Top

Dubay səhrasında nə etmək olar?

Dubayda səhrada maşın sürmək, səhra safarisi və bir çox digər əyləncələr
Dubayın səhra şəhəri adlandırılmasının səbəbi var. Kvadrasikl ilə adrenalini yüksəltmək və ya lüks sakit bir mühitdə dincəlmək istəyinizdən asılı olmayaraq siz bu sakit qumlu məkanda bir çox əyləncədən həzz ala bilərsiniz.
1

Səhra Safarisinə yola düşün

Səhra Üzərində At Sürün

Səhra Safarisinə yola düşün

Səhra Üzərində At Sürün

Macəranız burada başlayır

Dubayı səhra safarisi qədər təcəssüm etdirən çox az təcrübə var Arxada oturun (dörd çarx avtomobildə qabaqda oturmağı arzu edirsinizsə öndə də otura bilərsiniz) və qumlu yamaclardan aşağı düşməzdən öncə sürücünün təpələrin sıldırım kənarları boyunca necə sürməsinin və yenidən yuxarı qalxmasının şahidi olun. Ərəb bufet naharının sizi gözlədiyi ənənəvi üslublu bədəvi düşərgəsinə getməzdən öncə günəş batımı foto çəkimləri üçün bir neçə dayanacaq olur.

Əlaqə məlumatları:
  Arabian Adventures, Emirates Holidays binası, Sheikh Zayed şossesi. 

  +971 800 272 2426 

experienceadventure-teardrop
2

Kvadrasikl əyləncəsinə hazır olun

Yolsuzluq macərası

Kvadrasikl əyləncəsinə hazır olun

Yolsuzluq macərası

Adrenalin Coşqusu Əldə Et

Öz taksi sürücünüzdən Dubayın ən məşhur qum təpəsi olan Big Red-ə getməsini xahiş edin. Burada siz kvadrasikla minə və qumlu peyzajı seyr edə bilərsiniz. Yarım saatdan başlamaqla icarəyə götürülən kvadrasikllar sürətlidir və sürən zaman dəbilqə geyinmək lazımdır. Təpələrdəki təbii cığırların ardınca gedin, Dubayın ən möhtəşəm qum parçasının üzərindən keçdikcə yoldaşlarınızın üzərinə qum sıçradın. Big Red, və ya yerli adı ilə Dubai-Hatta (E44) şossesi boyunca asan seçilən bir yerdir. Sürücünüzdən gözləməsini istəyin və ya gün boyu birini kirayələyin.

Əlaqə məlumatları:
  Golden Desert Motosikl İcarəsi, Dubai-Hatta şossesi (E44)

  +971 529 484 616 

desertsafari-teardrop
3

Sandbordinq ilə məşğul olun

Qumlu sürüşkənlər

Sandbordinq ilə məşğul olun

Qumlu sürüşkənlər

Səhraya Baş Vur

Bu, əsl adrenalin həvəskarları üçündür. Snouborda bənzər ayaqlığı ayağınıza keçirin və Ski Dubai-dakı kimi yamaclardan aşağı sürüşün. Big Red-də sendbord icarəyə götürmək mümkün olsa da burada Dream Explorer Dubai kimi tam təcrübə təklif edən şirkətlər var. Beş saatlıq səhər safarisi və sendbordinq paketi Hummer ilə səhra safarisi ilə başlayır və sendbordinq sessiyası ilə başa çatır və bu zaman siz təpə boyu aşağı düşməyin üsulunu öyrənəcəksiniz.

Əlaqə məlumatları:
  "Dream Explorer Dubai", Dubai Marina

  +971 4 456 3390
4

Krallara layiq səhra təcrübəsi

Qumlara gözəl üslubda baş vurun

Krallara layiq səhra təcrübəsi

Qumlara gözəl üslubda baş vurun

Köhnə Tərzli Landrover Safari

Dubay lüks tur operatoru Platinum Heritage Seriya 1 Landrover maşınları ilə Dubay Səhra Qoruğuna turlar təşkil edir. Burada siz canlı təbiəti və ərəb antilopunu görə bilərsiniz. Nəqliyyat vasitəsi ilə qonaqlar 1950-ci illərə gedib çıxan əsl səhra təcrübəsi yaşayırlar. Səhər safarisini seçin və onu, ənənəvi Əmirlik səhər yeməyi və yerli bədəvinin hekayət danışması ilə bitirin. Və ya möhtəşəm günəş batımı üçün dayanacaq və kralın səhra istirahət məkanında möhtəşəm yeməklə tamamlayın. Əsl eksklüziv yeməklər üçün, xüsusi astronomiya turuna çıxın və ərəb astronomiyası barədə məlumat əldə edərək səhranın gecə canlıları ilə yaxından tanış olmaq imkanı əldə edin (əlbətə ki, peşəkar bələdçi kömək edəcək).

Əlaqə məlumatları:
  Platinum Heritage Lüks Tur və Safarilər
  
  +971 4 388 4044
5

Gecəni səhrada qalın

Komfort vadisi

Gecəni səhrada qalın

Komfort vadisi

Dincəlmək istəyən vaxtlar üçün

Əgər düşərgə salmaq sizə maraqlı deyilsə, Dubay Səhra Qoruğunda yerləşən Al Maha Desert Resort & Spa, içində görünməz kənarlara malik hovuz olan lüks çadır formalı villalar təklif etməklə düşərgə istirahətinizi daha təkmil edəcək.

Bu məkan risk etmək deyil, dincəlmək yeridir. Bir çox digər əyləncələrlə yanaşı burada səhra təpələrinin üzərində dəvə ilə səyahət edə və gözəl mənzərəni seyr edərək içki içə bilərsiniz. Ceyran və ərəb antilopunun su içmək üçün gəldikləri təbii vadi ilə üzbəüz bir villa sifariş edin.

Əlaqə məlumatları:
  Al Maha, Lüks Kolleksiya Səhra Kurortu, Dubay Səhra Kurortu

  +971 4 832 9900 

yourromanticgetaway-teardrop (1)