Dubai

Dubay Dünya Ticarət Mərkəzi

Lap əvvəldən Dubay Dünya Ticarət Mərkəzi (DDTM) kommersiyanın qlobal mərkəzi kimi Dubayın mövqeyinin möhkəmlənməsində və formalaşmasında mühüm rol oynamışdır. Təklif edilən məhsulların geniş çeşidindən əlavə DDTM media, reklamçılıq, texniki, mühəndislik və təhlükəsizlik xidmətləri kimi faydaları da təmin edir və bununla da dünyanın aparıcı qurultay mərkəzləri arasında nüfuz qazanmışdır.
 
Şeyx Zayed Küçəsində 1979-cu ildə tikilən 37 mərtəbəli ənənəvi qüllə DDTM-in ilk səlahiyyətli mülkü idi. O vaxtdan, onun tərkibinə Beynəlxalq Dubay Qurultay və Sərgi Mərkəzi (BDQSM), Qurultay Qülləsinin ofis binası, Novotel və İbis otelləri, Dubay Ticarət Mərkəzi Otel Mənzillərində xidmətli mənzillər daxildir.
 
Burada müvafiq sərgi ərazisi kimi bir milyon kvadrat fut sahə, kafe və restoranlar kompleksi, habelə qeyri rəsmi əyləncə ərazisi kimi və ya qala nahar yeməkləri üçün istifadə oluna biəcək Palma Bağı vardır. Burada həmçinin metro, avtobus və taksi kimi hərtərəfli nəqliyyat vasitələrinə rahat çıxış vardır. Dubay Beynəlxalq Hava Limanından maşınla 15 dəqiqəlik, Dubay Dünya Mərkəzi - Əl Məktum Beynəlxalq Hava yolundan 45 dəqiqəlik yol sərgi mərkəzlərinə və əks istiqamətdə tez karqo keçidini təmin edir.
 
DDTM-in təqvimi beynəlxalq əyləncə, Çikaqodakı kimi "Broadway" şouları turnirində çıxış edəcək Enrike İqlesias, Maroon 5 və Selena Qomez kimi ifaçıların çıxışı ilə doludur. Texnika vasitələrinin fanatları regionun ən böyük elektronika topdan satış mərkəzi Gitex Shooper-də bu günə olan ən sonuncu yeniliklər və işlər ilə tanış ola bilərlər. Və Dubay Dünya İdmanı ərzində istənilən sahənin idmançısı futbol, basketbol, qaçış, reqbi, voleybol, tennis, kriket oyunları və geniş ərazilərdəki turnirdə çıxış edə bilərlər.


Bunlar da xoşunuza gələ bilər
Bab Al Şams Səhra Spa və Kurortu
Səhrada şirin xəyal
Bab Al Şams Səhra Spa və Kurortu
BurJuman Dubayda alış-veriş
Yüksək səviyyəli alış-veriş cənnətini araşdırın
BurJumana yollanın
Qızıl və Almaz Parkı Dubayda alış-veriş
Cəvahir tap
Qızıl və Almaz Parkını aşkar et
Black Palace (Qara Saray) Çimərliyi Günəş, qum və sörfinq
Gizli sahil xəttini kəşf edin
Black Palace çimərliyində sakitlik tapın
Comptoir 102 Dubayda alış-veriş
Très Chic
Comptoir 102-də alış-veriş edin və qəhvə için