Dubai

Qaynar Bal-Ayı Siyahısı

Dubayda bal ayı keçirənlər üçün ən yaxşı mehmanxanalar və təcrübə
Dünyanın ən həyəcanlı, dəbdəbəli və yadda qalan məkanları kimi Dubayın yeni ailə həyatında dincəlmək, sevincə qərq olmaq və ondan ləzzət almaq istəyənlər üçün çox sayda yadda qalan bal ayı seçimləri vardır. Zəngin spa otaqlarından tutmuş yüksək səviyyəli səhra safarilərinə qədər bu kurortlar və fəaliyyətlər Dubayda unudulmaz bal ayı təklif edən nüfuzlu yerlərdir.
1

Jumeirah Zabeel Sarayda Grand Imperial Otağı

Jumeirah Zabeel Sarayda Grand Imperial Otağı

GOLDEN MOMENTS START HERE

Jumeirah Zabeel Sarayda 310 kvadrat metri əhatə edən otaq həqiqətən saray hissini yaradır - möhtəşəm mərmər spa hamam otağından tutmuş kral üslubundə işlənmiş əsas yataq otağına qədər. Böyük qarderob, özəl sauna, Asprey London ləvazimatları və özəl qulluqçunun xidmətləri bu dəbdəbəni daha da artırır. Bütün otaq boyu uzanan əsas eyvandan heyrətamiz dəniz mənzərəsini görmək olar.
Əlaqə məlumatları
  Crescent Şossesi, Palm Jumeirah

  +971 4 453 0000
2

Al Maha Səhra Kurortu & Spa

Al Maha Səhra Kurortu & Spa

CLEAR YOUR MIND IN STILLNESS

Al Maha Desert Resort & Spa mehmanxanasının bədəvi üslublu otaqları dəbdəbəni azaltmadan Ərəb səhrasına ahənglə qovuşir. Hər bir otaqda əldə işlənmiş mebel, öz şəxsi nahar eyvanı və səhranı nəzərdən keçirməklə dincəlmək üçün hovuz vardır. Mehmanxanada yerləşən zərif xörək azarkeşləri üçün restoran və spa hazırdır və sizi gözləyərək, qaldığınız müddətə əlavə zövq qatacaq.
Əlaqə məlumatları
  Dubay Səhra Konservasiya Qoruğu, Dubay - Al Ain Şossesi

  +971 4 832 9900
3

Meydan Mehmanxanasında iki nəfərlik prezident otağı

Meydan Mehmanxanasında iki nəfərlik prezident otağı

MAKE IT A GRAND AFFAIR

Meydan mehmanxanasının Prezident Otağında qalmaq zövqlə qalmaq deməkdir. İki mərtəbəni tutan və qonaq otağında döşəmədən tavana qədər pəncərələri olan otaq dünyanın ən zəngin at yarışları və keçirilən Meydan Cıdır meydanına baxır. Pulsuz limuzin xidməti və özəl qulluqçu paketə daxildir.
Əlaqə məlumatları
  Meydan Cıdırı, Al Meydan Şossesi, Nad Al Şeba

  +971 4 381 3231
4

Jumeirah Beach-də Four Seasons Resort Dubay mehmanxanasında Kral Otağı

Jumeirah Beach-də Four Seasons Resort Dubay mehmanxanasında Kral Otağı

MAKE IT A GRAND AFFAIR

Four Seasons mehmanxanasında Kral Otağı, lap başlanğıcdan dəbdəbəli səhnəni təqdim edən böyük, zərif işlənmiş qoşa qapıları ilə diqqəti dərhal cəlb edir. Daxildə otaq mərmər vestibül də daxil olmaqla, 600 kvadrat metri əhatə edir. Burada həmçinin tam işlək mətbəx, özəl spa, media mərkəzi, çoxsaylı böyük qarderoblar və cəmi dörd hamam otağı var.
Əlaqə məlumatları
  Jumeirah Beach Şossesi, Jumeirah 2

  +971 4 270 7777
5

Palace Downtown Dubay mehmanxanasında İmperial Otaq

Palace Downtown Dubay mehmanxanasında İmperial Otaq

FEEL LIKE ROYALTY

Özəl eyvanda dayanaraq, mənzərəli Dubay Fəvvarəsini və Burj Xəlifənin unikal görünüşünü nəzərdən keçirən zaman özünüzü şəhərin ən yaxşı teatrında kral lojasında hiss edəcəksiniz. Palace Downtown Dubay mehmanxanasının bu iki mərtəbəli otağı sizi öz zəngin rəngləri və regional bəzəkləri ilə 1001 gecə səhifələrinə aparacaq. Cakuzzi və bir yox, iki eyvandan ibarət otaqlardan sonra buranı tərk etmək istəməyəcəksiniz.
Əlaqə məlumatları
  Məhəmməd ibn Rəşid Bulvarı, Dubay Şəhər Mərkəzi

