Top

Dubayda Yeni və Gözlənilən Otellər

Dubayın ən yeni otel qruplarında istirahətə hazır olun
Böyük və ambisiyalı planlara gəldikdə, heç bir yer Dubaya yaxınlaşa bilməz. Dünyanın ən hündür və ən lüks otelini tikmiş Dubay öz qonaqlarına ən yaxşı xidməti göstərməsi ilə tanınır. Qeyri-adi kurortlar, dizayner rezidensiyası, rahat amma qəribə məkanlar - Dubayda siz həmişə tədqiq etməyə yeni otellər tapacaqsınız. Dubayı öz eviniz etməniz üçün ən yeni və ən təzə otelləri təqdim edirik.
1

The Address Boulevard

Downtown Dubay

The Address Boulevard

Downtown Dubay

Burj Khalifa mənzərəsi ilə oyanın

Şəhərin möhtəşəm guşəsi olan Downtown Dubaydakı bu yeni məkan, öz tərəfdaş oteli Address Downtown-un bütün dünyada tanınan siluetinə uyğundur. Bu kolleksiyanın ən son üzvü Dubayın ən populyar məkanları olan, Dubai Mall, Dubai Opera, Dubay Fəvvarəsi, Souk Al Bahar və digərlərinə yaxın yerləşir. Ən yaxşı cəhəti nədir? Dünyanın ən hündür binası olan Burj Khalifa-ya möhtəşəm mənzərə açılır.
Əlaqə məlumatları
Mohammed Bin Rashid Bulvarı, Downtown Dubai
+971 4 561 8888
2

Lapita Oteli

Dubai Parks and Resorts

Lapita Oteli

Dubai Parks and Resorts

Dəbdəbinin ailəvi əyləncə ilə görüşdüyü bir yer

Dubayın ən yeni mövzu parkı məkanı olan Dubai Parks and Resorts-da yerləşən Lapita Hotel bütün ailə üçün əyləncə təmin edən lüks Polineziya üslubu məkandır. Marriott International-ın Autograph Collection seriyasından olan Lapita-da 504 otaq və suit var. Bu otel yaxınlıqdakı Motiongate Dubai, Bollywood Parks və Legoland mövzu parklarına eləcə də alış-veriş məkanı The Outlet Village-ə yaxın sakit bir guşə axtaranlar üçün nəzərdə tutulub.
Əlaqə məlumatları
Dubai Parks and Resorts, Palm Jebel Ali ilə üzbəüz
+ 971 4 810 9999

3

Rixos Premium Dubai

JBR

Rixos Premium Dubai

JBR

Çimərlikdə şəhər dəbdəbəsi

Hər zaman populyar olan Rixos brendi Dubayın inkişaf etməkdə olan çimərlik rayonu Jumeirah Beach Residence (JBR)-də öz qapılarını qonaqların üzünə açıb. 35 mərtəbəli oteldən Ərəbistan Körfəzinə və dünyanın ən böyük şeytan çarxı olan Ain Dubai-a mənzərə açılır. JBR-dakı Rixos həm də Dubayın piyada gəzilməli məkanları olan Dubai Marinaya, və əlbəttə ki, The Walk və The Beach kimi dincəlmə məkanlarına malik olan, yerləşdiyi JBR-a çox yaxındır.
Əlaqə məlumatları
Jumeirah Beach Residence
+971 55 100 6552

4

La Ville

City Walk

La Ville

City Walk

Dubayın ən qızğın rayonlarının birinin mərkəzində yatın

Marriott International-ın Autograph Collection otelləri Dubayın ən təzə alış-veriş rayonlarından olan City Walk-da butik açır. "La Ville Hotel & Suites" tərzi bütün alış-veriş rayonunun şəhər lüks üslubunu əks etdirir və Dubayın məşhur göydələnlərinə möhtəşəm görüntü açır. Dubayın digər beş ulduzlu məkanları kimi La Ville öz qida və içki məkanlarını - bütün zövqlərə uyğun nahar seçimləri və yaxşı seçilmiş məhsullar təklif edən üç restoranı, lobbi kafeni, dam üstündə barı təqdim edir.
Əlaqə məlumatları
City Walk II, Al Safa
+971 4 403 3111

5

Jumeirah Al Naseem

Madinat Jumeirah

Jumeirah Al Naseem

Madinat Jumeirah

Çimərlikdə müasir dəbdəbəni hiss edin

Çimərlik və şəhərin ən yaxşılarını xoşlayanlar üçün Jumeirah Al Naseem məhz belə yerdir. İndiki Mina A'Salam oteli və möhtəşəm Burj Al Arab oteli arasında öz yerini tutan bu yer daha geniş Madinat Jumeirah kurort ərazisinə bağlanmaqla qonaqlara geniş çeşiddə məkanlardan istifadə imkanı verir. Məhz burada Dubayın ən yeni və ən məşhur nahar məkanları olan Il Borro Tuscan Bistro, Black Tap və Rockfish yerləşir.
Əlaqə məlumatları
Madinat Jumeirah
+971 4 366 5165

