Top

Dubayın ən romantik restoranları

Dubayın ən yaxşı gecə görüşü məkanlarında iki nəfərlik özəl nahardan həzz alın
Öz sevdiyiniz şəxslə birlikdə vaxt keçirmək üçün Dubay mükəmməl bir şəhərdir. Unudulmaz bir gecə üçün bu mükəmməl nahar yerlərindən birində masa sifariş edin. Sevdiyiniz şəxslə təmiz Ərəbistan Körfəzində günəş batımını izləyə biləcəyiniz panorama görüntülü restoranlar romantik ab-havanı daha da artırır. Dubayda sehrli görüş gecəsindən həzz alın.
1

Pierchic restoranı

Suyun üzərində

Pierchic restoranı

Suyun üzərində

Ərəbistan Körfəzi ayaqlarınızın altında olan zaman möhtəşəm dəniz yeməyindən həzz alın

Pirs? Var. Dəbdəbəlidir? Əlbəttə. Al Qasr pirsinin ucunda yerləşən bu diqqətəlayiq dənizkənarı restoranın Ərəbistan Körfəzinin mənzərəsi olan, günəş istiqamətində ön sıraları var. İncə seviçe, istridyə və ya iki nəfərlik dəniz qidası ilə zəngin olan menyunun ləzzətinə bələd olun. Məşhur günəş batımına, göydələnlərə və Körfəzə əla mənzərəsi olmaqla yanaşı məşhur Burj Al Arabbinasına Dubaydakı ən gözəl mənzərəsi olan Pierhic-də nahar şansını əldən buraxmayın. Bu mənzərəli pirsin sonunda öz sevdiyinizlə birgə foto çəkdirmək üçün dayanın.
Əlaqə məlumatları
   Al Qasr, Madinat Jumeirah
  +971 4 366 6705 

yourdubaiholiday-teardrop

2

Al Mahara

Ərəb lüksü

Al Mahara

Ərəb lüksü

Burj Al Arabda "həyatda bir dəfə olan nahar"

Dubaydakı lüks otel Burj Al Arabda yerləşən "Al Mahara by Nathan Outlaw" restoranı qonaqlarına sanki suyun altında nahar edirmiş kimi bir təcrübə yaşadır. Döşəmədən tavana qədər olan akvarium mərkəzdə yer alır və hipnotik hərəkət edən balıqlarla masaların üzərinə əyillir. Həqiqətən unudulmaz bir görüş üçün menyudan sifariş edərkən pula qənaət etməyin (əlbəttə ki, biz balıq tövsiyə edirik). Öncədən rezerv edin, çünki "həyatda bir dəfə" olan bu məkana Dubay sakinləri və otel qonaqlarından tələb böyükdür.
Əlaqə məlumatları
    Burj Al Arab
  +971 4 301 7600
3

Thiptara

Ekzotik Tay üslubu

Thiptara

Ekzotik Tay üslubu

Dubay Fəvvarəsinin heyrətamiz görüntüləri

Şam işığı altında nahar edərkən Dubayın dünyaca məşhur rəqs edən fəvvarəsi ilə əhatələnib. Tayland üslublu bu gözəl restoran olduqca romantikdir. Öz füsunkar yerləşmə yeri və diqqətinizi çəkəcək menyusu ilə Thiptara xüsusi günlər və vacib məsələlərin həlli üçün mükəmməl bir yerdir. Mükəmməl bir nahar təcrübəsi üçün cəlbedici massaman karrisi və ya qızardılmış molyuskların dadına baxın.
Əlaqə məlumatları
    The Palace Downtown Dubai
  +971 4 888 3444  

shopdubai-teardrop

4

La Môme Dubai

Fransız mükəmməlliyi

La Môme Dubai

Fransız mükəmməlliyi

Qədim Paris həyat tərzi ilə tanış olun

La Môme, 1950-ci illərin Parisini xatırladan bir mühit ilə ənənəvi fransız nahar incəsənətini qeyd edir. Dubayın qızğın Sheikh Zayed Road və Financial District göydələnlərinə möhtəşəm görüntüsü olan, 49-cu mərtəbədə yerləşən bu məkanda əsl fransız yeməklərinin sadəliyindən və eleqantlığından həzz alın. Edith Piafın mükəmməl ifasının səsləndiyi restoran atmosferi həm əyləncə həm də romantik hisslər oyadır.
Əlaqə məlumatları
    Nassima Royal oteli
  +971 4 308 0470 

