və Biznes Körfəzi stansiyası (foto sənəti).

Altıncı Noor Bank stansiyasının ən geniş mövzu dairəsinə malik olacağı gözlənilir. Sərnişinlər və qonaqlar müxtəlif rəsim kolleksiyaları, heykəltəraşlıq nümunələri və digər multimedia əsərləri ilə tanış ola biləcəklər və bütün bunlar birlikdə bütün dünyanın sənətkarlarının təmsil olunduğu müasir incəsənət muzeyini formalaşdıracaq. 


312
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Emirates Kart Zone Sürət ehtiyacı
Ürəyinizin sürətlə döyünməsinə nail olun
"Emirates Kart Zone" kartinqi ətrafında sürətlə dolanın
Combo Saver (Qənaət Kuponu) Sövdələr
Combo Saver (Qənaət Kuponu)
Qənaət Kuponu - Dubay Avtobus Turu və Səhra Safarisi
Su Macəra Əyləncəsinə 25% endirim Sövdələr
Su Macəra Əyləncəsinə 25% endirim
Dubayda Su Macəra Əyləncəsinə elə indi 25% endirim əldə edin
Al Makan BƏƏ mətbəxi
Ənənə Zövqü
Müasir Madinat Jumeirahda real komfortlu qidalanma