6

Westin Dubay

Al Habtoor City

Westin Dubay

Al Habtoor City

Rahatlığın yeni ünvanı

Al Habtoor City-dəki "The Westin Dubai", Downtown rayonuna əla beş ulduzlu əlavədir. Art-deko üslublu oteldə The Westin-in məşhur Heavenly Spa mərkəzi və bütün yaşlardan olan səyyahlar üçün əyləncə təklif edən uşaq klubu da var. Müasir beynəlxalq kulinariya və ənənəvi Yaxın Şərq kulinariyasının təqdim olunduğu çox sayda xarici restoran və lounge seçimləri ilə bu otel müxtəlif zövləqi məmnun etməyi bacarır.
Əlaqə məlumatları
Al Habtoor City, Sheikh Zayed Yolu
+971 4 435 5544

7

Nikki Beach

Pearl Jumeira

Nikki Beach

Pearl Jumeira

Lüks çimərlik təcrübəsi

Dubaya səfər edənlər üçün ən son seçim "Nikki Beach Resort & Spa"dır. Yeni Pearl Jumeira məkanında yerləşən bu eksklüziv anklav Ərəbistan Körfəzinin sahilində yerləşən ultra-delüks villalar, suitlər və rezidensiyalardan ibarətdir. Kurortun öncül restoranı olan Satine hovuza mənzərəli nahar təklif etsə də, daha sadə nahar çimərlikdə verilir. Bu yer, dostlarınız və ya ailəniz ilə istirahət etmək üçün mükəmməl bir yerdir.
Əlaqə məlumatları
Pearl Jumeira
+971 4 376 6000

8

Rove Trade Centre

Dubai World Trade Centre rayonu

Rove Trade Centre

Dubai World Trade Centre rayonu

Müasir komfort və dəb mühiti

Yerli brend olan Rove artıq açılmış və açılması nəzərdə tutulan yeddi otel ilə Dubayı fəth etməkdədir. Rove Trade Centre bu seriyadan dördüncü oteldir və öz qapılarını 2017-ci ildə açması gözlənilir. Rove konsepsiyası müasir turistlərə münasib qiymətli lüks xidmətləri təklif edən və Dubayın bir neçə strateji məkanında əlçatan xidmət təklif etməkdən ibarətdir.
Əlaqə məlumatları
Dubai World Trade Centre rayonu
+971 4 241 9300
9

Bulgari Resort

2017-də açılacaq

Bulgari Resort

2017-də açılacaq

JUMEIRAH BAY ISLAND-DA GÖZƏL HƏYATIN DADI

Dubayın ultra-lüks, gözəl üslublu otel ehtirasına 2017-ci ildə açılışı gözlənilən Bulgari Hotel tam uyğun olacaq. Ayqır formalı Jumeirah Bay Island-da yerləşən bu məkan Bulgari-nin dünyadakı beşinci mülkiyyəti olacaq. Otelin əsas binasında 100 otaq və suitlər, üstəlik 20 villa və marina sahəsi də olacaq.
Əlaqə məlumatları
Jumeirah Bay İsland

10

Venu

Tezliklə 2017-də açılacaq

Venu

Tezliklə 2017-də açılacaq

BLUEWATERS ISLAND-DA ŞƏHƏR RAHATLIĞI

2017-ci ildə tamamlanması gözlənilən digər məkan isə Jumeirah Group-un yeni istirahət konsepsiyası olan Venu-dur. Bu məkan da 300 otaqlıq otelə, xidmət göstərilən mənzillərə, alış-veriş məkanlarına və restoranlara malik olacaq Bluewaters Island-da yerləşəcək. Üstəlik, bu otelin adanın ən böyük attraksionu olan, dünyadakı ən böyük şeytan çarxına yaxın yerləşməsi də gözlənilir.
Əlaqə məlumatları
Bluewaters İsland, JBR ilə çarpaz
11

Royal Atlantis

2019-da açılması planlaşdırılır

Royal Atlantis

2019-da açılması planlaşdırılır

Tədqiqatçının evi

2017-ci ildə Royal Atlantis Resort, Palm Jumeirahda yerləşən Atlantis, The Palmda təşəkkül tapacaq. O, 800 qonaq otaqları, eləcə də 250 lüks rezidensiyası ilə Dubayda ən böyüklərdən olacaq. Məhz burada yerdən 90 metr hündürlükdə yerləşən, kənarları görünməyən hovuz olacaq və adaya açılan bənzərsiz mənzərəsi ilə seçiləcək.
Əlaqə məlumatları
Palm Jumeirah
+971 4 426 2888