yourultimateitinerary-teardrop

5

Scape Restoranı

Dəbdəbə ilə nahar edin

Scape Restoranı

Dəbdəbə ilə nahar edin

Burj Al Arabın daha əvvəl görünməmiş mənzərəsi ilə tanış olun

Dubayın məşhur Burj Al Arab binasının kölgəsində yerləşən Scape restoranı unudulmaz mənzərənin müşaiyəti ilə lüks dincəlmə təklif edir. Menyu Asiya, Latın Amerikası, Aralıq Dənizi və digər mətbəxlərin Kaliforniya üslublu qarışımından ibarətdir, interyerdən isə yelkən formalı otelə və sakit Ərəbistan Körfəzinə möhtəşəm mənzərə açılır. Bilicilərimizin məsləhətini dinləyin və su üzərində möhtəşəm günəş batımı mənzərəsi üçün vaxtında gəlin.
Əlaqə məlumatları
    Burj Al Arab Terrace
  +971 4 301 7600 

6

Il Borro

İtaliyadan seçmələr

Il Borro

İtaliyadan seçmələr

Özünüzü Tuskan təpələrində hiss edin

Dubayın ən yeni otellərindən olan Jumeirah Al Naseem, Il Borro Tuscan Bistro-da Ferragamonun məşhur Tuskan kompleksini Dubaya gətirir. Bu gözəl, dəbdəbəli restoranda təzə balıq, evdə hazırlanmış xəmir xörəkləri, xüsusi saxlanılmış ət və incə pendir təklif olunur. Restoranda xüsusi olaraq İtaliyadan gətirilmiş bal, zeytun yağı və bir çox digər məhsullar var ki, o da bu məkana əlavə orijinallıq qatır. Dubayın ən yeni və ən gözəl kurortlarından olan Jumeirah Al Naseem ətrafında gəzintiyə çıxaraq gecə görüşünüzü zənginləşdirin. Restoranın yaxınlıqdakı tısbağa qoruğunda hətta bəzi dəniz canlılarını da seyr edə bilərsiniz.
Əlaqə məlumatları
    Jumeirah Al Naseem, Madinat Jumeirah
  +971 4 366 5165 

yourromanticgetaway-teardrop (1)

7

Restoran və Bar 101

Göydələnlərin mənzərəsi

Restoran və Bar 101

Göydələnlərin mənzərəsi

Marina boyunca Aralıq dənizi menyusu

Birbaşa suyun üzərində göydələnlərlə zəngin mənzərəni seyr etmək üçün Palm Jumeirahda One&Only otelində yerləşən bənzərsiz "101 Dining Lounge"da özünüzə yer edin. Öz yarınızla birlikdə mavi rəngli mənzərəni seyr etdikcə təklif olunan Aralıq dənizi üslublu yüngül qəlyanaltılar arasında seçim edin.
Əlaqə məlumatları
    One&Only, The Palm
  +971 4 440 1030 



8

Fish Beach Taverna

Dəniz qırağında dəniz yeməyi

Fish Beach Taverna

Dəniz qırağında dəniz yeməyi

Dincələrək nahar etməklə romantik çimərlik ab-havası bir arada

Yunanıstan adalarını xatırladan Fish Beach Taverna Dubayda açıq havada nahar etmək üçün ən maraqlı yerlərdəndir. Ağ və mavi dekorla bəzədilmiş Fish Beach Taverna-da Yunanıstan və Türkiyəyə xas əsl Egey dənizi yeməkləri təklif olunur. Paylaşım üslublu menyu gecə görüşü yeməkləri üçün mükəmməldir və aşpaz zövqünüzə uyğun təzə tutulmuş məhsulu bişirməyə hazırdır.
Əlaqə məlumatları
    Le Meridien Mina Seyahi
  +971 4 511 7373 

beachesindubai-teardrop