Top

Dubayın ən seçkin terrasları

Dubayın ulduzlar altındakı bu terrasları ən qızğın məkanlardır
Dubayın dam üstü məkanlarına getmək üçün ən yaxşı vaxt elə indidir- məhz bu vaxtda siz Körfəzin üzərində günəş batışını və böyük şəhərin parıldayan işıqlarını seyr edə bilərsiniz. Rəqs etmək, dincəlmək və qəribə dekordan zövq almaq istəyinizdən asılı olmayaraq, burada bütün zövqlər üçün nə isə var. Xüsusi olaraq sevdiklərimizi təqdim edirik.
1

Atelier M

Səmadan şəhər mənzərəsi

Atelier M

Səmadan şəhər mənzərəsi

Dubayın ən populyar gecə məkanlarından biri

Gecələr Dubay Marina geniş kanal boyunca yavaş-yavaş yuxarı-aşağı hərəkət edən doular, lüks kruizlər və əyləncə qayıqları ilə şəhərin ən heyrətamiz yerlərdən birinə çevrilir. Və Marinanı seyr etmək üçün ən yaxşı yer, gözəl döşəməli, mərkəzdə yerləşən Pier 7 restoranıdır. Atelier M Pier 7-nin ən üst mərtəbəsində yerləşir, bu arada yuxarıda damda heyrətamiz səslər, rəqs meydanı, masa və divanlar ilə yanaşı füsunkar mənzərə açılır. Keyfiyyətli Aralıq Dənizi üslublu menyuda molyusklar, təzə pizza və əla xəmir yeməkləri təklif edilir, bunları həm aşağıdakı terrasda ya da damın üzərində yeyə bilərsiniz.
Əlaqə məlumatları
 Yeddinci mərtəbə, Pier 7, Dubay Marina
   +971 4 450 7766
2

Luna Sky

Sadə amma müasir

Luna Sky

Sadə amma müasir

Müasirliyin yeni səviyyəsi

Luna Sky bu qeyri-adi məkandan səmərəli şəkildə faydalanmaq üçün digər bir yerdir. DİFC-dəki Four Seasons otelinin dam üstü terrasından siz Dubayın maliyyə rayonunun, Burj Khalifanın və Dubay Mərkəzinin qeyri-adi görüntülərini tuta bilərsiniz. İki oturma seçimi var: içəridə və ya çöldə terrasda. Yemək menyusu qısa olsa da xüsusi seçilmiş Yapon və Cənubi Amerika mətbəxi nümunələrini dada bilərsiniz. Əsl DIFC-ə xas sadə zövqlü bu yer həm nahar öncəsi həm də nahar sonrası bir araya gəlmək üçün idealdır, bundan başqa burada DJ də xidmət göstərir.
Əlaqə məlumatları
Four Seasons DIFC, Bina 9, Gate Village
  +971 4 506 0000

booktickets-teardrop
3

The Treehouse

Yarpaqlı vadi

The Treehouse

Yarpaqlı vadi

Burj Khalifa-nın həyətində dincəlin

Business Bay-də kəhkəşanlı Taj Dubay otelinin üst mərtəbəsində yerləşən The Treehouse-da heyrətamiz bir fon və hətta daha füsunkar işıq şousu vardır. Aşpaz Aabhas Mehrotra tərəfindən hazırlanmış Aralıq dənizi üslubundan güc alan menyuda dadlı yüngül təamlar yer alır, bu menyuda geniş içki seçimi də mövcuddur. Buradakı kamin və genişlik ona renesesans üslubu verir. The Treehouse qızğın şəhərin ortasında istixana tərzində bir dincəlmə təklif edir.
Əlaqə məlumatları
Taj Dubai, Burj Khalifa küçəsi, Biznes Körfəzi
  +971 4 438 3100
4

Mercury Lounge

Əla və dəbdəbəli

Mercury Lounge

Əla və dəbdəbəli

Canlı musiqi və yüngül qəlyanaltılar ilə dincəlin

Dubaydakı ən maraqlı terraslardan olan Mercury Lounge üçün Jumeirahdakı Four Seasons-a gedin. Bəli, qarşınızda qeyri-adi bir mənzərə açılacaq, bir tərəfdə Burj Khalifa-nın əsas yer tutduğu şəhər mərkəzi, digər tərəfdə isə Ərəb Körfəzi – amma buradakı sakitləşdirici atmosfer və oturmaq üçün rahat yerlər buranı Dubayın ən gözəl bina damlarından birinə çevirmişdir. Burada Aralıq dənizi taamlarından ilhamlanmış bir yemək seçimindən, o cümlədən bölüşdürülən yeməklər, yüngül birinci yeməklər və buranın daimi DJ-i və məftunedici saksofonçusunun həzin aurasını əks etdirən ifasının müşayiət etdiyi geniş içki menyusundan həzz alın.
Əlaqə məlumatları
5

Al Sarab

Səhrada sakit bir guşə

Al Sarab

Səhrada sakit bir guşə

Bab Al Shams-da günəşin səhranın üzərində batmasını seyr edin

Dubayda ən yaddaqalan xatirələrdən biri səhrada qaranlığın düşməsini seyr etməkdir. Axşamlar şəhərdən qısa məsafədə yerləşən bu məkanda parlaq narıncı rəngli üfüq xətti, ulduzlarla dolu gecə səmasına çevrilir. Bab Al Shams-dakı dam üstü terras Al Sarab, rahatladıcı azacıq yandırılmış çilçıraqlar və yer rəngli gil dekoru ilə seçilir. Bənzərsiz bir Dubay təcrübəsi üçün bu füsunkar məkanda canlı ərəb musiqisinin səsindən zövq alın.
Əlaqə məlumatları
6

Tomo

Möhtəşəm göydələn mənzərələri

Tomo

Möhtəşəm göydələn mənzərələri

Şəhərin qələbəliyini uzaqdan seyr edin

Şəhərdə bir çox seçkin yapon restoranları arasında Tomo özünəməxsus yer tutur. Buradakı yeməklərlə eyni səviyyədə yalnız lounge-a daxil olarkən sizi qarşılayan Dubayın heyrətamiz mənzərəsi ola bilər. Dubayın möhtəşəm göydələnlərindən, möhtəşəm Burj Khalifa-dan, eləcə də müasir, amma ənənəvi dada malik yapon mətbəxindən həzz alın.
Əlaqə məlumatları
Raffles Dubai, Wafi City
  +971 4 357 7888

7

Uptown

Gizli inci statusu

Uptown

Gizli inci statusu

Yüksəklikdən Burj Al Arab-ı seyr edin

Jumeirah Beach Hotelin 24-cü mərtəbəsində yerləşən Uptown-da rahat lounge-lar və dəniz və göydələnlərin qeyri-adi görüntüsünü seyr etmək üçün münasib olan hündür masalar var.   Burada çərəz menyusu var, amma daha ağıllı seçim ilk öncə aşağıda Jamie’s və ya Latitude-da daha sonra isə Uptown-da şam etməkdir. Rahat interyerdən keçərək geniş terrasa daxil olun. Burada gözəl üslub və müasirlik sizi gözləyir. Buranın ən yaxşı cəhəti çox rahatladıcı olmasıdır.
Əlaqə məlumatları
24-cü mərtəbə, Jumeirah Beach Hotel
  +971 4 432 3232