  +971 4 436 8888
6

Özəl yaxta icarəsi

Özəl yaxta icarəsi

SAIL AWAY FOR THE DAY

Sevgilinizi dəbdəbəli yaxtada uzaqlara aparın və Ərəbistan Körfəzinin isti sularından Dubayın heyrətamiz mənzərəsindən ləzzət alın. Xclusive Yachts iki heyət üzvü olan 48 futluq yaxtadan tutmuş daxili kababxanası və həcmli musiqi sistemi olan 86 futluq yaxtalara qədər istədiyiniz hər şeyi təklif edir. Sonuncu yaxta 40 nəfər tutur - beləliklə, ikiniz üçün kifayət qədər yer olacaq - ya da istədiyiniz qonaqları da dəvət edə bilərsiniz.
Əlaqə məlumatları
  Dubai Marina Yacht Club

  +971 4 432 7233
7

Sevgililərin spa təcrübəsi

Sevgililərin spa təcrübəsi

A PEACEFUL RETREAT FOR TWO

Süd və bal vannaları, qızıl güllər, şamlar, həzin musiqi və solğun işıq - bal ayı üçün nəzərdə tutulmuş spadan daha romantik nə ola bilər. Jumeirah Zabeel Saray mehmanxanasının Talise Spasında təklif edilən 1001 Qızıl gül paketi Cakuzi və sauna ləvazimatları olan özəl otağa daxil olan sevgililərə həqiqi unudulmaz anlar təklif edir.
Əlaqə məlumatları
  Jumeirah Zabeel Saray, The Palm Jumeirah, Crescent Road (West) - Dubai

  +971 4 453 0456
8

Göylərə Səyahət

Göylərə Səyahət

SEE DUBAI FROM ABOVE

Əlbəttə ki, bir qədər daha həyəcanlı və - hətta cazibə qüvvəsini rədd edən əyləncələrə üstünlük verən cütlər də vardır. Skydive Dubai ilə Palm Jumeirah üzərində 13,000 fut hündürlükdə uçan təyyarədən atılaraq yerə yaxınlaşan anda sahil xəttinin möhtəşəm mənzərəsini seyr edin. Təyyarədə qalmağa üstünlük verirsiniz? Onda dəbdəbəli təyyarədən Dubaya yuxarıdan baxın. Kondisionerlə təchiz edilmiş, doqquz nəfərlik Seawings’ Cessna 208 Caravan Seaplane təyyarəsinə daxil olduğunuz andan özünüzü VİP hiss edəcəksiniz.
Əlaqə məlumatları
  Al Sufouh - Dubai

  +971 4 377 8888
9

Pierchic restoranı

Pierchic restoranı

VOTED ‘BEST ROMANTIC RESTAURANT’

Al Qasrda dəniz körpüsünü keçərək bir-birinin ardınca zövqlü anları təklif edən şəklə oxşayan mühitə düşürsünüz. Burj Al Arabın və Ərəbistan Dənizinin maneəsiz görüntüləri, heyrətamiz ərəb üslublu bəzək və qəlbə toxunun musiqi bu restoranı hamının arzuladığı bir yerə çevirir. Yeməyə gəldikdə isə, Şotland qızıl balığı, Atlantika paltusu və Kristal kürüsü tam nahar təcrübəsini artırır.
Əlaqə məlumatları
  Əl Qəsr, Madinat Jumeirah

  +971 4 366 6705
10

Al Mahara

Al Mahara

AWARD-WINNING IN EVERY WAY

Gur cığırlardan çıxıb qızıl tağın altından keçərək, dad hisslərinizdən də artıq hissləri stimullaşdıran sualtı nahar sahəsinə gedin. Burj Al Arabda Al Mahara döşəmədən tavana qədər yüksələn akvariumda xanı balıqları, elektrik skatı və köpək balıqları ilə sehrli gecə yaradır. Menyuya yenicə tutulmuş omar konsome, zərif kral dəniz ilbizinə qədər müxtəlif xörəklər daxildir. Bu, iki nəfərin bayram etməsi üçün kifayətdir.

Marşrutunuza Dubayın ən romantik masalarını əlavə edin.
Əlaqə məlumatları
  Burc Əl Ərəb

  +971 4 301 7600